Kommunikasiyaya başlamazdan çox öncə artıq onun strategiyası yazılı olmalıdır. Ən xırda nöqtəsinə kimi.
Bir məhsulun kommunikasiya strategiyası yazılarkən diqqət edilməsi məqamlar aşağıdakı kimidir.
1. Brendinq, ad, il
İlk olaraq məhsulun adının, brendinqində istifadə olunan rənglərin,naxışların, elementlərin, logonun mənasının, məhsulun neçənci ildə yarandığının və s. məhsul ilə bağlı ümumi anlayışların qeyd olunması lazımdır.
2. Məhsulun ümumi faydaları
Ümumiyyətlə məhsulun nəyə xidmət etdiyi barədə məlumat verilməlidir və faydaları qeyd olunmalıdır.
3. Məhsulun vizyon və missiyası
Məhsulun vizyonu və missiyası haqqında ətraflı məlumat vermək lazımdır. Məhsul bazarda nə yer tutmaq istəyir, hədəflər və indiki qüvvəsi nədir qeyd olunmalıdır.
4. Qiymət və bazara girmə strategiyaları
Bu hissə də kommunikasiya strategiyasında önəmli rol oynayır. Məhsulun qiyməti nədir, qiymət siyasəti nədir, bazara hansı üsulla girmək istəyir kimi məlumatlar kommunikasiya strategiyasını mükəmməlləşdirməkdən başqa heç bir təsir göstərməz.
5. Rəqiblər
Rəqib məhsullar haqqında məlumatlar verilməli və əsas rəqiblərin kimlər olduğu kommunikasiya strategiyasında öz əksini tapmaldır.
Rəqiblərin üstünlükləri və zəif yönləri, məhsulun üstünlükləri və zəif yönləri. Yəni ki, SWOT analizi etmək.
7. Məhsul yaşam qrafikası
Bildiyiniz kimi bir məhsulun 4 mərhələli bir yaşam qrafikası var. Doğulur, böyüyür, pik nöqtə və düşüş. Məhsul hansı mərhələdədir, onu təyin etmək və ömrünü necə uzatmaq lazım olunduğunu öncədən təyin etmək lazımdır.
8. Hədəf kütlə
Hədəf kütləyə daxil olan şəxslərin cinsi, yaş aralığı, ortalama aylıq gəlir aralığı, yaşağıdı ərazilər və s. Tam aydınlığı ilə öz əksini kommunikasiya strategiyasında tapır. Əgər bu dəqiq deyilsə kiçik bir araşdırma edərək bunları təyin edə bilərsiniz. Məhsulun yerləşdirilməsi, bazara təqdim edilməsi (positioning) çox titizliklə işlənilməsi lazım olan faktorlardandır.
9. Kommunikasiya panelləri
Hansı reklam yöntəmlərindən istifadə olunacaq, hansı platformalardan istifadə ediləcək bütün reklamlar necə izləniləcək kimi bütün məlumatlar öz əksini strategiyada tapmalıdır.
10. Kampaniya işləmə sxeması
Məhsul üçün yaradılacaq kampaniyalar zamanı məhsulun təqdim olunmasından, məhsul ilə müştəri maraqlanarkən necə təqdim olunacağına qədər, kim təqdim edəcəyinə qədər bütün faliyyətləri özündə əks etdirən bir fəaliyyət sxemasıdır. Bu sxema müştərilərin CRM-ə qeyd olunması, onlara ikinci və üçüncü dəfə geri dönüşün belə olmasını özündə əks etdirir.
11. Büdcə.Kampaniyanın materiallarının hazılanması üçün, kommunikasiya zamanı platformalarda istifadə olunması üçün PR, digər reklamların hamısını özündə birləşdirəcək bir büdcə təyin olunmalıdır.
12. KPI (Açar performans göstəricisi)
Bütün platformalarda həm reklamların baxılmasına, məhsul ilə maraqlanmağa və məhsulun satılmasına və s. bir KPI qoymaq vacibdir. Kampaniyanın sonunda əldə olunan nəticələr ilə əvvəldə qoyulan KPI-lar müqayisə olunmalıdır və kampaniyanın nə qədər effektiv olunduğu təyin olunmalıdır.
Hər bir məhsul üçün komunikasiya strategiyası olmazsa olmazdır. Əgər hər bir detalın qaydasında getməsini istəyirsinizsə, proseslərin nəzarətdən çıxmasını istəmirsinizsə məhsul yaradarkən, yeni məhsul bazara təqdim edərkən mütləq onun kommunikasiya strategiyasını tərtib edin
İstənilən halda ən vacib məqsəd "müştərinin/pərəstişkarın" əldə edilməsidir. Bu
Yadda saxlayın:
Kommunikasiya prosesi bir neçə mərhələdən ibarətdir: ilk növbədə auditoriya haqqında danışdığımız obyektin varlığı haqqında məlumat əldə etməli, sonra onunla maraqlanmalı, daha sonra sınaqdan keçirməli, sadiq müştəri və nəhayət, pərəstişkar olmalıdır.