MÖVZU: Məruzə, mühazirə, çıxış , debat və referatın səmərəli hazırlanması
Plan:
1. Məruzə və ona verilən tələblər
2. Mühazirə hazırlama qaydaları
3. Çıxışa hazırlıq
4. Debatlara verilən tələblər
5. Referatın hazırlanması
6. Yazılı və şifahi materiallar hazırlayarkən internet resurslarından istifadə
1.MƏRUZƏ VƏ ONA VERİLƏN TƏLƏBLƏR
Bir mövzu haqqında əvvəlcədən hazırlanıb söylənilən nitqə məruzə
deyilir. Məruzə müxtəlif mövzu və şəraitdə aparıla bilər: görülmüş işlərin yekunuilə bağlı hesabat məruzəsi, yaranmış vəziyyət barədə yüksək vəzifə sahibinin qarşısında məruzə, elmipraktik konfranslarda məruzə və s. mövzudan asılı olaraq məruzə qısa və geniş ola bilər. Məsələ hər hansı bir kriminal vəziyyətlə bağlı yuxarı təşkilat qarşısında edilən məruzə bir qədər konkret və yığcam olmalıdır.
Beynəlxalq vəziyyətə dair, yaxud elmi mövzuda auditoriyada, kütlə qarşısında edilən məruzələr öz əhatəliliyi, genişliyi ilə əvvəlkindən fərqlənməlidir.
Məruzə giriş, əsas və nəticə olmaqla üç hissəyə bölünür. Birinci hissədə bəhs açılan məsələnin əhəmiyyətindən, aktuallığından danışılır,qarşıya qoyulan məqsədə çatmaq üçün hansı yollardan, üsullardan istifadə edildiyi göstərilir.
Məruzənin əsas hissəsində görülən işin məzmunundan bəhs olunur, münasibət bildirilir. Sonda isə araşdırmalara yekun vurulur, müvafiq təkliflərsöylənilir. Məruzənin yüksək səviyyədə hazırlanması üçün birinci növbədə onun əhatə edəcəyi mövzunun həcmi, sərhədi, mövzuya aid ədəbiyyat (eləcə də digər mənbələr) müəyyənləşdirilməlidir. Bütün bunlar əsasında məruzənin mətni hazırlanmalı, oradan irəli gələn idealar formalaşdırılmalıdır. Məruzə oxunduqdan sonra dinləyicilərin tənqidi qeydləri, sualları və təklifləri əsasında məruzə mətnin-
də düzəlişlər aparılmalıdır.
İnformasiya xarakterli məruzənin hazırlanması üzrə iş tədqiqatçılıq bacarığının inkişafına səbəb olacaqdır. Müxtəlif mənbələrdən məlumat və faktların toplanması, təhlil edilməsi, daha vacib olanlarının seçilməsi, əlaqələndirilməsi və s. müstəqil və yaradıcı fəaliyyətinizə səmərəli istiqamət verəcəkdir.
İlk növbədə məruzənin mövzusu dəqiq müəyyənləşdirilməlidir. Mövzu seçilərkən nəzərə almaq lazımdır ki, məruzə də inşa, esse kimi sizdən müstəqil yanaşma tələb edir.
Sonra məruzənin planı tərtib edilir. Plan giriş, əsas hissə, nəticə, istifadə olunmuş ədəbiyyat siyahısı, əlavələrdən ibarət olur. Məruzənin mətnində planın hər maddəsi yeni səhifədən başlanır, başlıq yazılır, sonra isə həmin bölmənin məzmunu verilir.
Dostları ilə paylaş: |