Girişdə qarşıya qoyduğunuz məqsəd, vəzifələr, tədqiqatın nəyə həsr olunması, əhəmiyyəti öz əksini tapmalıdır.
İşin məzmunu məruzənin əsas hissəsini təşkil edir.Aparılmış tədqiqat nəticə ilə yekunlaşdırılır.İstifadə olunmuş ədəbiyyatın siyahısı verilir.
Əlavələrdə məruzənin məzmunu ilə bağlı illüstrasiyalar, sxemlər, cədvəllər verilir. Lakin əlavələr məruzənin həcminə daxil edilmir.
Məruzənin mətnində (əsas hissədə) başlıca fikrin – ideyanın müəyyənləşdirilməsi və şərhi çox əhəmiyyətlidir. Bunun üçün materialın düzgün seçilməsi və yerləşdirilməsi zəruridir.
Siz seçdiyiniz mövzuya uyğun hazır mətnləri köçürməməli, istifadə etdiyiniz ədəbiyyata istinad etməklə öz fikirlərinizi əks etdirməli və əsaslandırmalısınız. Mənbələrdən sitatların seçilməsinə diqqətlə yanaşmalısınız. Sitat öz fikrini əsaslandırmaq, aydınlaşdırmaq, sübuta yetirmək üçün başqasının söylədiklərindən, yazdıqlarından gətirilən dəqiq çıxarışlara deyilir. Öz fikrinizi sübut etmək, aydınlaşdırmaq üçün sitatlardan istifadə edərkən onun mənbəyini göstərməlisiniz.
Məruzədəki hər sözün, terminin mənası, ilk növbədə, özünüzə aydın olmalıdır.
Dostları ilə paylaş: |