Mövzu: “Azərbaycan dilində işgüzar və akade


ŞİFAHİ NİTQLƏ YAZILI NİTQİN FƏRQLİ CƏHƏTLƏRİ



Yüklə 262,64 Kb.
səhifə21/142
tarix15.03.2022
ölçüsü262,64 Kb.
#53822
1   ...   17   18   19   20   21   22   23   24   ...   142
1634046683046 Mühazirələr 1

3.ŞİFAHİ NİTQLƏ YAZILI NİTQİN FƏRQLİ CƏHƏTLƏRİ

Şifahi nitqlə yazılı nitqin fərqli cəhətlərini belə xarakterizə etmək olar: 1) Şifahi nitq səslənmə və dinlənilmə üçün olduğundan ani şəkildə söylənilir və bitir, ona yenidən o formada qayıtmaq olmur, həm də təkrarçılıq heç vaxt yaxşı hal kimi qiymətləndirilmir. Yazılı nitq isə müəyyən vaxt ərzində (saat, gün və ya ay, ola bilsin ki, bir neçə il –məs.; Firdövsi “Şahnamə” əsərinin üzərində bütün ömrü boyu işləmişdir; Səməd Vurğun “Komsomol” poemasını 2 mərhələdə - keçən əsrin 30-40-cı illərində yazmış, lakin nəzərdə tutduğunu tamamlaya bilməmişdir; S.Rəhimov “Şamo” romanı üzərində 50 il çalışmışdır və s.) düşünülərək, yazı sürəti ilə icra edilir, yəni sonralar oxunmaq üçün yazılır və saxlanılır; 2. Şifahi nitqə düzəliş aparmaq olmur, səhv deyilmiş bir cümləyə bir an keçmiş qayıtmaq təsadüfi hallarda mümkündür. Yazılı nitq üzərində isə düzəliş aparıla bilir, nəşrə təqdim edilənə qədər yazanın istənilən düzəlişi aparmağa ixtiyarı vardır. Əsərin sonrakı nəşrlərində də o bu hüququ özündə saxlayır. Məs: S.Rəhimov “Şamo” romanı, İ.Hüseynov (Müğan- 137 na) “Məhşər” romanı üzərində dəfələrlə işləmişlər, əsərlərin birinci və son variantları mövcuddur. 3.Şifahi nitqdə fikrin ekspressivliyinin təminatında ritmik-melodik fasilələr (pauza) və intonasiya xüsusi əhəmiyyət daşıyır. Yazılı nitqdə isə bu missiyanı durğu işarələri öz üzərinə götürür, nitqin düzgün, dəqiq və təsirli dərk olunmasına kömək göstərir. 4. Şifahi nitqdə danışıq üzvləri, xüsusən dil fəaldır, yazılı nitqdə isə əl və gözlər yazının formalaşmasına nəzarət edir. Doğrudur, indi korlara da yazmaq və oxumaq üçün xüsusi əlifba vardır Şifahi və yazılı nitq: Nitqin şifahi və yazılı növləri arasında əlaqə və bağlılıqvar. Şifahi və yazılı formalaşmasında fizioloji amillərlə yanaşı, görmə, eşitmə kimi hiss üzvləri iştirak edir.

Şifahi nitqin əsas xüsusiyyətləri  aşağıdakılardır:


  1. Şifahi nitq danışılır və eşidilir.

  2. Şifahi nitq leksikasında hamıya aydın ümumişlək sözlərə daha çox yer verilir.

  3. Şifahi nitqdə cümlələr, əsasən qısa və sadə olur.

  4. Şifahi nitqdə danışıq dilin xüsusiyyətləri mühafizə olunur.

  5. Şifahi nitqdə intonasiya fasilə vurğu və s. vasitələrdən istifadə olunur.

  6. Mimika, jest və başqa hərəkətlər özünü göstərir.

  7. Şifahi nitqin axını sürətli olur.

Adi halda insan 1 dəq – də 80 – 100 söz tələffüz edir. Lakin bəziləri isə 1

dəq- də 120 – dən artıq söz tələffüz edir.

Yazılı nitqin xüsusiyyətləri.


  1. Bu nitq yazılıdır və oxunur.

  2. Yazılı nitqdə elmi, texniki, siyasi və başqa terminlər çox işlədilir.

  3. Yazılı nitq ədəbi dilin əsasında formalaşıb inkişaf edir.

  4. Yazılı nitqdə intonasiya fasilə vurğu və s. şifahi nitq ünsürlərini əks

etdirən durğu işarələrindən istifadə edilir.

  1. Yazılı nitqdə mimika və jest əsas rol oynamır.

  2. Yazılı nitq hər hansı məlumatın? fikirlərin nəsildən – nəslə keçməsində mühüm rol oynayır

Top of Form

4. NİTQ ÜNSİYYƏTİNİN NÖVLƏRİ

İnsanlar arasında xoş münasibətin yaranmasında gözəl nitq mühüm rol oynayır. Nitq ünsiyyəti üç formada baş verir:


  • Monoloq və ya monoloji nitq,

  • Dialoq və ya dialoji nitq,

  • Poliloq və ya poliloji nitq.

Yunan mənşəli olan monoloq (monos bir, logos nitq) bir insanın, şəxsin və ya adamın nitqi deməkdir. Monoloji nitq hər yerdə ola bilər. Ailədə, idarələrdə, səhnədə, məktəbdə və s. İnsan öz-özünə monoloq söyləməz, Lakin səhnə adamlarının, müəllimlərin, tələbələrin və başqa ixtisas sahiblərinin məşqi və yaxud hər hansı bir çıxışa hazırlaşmaları (mühazirəyə, dərsə, çıxışa) zamanı işlənə bilər. Monoloji nitq müxtəlif qruplara bölünür:

  • Mühazirə,

  • Məruzə

  • Çıxış

  • Nitq

Ali məktəblərdə müəyyən mövzu üzrə professor və ya dosentin şifahi şərhi mühazirə adlanır.

Əvvəlcədən işlənib hazırlanmış hər hansı mövzuya məruzə deyilir. Məruzənin üç növü qeyd olunur:



  1. Hesabat məruzəsi

  2. Elmi məruzə

  3. Siyasi məruzə

Onu da qeyd etmək lazımdır ki, məruzəni müzakirə edirlər, mühazirəni isə yox. Mühazirədə yalnız sual verilə bilər.

Daha çox iclaslarda, yığıncaqlarda söylənilən nitqə çıxış deyilir. Çıxışda natiq irad və təkliflərini ifadə edir. Çıxış həm elmi, həm siyasi, həm də ictimai xarakterli olur.

Nitq siyasi, ictimai-siyasi və s. şəkildə olur. Bu baxımdan nitqin aşağıdakı növləri var:


  1. İctimai-siyasi nitq,

  2. İttiham nitqi,

  3. Müdafiə nitqi.

  4. Müttəhimin son sözü

Dialoq yunan sözü (dialogos) olub, iki nəfərin arasında olan söhbət deməkdir.

Söhbətdə bir neçə adamın iştirak etməsinə isə poliloq deyilir. Poly loqos yunanca (poly — çox, loqos -nitq) çoxlu adamın iştirak etdiyi nitq deməkdir. Belə nitq özünü daha çox dram əsərlərində göstərir.

(poly — çox, loqos -nitq) çoxlu adamın iştirak etdiyi nitq deməkdir. Belə nitq özünü daha çox dram əsərlərində göstərir               


Yüklə 262,64 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin