Mövzu: “Azərbaycan dilində işgüzar və akade


KOMMUNİKASİYANIN PRİNSİPLƏRİ



Yüklə 262,64 Kb.
səhifə5/142
tarix15.03.2022
ölçüsü262,64 Kb.
#53822
1   2   3   4   5   6   7   8   9   ...   142
1634046683046 Mühazirələr 1

3..KOMMUNİKASİYANIN PRİNSİPLƏRİ

İşə hərflərdən deyil, öz əlifbamızın əhəmiyyətindən başlayacağıq. İlk növbədə başa düşməliyik ki, kommunikasiya ikinci dərəcəli fəaliyyət deyil - o, qalıq prinsipinə əsaslanmamalıdır. O, strateji fəaliyyətlərimizin bir hissəsini təşkil edir. Gündəlik iş prosesində menecerlər olaraq milyonlarla müxtəlif tapşırıqla qarşılaşırıq: seminar və ya konfranslar, işlər təşkil etmək və ya sərgilər açmaq. Və bütün bu qayğılar bütün vaxtımızı və enerjimizi alır. İşimiz haqqında, ziyarətçi və ya ekspertlərin rəyləri haqqında danışmaq üçün çox az enerjimiz qalır. Odur ki, lap əvvəldən kiminlə və necə danışacağımız haqqında düşünməliyik.

Kommunikasiya ilə marketinq çox oxşardır. Marketinq menecerləri yalnız, məsələn, yoqurtun reklamı və satışı üçün ən yaxşı yolları qərarlaşdırmaqla məşğul olmur. Onlar eyni zamanda strateji məsələlərlə də məşğul olur. Onlar dəqiqliklə hansı yoqurtu istehsal etməli olduqlarını, yaxud istehsal edəcəkləri məhsulun yoqurt olacağını qərarlaşdırır. Odur ki, gəlin, kommunikasiyanı çox mühüm və strateji proses, istənilən hərəkətin planlaşdırılması prosesinin əsasını təşkil edən element kimi nəzərə alaq.

Kommunikasiya nədir? Kommunikasiyanın çox sayda tipi və növü var. Ancaq biz əsas fərqlərə nəzər salacağıq. Daxili kommunikasiya insan və ya təşkilatlardan ibarət qrup daxilində formalaşdırılıb paylaşdırılan mesajları əhatə edir. Bu, korporativ kommunikasiya adlanır və ayrıca bir kursun mövzusudur. Biz xarici kommunikasiya haqqında danışacağıq. Bu kommunikasiya tipi üçün çox sayda müxtəlif tərif mövcuddur. Aşağıdakı tərifə baxmağı təklif edirəm: "Xarici kommunikasiya hədəf auditoriyanın təşkilat və ya layihənin missiyası və məqsədləri ilə əlaqədar anlayışına, qavrayışına, gözləntilərinə və davranışına təsir etmək məqsədi daşıyan informasiya təklif etmək üçün nəzərdə tutulmuş tədbirlər sistemidir". Qeyd etmək vacibdir ki, kommunikasiyanın başlıca məqsədi hədəf auditoriyanın davranışına təsir göstərməkdən ibarətdir. Və kommunikasiya ilə sadəcə söhbət etmək arasındakı əsas fərq bundan ibarətdir.

Müəyyən şəkildə davranmaları istənilən şəxsləri inandırmaq olduqca vacibdir. Əsas məqsəd budur. Bundan əvvəl isə dinləyicilərimizin anlayışına, qavrayışına və gözləntilərinə təsir etməliyik. Beləliklə, ilk növbədə insanların dünyanı qavrama və ona reaksiya vermə yollarını (düşüncə tərzini) dəyişirik, hərəkətin praktiki aspektinə isə sonra keçirik.

Bunun ən bariz nümunəsi seçki kampaniyalarıdır. Birinci yerdə namizədin komandası durur. Məsələn, prezident seçkiləri üçün kampaniya zamanı bir nəfər seçicilərin namizədi müsbət qəbul etməsi üçün onun üçün müəyyən imic yaradır. İnsanlar onun haqqında eşidəndə və ya sözlərinə qulaq asdıqda üzlərini çevirib getmirlər. Onlar namizədin sözlərinə və ya imicinə yalnız ağılları ilə deyil, eyni zamanda emosiyaları ilə reaksiya verirlər. Bununla da namizədin komandası müsbət düşüncə tərzi formalaşdırmış olur.

Ancaq bu işlər insanların başqa bir şəxsi bəyənməsi və ya başqa bir şəxsə etibar etməsi üçün görülür. Bu işlər praktiki səbəblərlə görülür. Bütün bu düşüncə tərzi formalaşdırma işlərinin əsas məqsədi müəyyən vaxt müəyyən yerdə insanların müəyyən şəkildə davranmasını - seçki məntəqəsinə gələrək qeyd edilən namizədə səs verməsini təmin etməkdən ibarətdir.

Aşağıdakıları yadda saxlamaq vacibdir:

  • Kommunikasiya əsas işlərinizə əlavə olaraq gördüyünüz bir iş deyil. Xeyr. Kommunikasiya strateji əhəmiyyətə malik fəaliyyətdir. O, real marketinqlə çox oxşardır.

  • Kommunikasiya düşüncə tərzlərini (anlayış, qavrayış, münasibətlər, gözləntilər və reaksiya) formalaşdırır və davranışlara təsir etmək məqsədi daşıyır.


Yüklə 262,64 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin