Xəstələrin müalicəsi və onlara qulluq. Tam sakitlik, xəstəxana palatasının təmiz və temperaturun 19-20°-yə qədər olması, kifayət qədər təmiz havanın daxil olması qarın yatalaqlı xəstələri düzgün qospitalizə etməyin zəruri şərtləridir.
Xəstə gündə 4-5 dəfə qidalandırılmalıdır. Stasionarın işçilər heyəti zəifləmiş xəstələri səbirlə yedizdirməlidir. Xəstələrə tez həzm oluna bilən yüksək kalorili (gündə 3000-ə qədər böyük kalori verən) və vitaminlərlə zəngin narın və duru yeməklər vermək lazımdır. Heç bir vaxt qıcıqlandırıcı kəskin ədvacat (xuruş) və mexaniki cəhətcə kobud qidalar vermək olmaz.
Xəstənin qida rasionuna ağ çörəyin suxarısı (gündə 75 q), boyat ağ çörək (150-200 q), keta kürüsü və ya qara (dənəvər) kürü (25q), təzə kərə yağı (25-40q), toyuq yumurtasmm sarısı (gündə 2 ədəd), təzə kəsmik (200q), xama (25q), qatın, kefir və ya asidofilin (bu süd məhsullarının birindən 500 q qədər) daxil etmək lazımdır.
Levomisetin daxilə 0,5 qramdan gündə altı dəfə qızdırma enənə qədər təyin edirlər, temperatur orta hesabla müalicə başlanandan 3-6 gün sonra enir; preparat eyni dozada temperatur enəndən daha 2-3 gün sonra verilir. Sonra levomesitini 0,5 qramdan gündə dörd dəfə normal temperaturun 10-cu günü daxil olmaq şərti ilə 7-8 gün müddətində verirlər. Tam müalicə kursu ərzində 32 qramdan 40-42 qrama qədər levomisetin işlədilir. Bu müalicə sxemi daha səmərəli sayılır.
İnadlı yuxusuzluq zamanı yuxugətirici dərmanlar (lüminal, barbamil, medinal) işlədilir.
Ağırsaq qanaxması təsadüflərində xəstəyə müvəqqəti olaraq (10-12 saat) qida vermirlər, lakin o, az-az içə bilər. Bağırsaqdaxili qanaxmanı kəsmək üçün eyni qrup və ya 1 (0) qrup qandan 125-150 ml köçürülməsi məsləhət görülür, çünki bu, hemostik təsir göstərir. Qanaxma başlayan kimi daxilə kalsium xloridin 10% məhlulunu (xörək qaşığı ilə) və vitamin K (vikasol, bir dəfəlik dozası 0,015q) təyin edirlər: bu pereparatları xəstəyə gündə 3 dəfə olmaqla 2-3 gün verilir.
Xəstəyə xidmət edən işçilər yedizdirdikdən, ona baxdıqdan və ya digər
manipulyasiyanı icra etdikdən sonra əllərini 0,5%-li xloromin məhlulu ilə
sonra isə isti su və sabunla möhkəm yumalıdırlar. Xəstələr yemək qəbul etdikdən sonra onların qabları qaynadılır. Dəyişəkləri 1 saat müddətində 0,5-1%-li xloramin məhlulunda isladılır, sonra isə buçilniklərdə qaynadırlar. Xəstəlikdən sağalanlara temperatur normaya endikdən sonrakı 8-10-cu gündən tez olmayaraq yataqda oturmağa icazə verilir. Onlar daha gec, yəni xəstəlik təərfindən pozulmuş ürək-damar fəaliyyəti kifayət qədər bərpa olunduqdan sonra yataqdan qalxa və gəzə bilərlər. Xəstəlikdən sağalanları xəstəliyin klinik əlamətləri keçib getdikdən sonra - antibiotiklərlə (sintomisin və ya levomisetinlə) müalicə olunmayan təsadüflərdə normal temperaturun 14-cü günündən tez olmayaraq, antibiotiklərlə müalicə olunduqda isə normal temperaturun 23-cü günü stasionardan evə yazırlar.
Ümumi sanitariya-gigiyena tədbirləri: yaşayış yerlərinin düzgün su təchizatı və kanalizasiya ilə təmin edilməsi, milçəklərlə mübarizə, şəxsi gigiyena qaydalarmm müntəzəm gözlənilməsi, xüsusilə yeməkdən qabaq əllərin yuyulması qarın yatalağmın profilaktikasmda ən mühüm rol oynayır. Qida müəssisələrində, mağazalarda, bufetlərdə, yeməkxanalarda, xəstəxanalarda və uşaq kollektivlərində bakteriyagəzdirənlərin aşkar edilməsi və onlarm işdən uzaqlaşdırılması çox mühüm tədbir sayılır. Qarm yatalağı ilə xəstələnən bütün şəxslər məcburi qaydada qospitalizə edilir, infeksiya ocağı isə dezinfeksiya olunur.
Dostları ilə paylaş: |