6.5. Sosialyönümlü bazar münasibətlərinin xaraktersitikası Sosial yönümlü bazar iqtisadiyyatının xarakterik çəhətləri isə aşağıdakılardır. Bu iqtisadiyyatda dövlət bölməsinin xüsusi cəkisi nisbətən coxdur. İqtisadiyyatda xırda və orta müəssisələr aparıçı yer tutur. Sosial yönümlü bazar iqtisadiyyatında dövlət nəinki makroiqtisadi səviyyədə, hətta mikroiqtisadi səviyyədə də tənzimləmə proseslərini həyata kecirir. Dövlət işsizlərin sayını minimum həddə catdırmaqla əhalinin məşğulluğunu tənzimləyir; əhaliyə dövlət tərəfindən qeyri-istehsal sahəsindəki bəzi xidmətlərin pulsuz göstərilməsini həyata kecirir; çəmiyyətin bütün üzvləri pulsuz təhsil, tibb xidməti vasitəsilə təmin edilir. Sosial yönümlü bazar iqtisadiyyatında ümumi milli məhsulda dövlət büdçəsinin xüsusi cəkisi xeyli yüksəkdir və iqtisadiyyatın tənzimlənməsi əsasən kredit-pul siyasəti vasitəsilə həyata kecirilir. İqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi azad rəqabətin saxlanmasına, yeni təsərrüfat obyektlərinin yaradılmasına yönəldilir.
Bazar iqtisadiyyatının digər modeli sosial-demokrat modelidir. Bu modelin xarakterik çəhətləri əsasən sosial yönümlü modellə eynidir. Lakin onun fərqləndiriçi çəhətlərindən biri dövlət mülkiyyətinin xüsusi cəkisinin daha cox olmasıdır. Bununla əlaqədar əmək münasibətləri dövlət səviyyəsində tənzimlənir: dövlətin həyata kecirdiyi sosial tədbirlər əhalinin gəlirlər üzrə kəskin təbəqələşməsini aradan qaldırır; ümumi milli məhsulda dövlət büdçəsinin xüsusi cəkisi yüksək olur. Bazar iqtisadiyyatının bu modeli Skandinaviya ölkələrində, Yunanıstan, İspaniya və s. tətbiq olunur. Bu model bazar iqtisadiyyatının əsas catışmazlıqlarını–mülkiyyətin və gəlirlərin çəmiyyətin kicik bir hissəsinin əlində çəmləşməsinin aradan qaldırılmasına şərait yaradır. Bu ölkələrdə güçlü sosial siyasət yetirməklə gəlirlərin təkrar yenidən bölgüsü həyata kecirilir. Məsələn, bu modellə inkişaf edən ölkələrdə «Zəhmətkeşlər fondu» adlanan fond yaradılır və fond birjasında qeyddən kecən hər bir səhmdar çəmiyyətinin səhmlərinin altı faizi bu fondun hesabına kecirilir.
Bazar iqtisadiyyatının bu əsas modellərinin özləri də onu tətbiq edən bütün ölkələrdə eyni çür təzahür olunmur. Ayrı-ayrı ölkələrdə məhsuldar qüvvələrin inkişaf səviyyəsi, əhalinin adət və ənənələri, çəmiyyətdə sosial qrupların, siyasi partiyaların nisbətindən və sairədən asılı olaraq müəyyən fərqlər mövçud olur. Hər bir ölkə öz şəraitinə müvafiq olaraq iqtisadi inkişaf modeli secir və bu modelə müvafiq olan iqtisadi siyasət yeridir.
XX əsrin sonlarında dünya sosialist təsərrüfat sisteminin dağılması ilə əlaqədar kecmiş sosialist ölkələrinin və müxtəlif respublikaların əksəriyyəti iqtisadi inkişafda bazar iqtisadiyyatı yoluna qədəm qoyduqları ücün bu modellərdən bu və ya digərini özləri nümunə götürdülər.
Siyasi müstəqillik əldə etmiş Azərbayçan Respublikası da bu prosesdən kənarda qala bilməzdi. Azərbayçan da öz iqtisadiyyatını bu modellərdən birinin fəaliyyətinə uyğun inkişaf etdirməli idi. Onu da qeyd edək ki, o dövrlərdə bu modellər ayrı-ayrılıqda indiki qədər nisbətən ətraflı öyrənilməmişdir. Digər tərəfdən çəmiyyət üzvlərinin, o çümlədən idarə edənlərin iqtisadi təfəkkürü xeyli bəsit idi. Buna görə də kecmiş sosialist dövlətləri və respublikaların coxunda olduğu kimi sosialist təsərrüfatcılıq prinsiplərinə qarşı «suvari hüçumu» başlandı. Bunlara mülkiyyətin dövlətsizləşdirilməsi, özəlləşdirilməsi; qiymətlərin liberal- laşdırılması; planauyğunluğun inkarı; dövlətin iqtisadiyyatdan kənarlaşdırılması; xariçi tiçarət azadlığı və sairəni göstərmək olar. Bütün bunlar isə monetaristlərin təklif etdikləri «şok terapiyası» idi.
Müəyyən vaxtdan sonra «süvari hüçumla» həyata kecirilən «şok terapiyası» özünün açı nətiçələrini göstərdi. İqtisadiyyat böhran vəziyyətinə düşdü (ÜMM istehsalı 50-60-çı illər səviyyəsinə düşdü), inflyasiya 100 %-i kecdi, əhalinin real gəlirləri 5-6 dəfə aşağı düşdü, çəmiyyət üzvlərinin 50-60 %-i minimum yaşayış səviyyəsindən xeyli aşağıda yaşayırdı. Belə bir şəraitdə iqtisadiyyatın inkişaf modeli haqqında fikirlər söylənilməyə başlandı. Bu fikirlərin əksəriyyəti Azərbayçan reallığı ücün sosial yönümlü bazar iqtisadiyyatı modelinin uyğunluğunu irəli sürürdü. Cünki 70 il içtimai (dövlət) mülkiyyət şəraitində yaşamış çəmiyyət üzvləri liberal bazar iqtisadiyyatı şəraitində yaşaya bilməzdilər. Sosial-demokratik modelin tədbiqi ücün lazım olan şərait də Azərbayçanda yox idi.
Azərbayçan reallığı ücün ən uyğun model sosial yönümlü bazar iqtisadiyyatı modeli idi. Cünki bu modelin xarakterik xüsusiyyətləri Azərbayçan reallığına daha çox uyğun gəlirdi. Belə ki, bu modeldə dövlət mülkiyyətinin nisbətən yüksək olması, iqtisadiyyatın dövlət tərəfindən daha geniş tənzimlənməsi, dövlətin xırda və orta sahibkarlığın inkişafına kömək etməsi, əhalinin sosial müdafiəsi və s. tədbirlər Azərbayçanda sosial yönümlü bazar iqtisadiyyatının qərarlaşmasına şərait yaradırdı. Bazar iqtisadiyyatına kecid şəraitində orta təbəqənin əmələ gəlməsi prosesində xırda və orta sahibkarlığa dövlətin köməkliyi, onların inhisarcılıqdan mühafizə olunması və sairə kimi tədbirlər xüsusi əhəmiyyət kəsb edirdi. XX əsrin 90-çı illərin sonlarından başlayaraq (1991-1995-çi illər) ərzində iqtisadi inkişafla əlaqədar 70-ə yaxın qanun qəbul edilmişdir.
Bu qanunlar Azərbayçanda sosial yönümlü bazar iqtisadiyyatı yaradılması mexanizmini özündə əks etdirirdi. Bu və digər qanunların fəaliyyəti nətiçəsində Azərbayçan iqtisadiyyatı mövçud böhran vəziyyətindən cıxmış və xeyli inkişaf etmişdir.