7.4. Azərbaycan Respublikasının vahid idman təsnifatı.
Təsnifatın vəzifələri:
1. Ölkə ərazisində bədən tərbiyəsi və idmanla müntəzəm və fəal məşğul olmağa cəlb olunmasına, gənclərin idmana olan marağının genişlənməsinə, idmanla məşğul olanların fiziki hazırlığının artmasına yardım göstərir.
2. İdman dərəcələrinin norma və tələblərini, onların ödənilmə şərtlərini və qaydalarını müəyyən edir.
3. Məşğul olanların idman ustalığının artırılmasına və idmançıların beynəlxalq yarışlara hazırlanmasına yardım göstərir.
4. Yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına köməklik edir.
Dostları ilə paylaş: |