İdman dərəcələri almış idmançıların vəzifə borcları və hüquqları İdmançıların vəzifə borcları:
Üzvü olduqları idman yönümlü təşkilatın adından müxtəlif adlı və səviyyəli yarışlarda iştirak etmək;
Daim özünün mədəni, əxlaqi səviyyəsini, fiziki hazırlığını və idman ustalığını artırmaq;
Təhsil aldığı və işlədiyi yerlərdə, yarışlarda özünü əxlaq normalarına, idman etikasına, Azərbaycan xalqının milli əxlaq normalarına uyğun aparmaq;
Idman rejiminə və gigiyena qaydalarına riayət etmək, öz sağlamlığını möhkəmləndirmək;
Azərbaycan Respublikasının dövlət bayrağına və himninə hörmət etmək və onların toxunulmazlığını qorumaq;
Beynəlxalq yarışlarda ölkəsinin idman şərəfini yüksəklərə qaldırmaq;
Daima vətənin müdafiəsinə hazır olmaq;
İdman dərəcəsi almış idmançının hüquqları:
Seçdiyi idman növü ilə məşğul olmaq, üzvü olduğu idman təşkilatı, oxuduğu ali təhsil ocağı və yaxud işlədiyi təşkilat adından yarışlarda iştirak etmək;
Dərəcə nişanını gəzdirmək;
Gənclər və İdman Nazirliyinin, idman növü üzrə respublika federasiyasının qərarı və təmsil etdiyi idman yönümlü təşkilatın razılığı ilə başqa təşkilata keçmək, müqavilə bağlamaq yolu ilə xarici klublara keçmək;