Mövzu Böyük Fransa burjua inqilabı və ondan sonrkı dövrdə Plan


-ci il konstitusiyası və siyasi klublar



Yüklə 89,1 Kb.
səhifə10/24
tarix19.03.2022
ölçüsü89,1 Kb.
#53983
1   ...   6   7   8   9   10   11   12   13   ...   24
Mühazir yt 4

1791-ci il konstitusiyası və siyasi klublar.

Müəssislər məclisi 1789-cu ilin payızında konstitusiya hazırladı.O, 1791-ci ildə qüvvəyə mindiyinə görə 1791-ci il konstitusiyası adlanır.Fransa konstitusiyalı-monarxiya elan edildi.Ali icraedici hakimiyyət krala, ali qanunverici hakimiyyət qanunverici məclisə verilirdi.Seçkilərdə ancaq əhalinin 20 faizdən azını təşkil edən fəal vətəndaşlar iştirak edə bilərdilər.Konstitusiya qalib gəlmiş burjuaziyanın sinfi təbiətini açıb göstərdi.

İnqilab illərində siyasi klublar böyük rol oynayırdı.Ölkədə ən çox nüfuza malik olan Yakobin və Kordelyerlər klubu idi.Bu klublar 1789-cu ilin yayında Versalda yaranmışdı.Bretan klubunu təşkil edənlər Bretanın iri blırjua deputatları-konstitusiyalı monarxistlər idilər.1789-cu ilin 5-6 oktyabr kütləvi çıxışından sonra Bretan klubu da kral ilə birlikdə Versaldan Parisə köçmüşdü.Burada onun üzvləri yeni cəmiyyət «Konstitusiya dostları cəmiyyəti» təşkil etdilər.Bu klub Yakov monastrının adına görə Yakobinlər adlanmağa başladı.Bu monastrda onun iclasları keçirilirdi.1789-1791-ci illərdə Yakobin klubunun tərkibi çox müxtəlif olmuşdu.Klub müxtəlif burjua siyasi xadimlərini birləşdirirdi.Onun nümayəndələrindən Mirabo, Robespyer və başqalarım göstərmək olar.1790-cı ildə yaranmış Kordelyerlər klubu da böyük rol oynayırdı.Bu klub da yerləşdiyi monastrın adına görə belə adlanırdı.«İnsan və vətəndaş hüququ dostlarının cəmiyyəti» Kordelyerlər klubunda inqilabi hadisələrdə fəal iştirak edən sadə şəxslər iştirak edirdilər.Kordelyerlər klubunun ən görkəmli üzvləri Marat, Danton, Demulen Kamill, Eber və başqaları idilər.Həmin dövrdəki Yakobin klubunun üzvlərinin çoxundan fərqli olaraq, kordelyerlərin üzvləri ümumi seçki hüququ tərəfdarları idilər.Maratın nəşr etdiyi qəzet klubları inqilabi-demokratik istiqamətə yönəldirdi.Marat xalqı yarı yolda dayanmamağa, inqilab düşmənlərini tam məğlub etməyə çağırırdı. O, xalqın hüquq və mənafeyini müdafiə edirdi. O, yoxsulların dostu, inqilabçı demokrat idi.Saray və zadəganlar, iri burjuaziya Marata nifrət edirdilər.VI Lüdovikin qaçması hadisəsi ilə əlaqədar olaraq Yakobin klubu parçalandı.Bu klubun inqilabi-demokratik qanadı kordelyerlərə tərəfdar çıxdılar. Klubun sağ mövqedə olan hissəsi onun tərkibindən çıxaraq, yeni klub felyanlar klubu təşkil etdilər.Bu klub da çağırıldığı yerin adına görə belə adlanırdı.


Yüklə 89,1 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin