Mövzu Böyük Fransa burjua inqilabı və ondan sonrkı dövrdə Plan


«Quduzlar».Maksimum uğrunda mübarizə



Yüklə 89,1 Kb.
səhifə13/24
tarix19.03.2022
ölçüsü89,1 Kb.
#53983
1   ...   9   10   11   12   13   14   15   16   ...   24
Mühazir yt 4

«Quduzlar».Maksimum uğrunda mübarizə

Müharibə Fransanın iqtisadi vəziyyətini daha da pisləşdirdi. Aclıq və məhrumiyyətlər fəhlələr, xırda sənətkarlar, kənd və şəhər yoxsullarının narazılığım artırdı. 1792-ci ilin payızından Parisdə, əyalət şəhərlərində kütləvi hərəkat genişləndi. Fəhlələr tətillər təşkil edirdilər. Onlar ərzaq malları üzərində sabit qiymət qoymağı, əmək şəraitinin yaxşılaşdırılmasını tələb edirdilər. Bu, «maksimum» adlandı.

Maksimum tələb edilməsi 1793-cü ilin əvvəlində yoxsul kütlələrin ümumi tələbi idi. Bunu daha aydın surətdə Kordelyerlər klubunun ən görkəmli xadimlərindən, əvvəllər keşiş olmuş Jak Ru ifadə etmişdir. Teofil Leklerk, Varle və b. onun tərəfdarları idilər. Jirondistlər onlara nifrət əlaməti kimi «quduzlar» ləqəbi vermişdilər. «Quduzlar» ən yoxsul təbəqələrin mənafeyini təmsil edirdilər. «Quduzlar» nəinki xüsusi mülkiyyətin ləğv edilməsini, eyni zamanda mülkiyyət bərabərliyini irəli sürürdülər.

Yakobinçilər əvvəllər «maksimuma» qarşı çıxış etdilər və «quduzların» təbliğatına mənfi yanaşdılar, 1793-cü ilin aprelində isə onlar öz mövqelərini dəyişdirib, möhkəm qiymət qoymaq uğrunda mübarizəyə başladılar. Yakobinçilər başa düşürdülər ki, xalq kütlələrinin təxirəsalınmaz tələblərini ödəmədən düşmən üzərində qələbə çalmaq mümkün olmayacaq. Yakobinlər qəti surətdə maksimum tələbini müdafiə edirdilər.

Konvent 1793-cü il mayın 4-də Fransada taxıla sabit qiymət qoyulması haqqında dekret verdi. «Maksimum» müəyyən edilməsi Yakobinçilərin «quduzlar» ilə birinci yaxınlaşmasının nəticəsi idi. Bu yaxınlaşma jirondistlərə qarşı yakobinçilərin mübarizəsi üçün vacib idi. Jirondistlər ölkədə royalistlər ilə birlikdə çıxış edərək, qiyam hazırlayırdılar. Onlar xarici əksinqilabçı qüvvələrə kömək edirdilər. Jirondistlər yeni konvent çağırmağı irəli sürürdülər. Onlar departamentləri Parisə qarşı qoyurdular. Mayın 18-də jirondistlər kommunanın fəaliyyətini izləmək üçün «12-lər Komitəsi» yaratdılar. Bu komitə Parisin inqilabçı təşkilatçılarına zərbə vurmaq istəyirdi. Mayın axırında jirondistroyalist bloku Lionda əksinqilabçı çevriliş etdilər. Bu Tulonda, Marseldə üsyana səbəb oldu.


Yüklə 89,1 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin