Mövzu döVLƏt qulluğunu idarəetmə orqanlari


Dövlət qulluğu orqanlarının “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun tətbiqinə nəzarəti



Yüklə 40,43 Kb.
səhifə3/6
tarix02.03.2023
ölçüsü40,43 Kb.
#86177
1   2   3   4   5   6
dövlet 2

3.Dövlət qulluğu orqanlarının “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun tətbiqinə nəzarəti.

Azərbaycanda dövlət qulluğu sistemi açıq sistemdir. Dövlət qulluqçularına nəzarəti ictimaiyyət, xalq həyata keçirir. Digər tərəfdən isə dövlət qulluqçuları öz fəaliyyəti barəsində ictimaiyyətə hesabat verir. “Dövlət qulluğu haqqında qanunun” beşinci maddəsinə görə Azərbaycan Respublikasında Dövlət Qulluğunu İdarəetmə Orqanı Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasıdır. Şuranın həyata keçirdiyi funksiyalarından biri isə dövlət qulluqçularına dair məhdudiyyətlərin və təminatların yerinə yetirilməsinə nəzarət etməkdir


Azərbaycan xalqının Ümummilli Lideri Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi altında hazırlanıb ümumxalq səsverməsi ilə qəbul edilmiş yeni Konstitusiyadan sonra respublikanın, demək olar ki, bütün normativ- hüquqi aktları yenidən qəbul edilmişdir. Bunlardan biri də 2000-ci il 21 iyul tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş "Dövlət qulluğu haqqında" qanundur.


Bu qanunda Azərbaycanın dövlətçiliyi tarixində ilk dəfə olaraq konkret surətdə bilavasitə dövlət qulluğu və dövlət qulluqçusu məfhumlarının nədən ibarət olduğu açılıb göstərilmiş və dövlət qulluqçusunun hüquq və vəzifələri qanunvericilik yolu ilə təsbit edilmişdir. Yeni qanunun bütün cəhətləri üzərində geniş dayanmağın çox vaxt aparacağını nəzərə alaraq burada əksini tapmış bəzi əsas müddəaları şərh etməyi vacib hesab edirik.
Bu qanun qəbul edildikdən sonra ona 2001-ci il 13 fevral, 2002-ci il 2 iyul və 2002-ci il 3 dekabr tarixli qanunlarla müxtəlif dəyişikliklər edilmiş, onun əsas müddəalarından irəli gələn bir çox normativ aktlar təsdiq olunmuş, bütövlükdə dövlət qulluğu ilə əlaqədar 11 qanun qəbul edilmiş, 21 fərman verilmişdir. Qanuna əsas dəyişikliklər 2002-ci il 2 iyul tarixində qanunla edilmişdir.
Cəmi 6 fəsildən və 35 maddədən ibarət olan "Dövlət qulluğu haqqında" Qanunda göstərilir ki, qanun dövlət qulluğu sahəsində dövlətlə dövlət qulluqçuları arasında yaranan münasibətləri və dövlət qulluqçularının hüquqi vəziyyəti ilə bağlı məsələləri tənzimləyir. Qanun icra hakimiyyəti orqanlarında, qanunvericilik və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Qanunda dövlət qulluğunu idarəetmə orqanlarının, dövlət qulluğunun əsas vəzifələrinin və prinsiplərinin nədən ibarət olduğu, dövlət orqanının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda Azərbaycan Respublikasının məqsəd və funksiyalarını həyata keçirən, qanunvericiliyə uyğun olaraq yaradılmış dövlət qulluqçularının qurumu olduğu göstərilir.
"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsinə uyğun olaraq Şuranın qəbul etdiyi qərarların məcburiliyi müvafiq dövlət qulluqçuları üçün müvafiq olaraq Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin sədri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri tərəfindən təmin edilir.
Dövlət qulluğunda kadr siyasəti konsepsiyasının hazırlan­masında və həyata keçirilməsində «Dövlət Qulluğunun İdarəetmə Şurasının», AR Prezidenti yanında Dövlət qulluğu məsələləri üzrə Komissiyasının və AR Prezidentinin İcra Aparatının Kadr məsələləri şöbəsinin, Mərkəzi və Yerli icra hakimiyyəti orqanlarının kadr bölmələrinin xüsusi rolu vardır.
Dövlət başçısı kimi Azərbaycan Respublikası Prezidenti dövlət kadr siyasətinin hazırlanmasında müstəsna səlahiyyətlərə malikdir. O, kadr siyasətinin məqsəd və istiqamətlərini müəyyən edir. Dövlət qulluğunun idarəetmə şurası «Dövlət qulluğu haqqında» AR qanununun 5-ci maddəsinə uyğun olaraq yara­dılmış və 2002-ci il 29 mart tarixli qanunla Əsasnaməsi təsdiq edilmişdir. Şura «Dövlət qulluğu haqqında» qanununun tətbiqinin nəzarəti və dövlət qulluğunun normativ-metodik təminatını həyata keçirir. AR-da dövlət qulluqçuları kate­qoriyasına aid edilən şəxslər müəyyən etdirilir. Şuranın 18 nəfər üzvünün 6-sını AR Prezidenti, 6-sını AR Milli Məclisi və 6-sını isə AR Konstitusiya Məhkəməsi tərəfindən təyin edilir. Şura dövlət orqanı deyil və səlahiyyətləri ictimai əsaslarla həyata keçirilir. Şuranın qəbul etdiyi qərarların məcburiliyi onu yaradan orqanlar tərəfindən təmin edilir.
Şuranın funksiyalarına: vahid dövlət kadr siyasətinin formalaşmasında iştirak etmək; dövlət hakimiyyət orqanlarında dövlət qulluğunun vəziyyətini və səmərəliliyini təhlil etmək; dövlət qulluğunun təşkili və həyata keçirilməsi ilə bağlı normativ hüquqi aktlarını və metodik göstərişlərin layihələrinin hazır­lanmasını və həmin sənədlərin hazırlanmasında dövlət hakimiy­yəti orqanlarının fəaliyyətini əlaqələndirmək; dövlət hakimiyyəti orqanlarının dövlət qulluğu və kadr xidmətlərinin metodik işini əlaqələndirmək; dövlət qulluqçularının şikayətlərinə baxmaq; dövlət qulluqçularının peşə hazırlığı, yenidən hazırlanması və ixtisasının artırılması sahəsində işləri təhlil etmək və bununla bağlı təkliflər hazırlamaq; dövlət qulluqçularına dair məhdudiy­yətlərin və təminatların yerinə yetirilməsinə nəzarət etmək; dövlət qulluğunun təşkili və səmərəliliyinin artırılması məsələləri ilə əlaqədar beynəlxalq əməkdaşlığın həyata keçiril­məsində iştirak etmək daxildir.
İlk dövrdə Azərbaycan Respublikası Prezidenti yanında dövlət qulluğunun idarəetmə orqanı səlahiyyətlərini AR Prezidentinin 24 avqust 2002-ci il fərmanı ilə AR prezident İcra aparatının kadr məsələləri üzrə şöbəsi həyata keçirirdi. Bu fərmanla dövlət qulluğunun idarəetmə səlahiyyətləri AR Nazirlər Kabinetində, müvafiq Mərkəzi və yerli icra hakimiyyəti orqanlarında bu orqanların kadr qurumlarına tapşırılırdı.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əsas vəzifələrdən biri «dövlət qulluğu və digər kadr məsələləri sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək və bu siyasəti həyata keçirməkdir. Azərbaycan Respublikası Prezidentinin 3 iyun 2005-ci il tarixli fərmanı ilə yaradılmış AR Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya AR-də dövlət qulluğu sahəsində qəbul edilmiş normativ hüquqi aktların tətbiqini təşkil edən, dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsi, yerləşdirilməsi, dövlət qulluqçularının etik davranış qaydalarına əməl olunmasına nəzarət edilməsi, dövlət qulluqçularının ixtisas hazırlığının artırılması, attestasiya və sosial müdafiəsi sahəsində, həmçinin dövlət qulluğu ilə bağlı digər məsələlər barədə AR qanunvericiliyi ilə nəzərdə tutulmuş siyasətin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
Komissiyanın əsas vəzifələrinə: dövlət qulluğu və digər kadr məsələləri sahəsində vahid dövlət siyasətinin forma­laş­dırılmasında iştirak etmək və bu siyasəti həyata keçirmək; dövlət qulluğunun kadr təminatının proqnozlaşdırılması sahəsində təkliflər hazırlamaq, bu sahədə Azərbaycan Respublikası Prezidentinin və Dövlət qulluğunu İdarəetmə Şurasının tapşırıqlarını yerinə yetirmək; dövlət qulluğu və kadr məsələləri sahəsində fəaliyyətin təkmilləşdirilməsi üçün tələb olunan normativ hüquqi aktların layihələrini hazırlamaq; dövlət qulluq­çu­larının peşə hazırlığı, təkrar hazırlığı və ixtisasının artırılması sahəsində dövlət orqanlarının fəaliyyətini əlaqələndirmək, bu sahədə işlərin vəziyyətini təhlil etmək və təkliflər hazırlamaq; dövlət qulluqçularının idarə edilməsinə dair mərkəzləşdirilmiş məlumat bazasını inkişaf etdirmək və ondan səmərəli istifadə olunmasını təmin etmək; mərkəzləşdirilmiş qaydada vətən­daşların dövlət qulluğuna qəbulunu müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsini təşkil etmək; dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasına nəzarət etmək və s. daxildir. Komissiyanın əsas hüquqlarından ən əsası dövlət qulluğu haqqında qanunvericiliyin tələblərinin pozulması halları aşkar edildikdə bu halların aradan qaldırılması üçün dövlət orqanlarına və vəzifəli şəxslərə təkliflər vermək və qanun­vericilikdə nəzərdə tutulmuş digər tədbirlər görməkdir.

Yüklə 40,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin