Mövzu döVLƏt qulluğunu idarəetmə orqanlari


Dövlət qulluğunu idarəetmə orqanlarının səlahiyyətləri



Yüklə 40,43 Kb.
səhifə2/6
tarix02.03.2023
ölçüsü40,43 Kb.
#86177
1   2   3   4   5   6
dövlet 2

2.Dövlət qulluğunu idarəetmə orqanlarının səlahiyyətləri.

Ümumiyyətlə tarixə nəzər salsaq aydın olar ki, qərbdə dövlət qulluğu və dövlət idarəçilik ənənələrinin inkişafı Roma İmperiyası ilə, şərqdə isə Çinlə bağlıdır. Dövlət qulluğunun təkamül prosesi müəyyən tarixi mərhələlər keçərək müasir forma halını almışdır. Dövlət qulluğunun yaranma tarixi Çindən başlayır. Dövlət qulluqçusu vəzifəsinə seçim tarixdə ilk dəfə olaraq məhz bu ölkədə Han sülaləsi dövründə (e.ə. 206 - 220) olmuşdur. Bu hadisə Şərqdə dövlət qulluğunun əsasını qoymuşdur. Qərbdə isə dövlət qulluqçularının bacarıqlarına görə seçilməsi yalnız feodal quruluşun dağılması və milli dövlətlərin yaranması dövrünə təsadüf etmişdir. XVII əsrdə Prussiyada ilk dəfə müsabiqəyə əsaslanan dövlət qulluğuna seçim sistemindən istifadə edilmişdir. Məhz bu, Fransada XIX əsrin əvvəllərində Napoleonun islahatlarının əsasını təşkil etmişdir. İngilisdilli ölkələrdə isə dövlət qulluğuna qəbulla bağlı qaydalar daha sonrakı dövrdə yaranmışdır. Beləliklə, eramızdan əvvəl başlayaraq, müasir günə kimi olan dövr ərzində dövlət qulluğunun məqsədləri, vəzifələri, funksiyaları, prinsipləri yaradılmış və inkişaf etmişdir.


Azərbaycanda Dövlət qulluğunun səmərəliliyinin artırılması, dövlət aparatının təkmilləşdirilməsi, dövlət qulluqçularının hüquqi statusunun müəyyən edilməsi, onların sosial müdafiəsinin, maddi müstəqilliyinin təmin edilməsi və eyni zamanda məsuliyyətlərinin artırılması üçün 2000-ci ildə “Dövlət qulluğu haqqında” qanun qəbul edlmişdir.

Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası (bundan sonra - Şura) "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə uyğun olaraq həmin Qanunun tətbiqinə nəzarəti və dövlət qulluğunun normativ-metodik təminatını həyata keçirir, Azərbaycan Respublikasında dövlət qulluqçuları kateqoriyasına aid edilən şəxslərin siyahısını müəyyənləşdirir.


Şura "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən 18 nəfər üzvdən ibarət tərkibdə təşkil edilir və fəaliyyət göstərir. Şuranın 6 üzvü Azərbaycan Respublikasının Prezidenti tərəfindən, 6 üzvü Azərbaycan Respublikası Milli Məclisinin sədri tərəfindən, 6 üzvü isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri tərəfindən təyin edilir.
Şura öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, qanunlarını və digər normativ hüquqi aktlarını, habelə bu Əsasnaməni rəhbər tutur.
Şura öz fəaliyyətini Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin sədri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri ilə qarşılıqlı əlaqədə qurur və mütəmadi olaraq onları özünün fəaliyyəti haqqında məlumatlandırır,
Öz funksiyalarını həyata keçirmək məqsədi ilə Şura aşağıdakı səlahiyyətlərə malikdir:
müvafiq dövlət hakimiyyəti orqanlarından zəruri materialları sorğu edir və alır;
dövlət qulluğunun təşkili və həyata keçirilməsi ilə bağlı normativ hüquqi aktların və metodik göstərişlərin layihələrini hazırlayır, müvafiq dövlət hakimiyyəti orqanlarının nümayəndələrini, alimləri və mütəxəssisləri bu işə cəlb edir;
dövlət hakimiyyəti orqanlarında dövlət qulluğunun vəziyyətini və səmərəliliyini təhlil edir;
əmək qanunvericiliyinin və dövlət qulluğu haqqında qanunvericiliyin tətbiqi, o cümlədən əmək intizamının pozulması və əmək mübahisələri ilə bağlı vəziyyəti öyrənir və ümumiləşdirir;
dövlət qulluqçularının fəaliyyətinin səmərəliliyinin artırılması yollarını araşdırır və bununla bağlı tədbirlər (təkliflər) hazırlayır;
"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq dövlət qulluqçularının şikayətlərinə baxır.
Şuranın fəaliyyətinə rəhbərliyi və işinin təşkilini Şuranın sədri həyata keçirir. Şuranın sədri onun tərkibindən Şura üzvlərinin sadə səs çoxluğu ilə seçilir.
Şuranın iclasları mütəmadi olaraq, lakin iki ayda bir dəfədən az olmayaraq keçirilir. Zərurət olduqda Şuranın fövqəladə iclasları çağırıla bilər. Şuranın iclasları onun üzvlərinin yarısından çoxu iştirak etdikdə səlahiyyətlidir. Şuranın müzakirə etdiyi məsələlərə dair qərarları Şuranın iclasında iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı xüsusi rəyi olan Şuranın üzvü öz rəyini qəbul edilmiş qərara əlavə edə bilər.
Şura özünün Reqlamentini təsdiq edir.
Şurada kargüzarlığın təşkili məqsədi ilə katiblik yaradılır. Şuranın katibliyinin işini Şuranın iclasında Şura üzvlərinin sadə səs çoxluğu ilə seçilən katib təşkil edir. Katibliyin fəaliyyəti dövlət büdcəsi hesabına maliyyələşdirilir.
"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 5.3-cü maddəsinə uyğun olaraq Şuranın qəbul etdiyi qərarların məcburiliyi müvafiq dövlət qulluqçuları üçün müvafiq olaraq Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin sədri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri tərəfindən təmin edilir.
Şuranın üzvləri özlərinin fəaliyyətində müstəqildirlər.
Maddə 5.3.-də göstərilən «Dövlət qulluğunun idarəetmə orqanı» öz səlahiyyətlərini ictimai əsaslarla həyata keçirir. Bu şuranın dövlət səlahiyyəti, idarəetmə obyektinə birbaşa iradi təsir mexanizmi olmadığından «idarəetmə orqanı» kimi yox, məşvərətçi orqan kimi baxılması düzgün olardı. Ukrayna Respublikasının «Dövlət qulluğu haqqında» Qanununda dövlət qulluğu sahəsində dövlət siyasətinin əsas istiqamətlərinin realizəsinin üsulu, vasitə və formasını müəyyən etmək, dövlət qulluğunun effektivliyini artırmaq məqsədilə dövlət orqanlarının bütün gücünü birləşdirən məşvərətçi orqan kimi yaradılan qurum «Dövlət qulluğu məsələləri üzrə Koordinasiya şurası adlandırılır» (maddə 8).

Yüklə 40,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin