Mövzu döVLƏt qulluğunu idarəetmə orqanlari


Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvlərinin say tərkibi



Yüklə 40,43 Kb.
səhifə5/6
tarix02.03.2023
ölçüsü40,43 Kb.
#86177
1   2   3   4   5   6
dövlet 2

5.Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının üzvlərinin say tərkibi.
Azərbaycan Respublikasında bu Qanunun tətbiqinə nəzarəti, dövlət qulluğunun normativ-metodiki təminatını, Azərbaycan Respublikasında dövlət qulluqçuları kateqoriyasına aid edilən şəxslərin siyahısını müəyyən etməyi Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası həyata keçirir (bundan sonra—Şura). Şura 18 nəfər üzvdən ibarətdir. Şuranın 6 üzvü Azərbaycan Respublikasının Prezidenti tərəfindən, 6 üzvü Azərbaycan Respublikası Milli Məclisinin sədri tərəfindən, 6 üzvü isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri tərəfindən təyin edilir. Şuranın səlahiyyətləri qanunla təsdiq edilən Əsasnamə ilə müəyyən edilir.
Şura dövlət orqanı deyil və onun üzvləri öz səlahiyyətlərini ictimai əsaslarla həyata keçirirlər.
Şuranın qəbul etdiyi qərarların məcburiliyi müvafiq dövlət qulluqçuları üçün müvafiq olaraq Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Milli Məclisinin sədri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri tərəfindən təmin edilir.
İdarəetmə – bizi əhatə edən dünyanın çox mühüm və universal elementidir. İdarəetmə çox geniş anlayışdır. Onun cəmiyyətlə bağlı hissəsi dövlət idarəetməsi adlanır. Dövlət- cəmiyyətin elə vahid siyasi təşkilatıdır ki, öz hakimiyyətini ölkənin bütün ərazisinə və əhalisinə şamil edir, bunun üçün xüsusi idarəetmə aparatı var, hamı üçün məcburi göstərişlər verir və suverenliyə malikdir.
Başqa ölkələrin qanunvericiliyində bu pozuntuya görə ciddi məsuliyyət nəzərdə tutulur. Məsələn, Qazaxıstan respublikasında «Dövlət qulluğu işləri üzrə müvəkkil» vəzifəli şəxsin qanun­vericilikdə nəzərdə tutulmayan müsabiqədən keçməyən dövlət qulluğu vəzifəsinə vətəndaşları qəbul etməsini məsuliyyətə cəlb edilməsi nəzərdə tutulur. Böyük Britaniyada mülkü qulluq işləri üzrə komissiyanın razılığı olmadan ştata vətəndaşın götürülməsi qanunvericilikdə qadağan edilir.
MDB dövlətlərində və xarici ölkələrində dövlət qulluğu məsələlərini koordinasiya və idarə edilməsini həyata keçirmək üçün geniş şaxələnmiş çoxsaylı orqanlar sistemi yaradılır. Ukrayna Respublikasında dövlət qulluğu məsələləri üzrə koordinasiya şurası, vahid dövlət siyasətinin aparılması və dövlət qulluğunun funksional idarə edilməsi üçün Nazirlər Kabineti yanında dövəlt qulluğunun Baş idarəsi; Rusiya Federasiyası Prezident yanında dövlət qullugu məsələləri üzrə Şura, RF Prezidentinin dövlət qulluğu məsələləri üzrə idarəsi; Qazaxıstan Respublikası Prezidentinə bilavasitə tabeliyində olan «Dövlət qulluğu işləri üzrə müvəkkil», Qırğızıstan Respublikasında Dövlət qulluğu məsələləri üzrə Agentlik və dövlət qulluğu üzrə Şura fəaliyyət göstərir.
Kontinental hüquq sistemli ölkələrin ictimai qulluğun ixtisaslaşmış idarəetmə orqanları icra hakimiyyəti sisteminə daxil olmaqla bir qayda olaraq hökumətin tabeliyində olur. İngilis-sakson sistemli ölkələrdə ictimai qulluğa rəhbərliyi formal olaraq icra hakimiyyətindən asılı olmayan parlamentə tabe olan orqanlar iştirak edirlər. Bu ölkələrdə mülkü qulluğu idarə olunmasında əsas rolu parlamentin yaratdığı və onun qarşısında məsuliyyət daşıyan orqan - Mülki qulluq işləri üzrə Komissiya həyata keçirir. Böyük Britaniyada dövlət qulluğu sisteminin başında Baş nazir durur, o eyni zamanda, 1968-ci ildə yaradılmış Mülki qulluq işləri üzrə nazir vəzifəsini yerinə yetirir. 1855-ci ildən fəaliyyətdə olan Mülki qulluq işləri üzrə Komissiya Nazirliyinin tərkibinə transformasiya olunmuş və onun struktur bölməsi kimi fəaliyyət göstərir. Ayrı-ayrı nazirliklərdə mülkü qulluğa nazirliyin daimi katibi rəhbərlik edir.
Son onilliklərdə mülki qulluğun idarəedilmə mexanizmi dəyişilmiş, uzun müddət fəaliyyət göstərən dövlət qulluğu işləri üzrə Komissiya başqa orqanlarla əvəz edilir. ABŞ-da 1883-cü ildə yaradılmış Mülki qulluq üzrə Komissiyanın funksiyası 1978-ci ildə bir neçə orqan: Prezidentin tabeliyində olan personalın idarəetmə Bürosu (Office of Personal Management), müstəqil kvazi məhkəmə agentliyi hesab olunan ləyaqət sisteminin mühafizəsi üzrə idarə (Men sistems Profektion Board) və müstəqil tədqiqat aparan və ittiham təqdim edən xüsusi müşavirin idarəsi (Office of special counsel) arasında bölünmüşdür (239, s.88-89).
Fransada Respublika administrasiya və dövlət qulluğunun Baş idarəsi, Almaniya Fedtral Respublikasında kadr işləri üzrə Palata, Çin Xalq Respublikasında Dövlət Şurasının Kadrlar Nazirliyi, Yaponiyada Nazirlər Kabineti yanında personal üzrə Palata fəaliyyət göstərir.
Azərbaycan Respublikasında xarici ölkələrin bu təcrübəsi düşünülmüş şəkildə, Azərbaycan cəmiyyətinin xüsusiyyətinə uyğun inteqrasiya prosesi gedir. Bunun üçün dövlət qulluğu sahəsində kadr siyasətinin həyata keçirilmə mexanizminin yaradılmasına xüsusi diqqət yetirilir. Kadr siyasətinin həyata keçirilmə mexanizmi kadr siyasəti konsepsiyasını, kadr işinin qanunvericilik bazasına, proseslərinə, metodlarına, üsullarına, metodologiyasına, texnologiyasına və formalaşmasına və kadr təminatına istiqamətləndirilmiş kadr fəaliyyət sistemi kimi baxılır.
Dövlətçilik ölkənin əsas fundamental dəyəridir. Dövlət idarəçiliyi elə bir məfhum, elə bir reallıqdır ki, dövlət- hakimiyyət mexanizmi onsuz işləyə bilməz. Dövlət idarəçiliyi dövlət hakimiyyətinin praktikada reallaşdırılmasını təmin edir. Dövlət idarəçiliyinin cəmiyyətin həyatında oynadığı rolu azaltmaq qeyri-mümkündür. Onun müxtəlif tarixi dövrlərdə müxtəlif ölkələrin sosial-iqtisadi inkişafına güclü təsirinin olması mütəxəssislər tərəfindən dəfələrlə qeyd olunmuşdur. Dövlət idarəetməsi əhəmiyyətli dərəcədə ölkənin müasir sosial-iqtisadi vəziyyətini və onun gələcəyinin keyfiyyətini müəyyən edir. Əgər tarixi dəyişikliklərin miqyası genişlənirsə, onda dövlət kimi ictimai orqanizmin dəqiq, fasiləsiz və nizamlı fəaliyyətinin təmin edilməsində idarəetmənin də rolu artmış olur. Hazırkı şəraitdə isə dəyişikliklər cəmiyyətin bütün vacib sferalarını – siyasət, iqtisadiyyat, mənəvi həyat, müxtəlif ceşidli və mürəkkəb ictimai münasibətlər kompleksini əhatə edir, dövlət idarəetməsini rolu əhəmiyyətli dərəcədə artır və ölkədəki vəziyyət əhəmiyyətli dərəcədə idarəetmənin səmərəliliyindən və keyfiyyətindən asılı olur.
Güclü və iş qabiliyyətli hakimiyyət uğurlu dəyişikliklərin birinci şərtidir və stabil, güclü dövlətin yaranmasında bütün vətəndaşlar maraqlıdırlar. Belə hakimiy-yət olmazsa, iqtisadi artim üçün şərait yaratmaq, inkişaf etmiş bazar, həqiqi de-mokratiya, mədəniyyət və mənəviyyat formalaşdırmaq, ölkənin bütövlüyünü qoru-yub saxlamaq olmaz.



Yüklə 40,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin