Mübarizə tədbirləri. 1. Yazda və payızda cərgə araları şumlanmalıdır. Nəticədə torpaqda olan sürfə və pupun bir qismi mexaniki təsirdən məhv olur.
Şum arxasınca sahəyə ev quşlarının buraxılması yaxşı nəticə verir. Belə ki, ev quşları zərərvericinin sürfə və puplarını həvəslə yeyir.
2. Kimyəvi mübarizədə Karate Zeon preparatı ilə 0,3 l/ha normasında ciləmə aparmaq məsləhətdir.
GƏNCƏ - 2017 Mövzu 8 . Meyvə ağaclarının sorucu zərərvericiləri və onlarla mübarizə tədbirləri
Alma yaşıl mənənəsi (Aphis pemi Dey). – Bərabərqanadlılar dəstəsi (Homoptera) mənənələr fəsiləsinin (Aphididae) nümayəndəsidir.
Yetkin fərd sarımtıl-yaşıldır. Uzunluğu 2 mm-dir. Yumurtası ovaldır, 0,5 mm-dir. Sürfəsi qonur yaşıldır.
Zərərverici alma, gavalı, heyva, zoğal, əzgil və s. bitkilərə zərər vurur.
Mənənə payızda zoğların tumurcuğu əsasında yumurta fazasında qışlayır. Erkən yazda tumurcuqlar açılmağa başladığı dövrdə qışlamış yumurtalardan sürfələr çıxır. Sürfələr əvvəlcə qabarlanmış tumurcuğun hüceyrə şirəsini sormaqla qidalanırlar. Sonrakı nəsillərin yetkin və sürfələri yarpaqların hüceyrə şirəsi ilə qidalanır. Nəticədə yarpaqlar qıvrılır, eybəcərləşir və quruyur.
Bütün vegetasiya dövründə bakirə yolla çoxalırlar. Bir dişi fərd 40-a qədər sürfə doğur. Bir nəslin inkişafı 10-15 günə başa çatır. il ərzində 17-yə qədər nəsil verir.