Mübarizə tədbirləri. Bağlara düzgün qulluq edilməli, budama vaxtında aparılmalı, zədələnmiş budaqlar kəsilməli və yandırılmalı, ağacların ştambları və budaqları ölmüş qasıqlardan təmizlənməlidir.
Mövzu 10. Subtropik və sitrus bitkilərinin zərərvericiləri və onlarla mübarizə tədbirləri İsmayıl-zadə N.N.
Məmmədov V.Ə.
PLAN
Uzunsov çay yastıcası, yumşaq yalançı çanaqlı yastıca və zeytun yalançı çanaqlı yastıcası və çubuqşəkilli yastıcanın morfoloji quruluşu, bioloji xüsusiyyətləri, onlarla mübarizə tədbirləri.
Nar mənənəsi və nar meyvəyeyənin morfoloji quruluşu və bioloji xüsusiyyətləri, onlarla mübarizə tədbirləri.
Sitrus ağqanadlısı və sitrus qırmızı gənəsinin morfoloji quruluşu və bioloji xüsusiyyəti, onlarla mübarizə tədbirləri.
Çılpaq ilbizin morfoloji quruluşu və bioloji xüsusiyyəti, onunla mübarizə tədbirləri.
ƏDƏBİYYAT
Məmmədova S.R., Xəlilov B.B. – Kənd təsərrüfatı entomologiyası. Baki, 1986
Məmmədova S.R., Xəlilov B.B. – Meyvə və subtropik bitkilərin zərərvericiləri. Bakı, 1974
Səmədov N.H., İbrahimov H.R., Xəlilov B.B. – Azərbaycanda kənd təsərrüfatı bitkilərinin ziyanvericiləri və xəstəlikləri (Soraq kitabı). Bakı, 1965.
Горбацов И.В., Грилченко
В.В., Захваткин Ю.А. - Зашита растений отвредителей
Москва, 2002, 472с
GƏNCƏ – 2017
Mövzu 10. Subtropik və sitrus bitkilərinin zərərvericiləri və onlarla mübarizə tədbirləri
Uzunsov çay yastıcası (Chloropulvinaria floccitera W.). – Bərabərqanadlılar dəstəsi (Homoptera), koksidlər (Coccidae) fəsiləsinə mənsubdur.
Yetkin dişi fərdin rəngi yaşılımtıl-sarıdır, uzunluğu 3 mm-dir.
Yumurtasını xüsusi kisə içərisinə qoqyur. Bu kisənin uzunluğu 12 mm-ə qədər olur.
Zərərvericinin 2-ci yaşda olan sürfələri çay və nəcib dəfnə yarpaqlarında qışlayır. Yazda aprelin 2-ci yarısında qışlamadan çıxan sürfələr yarpaq və zoğların şirəsini sormaqla qidalanır. Mayın ortalarına yaxın sürfələr yetkin hala keçir və 4-5 gündən sonra yumurta qoymağa başlayır. Həmin yumurtalardan mayın axırı, iyunun əvvəllərində sürfələr çıxır. Bir dişi fərd 830-a qədər yumurta qoyur.
Zərərverənlərin sürfələrinə kütləvi halda iyunun birinci ongünlüyündə rast gəlinir. Bəzən çay bitkisinin yarpaq məhsulu 25-60%-ə qədər azala bilir.