Bənövşəyi çanaqlı yastıca (Parlatoria oleae Colvee). - Bərabərqanadlılar dəstəsi (Homoptera), çanaqlı yastıcalar (Diaspididae) fəsiləsinə mənsubdur.
Bədəni bənövşəyi rəngdədir. Çanağı ağ, yaxud bozdur. Böyüklüyü 2-2,5 mm-dir. Erkəklər bir cüt qanada malikdir. Uzunluğu 1 mm-dir. Qırmızımtıl-yaşıl rəngdədir.
Yumurtası uzunsovdur, 0,1-0,2 mm-dir. Sürfə yetkinə oxşardır, ancaq ondan kiçikdir. Alma, armud, ərik, şaftalı, gavalı, badam və s. bitkilərə zərər vurur.
Zərərverici yetkin və sürfə halında ağac qabıqları üzərində çanaq altında qışlayır. Yazda qışlamadan çıxan dişilər yumurta qoyur. Bir dişi 50-70 ədəd yumurta qoya bilir. Yumurtanın embrional inkişafı 1-2 həftədir. Sürfələr budaqlarla, zoğlarla, yarpaq və meyvələrin şirəsini sormaqla qidalanır.
Sürfə 28-30 gündə 2 dəfə qabıq dəyişib yetkin hala keçir. Hər bir nəslin inkişafı 50-60 gün davam edir. İkinci nəslin yetkin dişiləri qışlayır. İldə iki nəsil verir.
Dostları ilə paylaş: |