Kaliforniya çanaqlı yastıcası (Quadraaspidiotus perniciosus C.) - Bərabərqanadlılar dəstəsi (Homoptera), qalxanlı yastıcalar (Diaspididae) fəsiləsinə aiddir.
Yetkin fərd limonu rəngdədir, uzunluğu 1-1,5 mm-dir.
Alma, armud, gavalı, albalı, gilas, şaftalı, ərik və s. bitkiləri zədələyir.
Daxili karantin obyektidir.
Zərərvericinin birinci yaş sürfələri qalxancıq altında qışlayır. Yazda tumurcuqlar açıldıqda qışlamadan çıxan sürfələr qidalanır. Yetkin fərdlər diri sürfə doğur. Sürfələr 20-25 gün inkişaf edib 2 dəfə qabıq dəyişir və yetkin hala keçir. İldə 2-4 nəsil verir.
Dostları ilə paylaş: |