Mübarizə tədbirləri.
1. Daxili karantin tədbirlərinə əməl edilməlidir.
2. Alma meyvəyeyəninə qarşı aparılan mübarizə tədbirləri tətbiq edilə bilər.
Alma güvəsi (Hyponomeuta malinella L.) - Kəpənəklər dəstəsi (Lepidroptera), güvələr fəsiləsinə (Uponomeutidae) mənsubdur.
Kəpənək gümüşü-boz rəngdədir, uzunluğu 18-20 mm-dir. Yumurtası ağ rəngdədir.
Tırtılı sarımtıl-bozdur, uzunluğu 12 mm-dir.
Zərərvericinin kiçik yaşlı tırtılları qabıq altında qışlayır. Yazda qışlamadan çıxan tırtıllar yarpaqlarla qidalanıb onları skletləşdirir və tor vasitəsilə yarpaqları bir-birinə dolayır.
Tırtıl 35-40 gün qidalanır və sonra düzəltdiyi ağ barama içərisində pup halına keçir. Pupdan 10-15 gün sonra kəpənək uçur. Kəpənək uçduqdan 8-10 gün sonra cütləşir və zoğun qabığı üzərinə yumurta qoyur. Bir dişi 80-ə qədər yumurta qoyur. Yumurtadan çıxan kiçik yaş tırtıl qışlamaya gedir. İldə bir nəsil verir.
Dostları ilə paylaş: |