Mübarizə tədbirləri.
1. Bitki qalıqları və xəzəl toplanıb sahədən çıxarılmalıdır. Cərgəarası şumlanmalı və ağacın dibi bellənməlidir.
2. Ştamba tutucu və öldürücü qurşaq bağlanmalıdır.
3. Alma meyvəyeyəninə qarşı aparılan mübarizədə istifadə edilən kimyəvi zəhərlərdən istifadə etmək olar.
Şərq meyvəyeyəni (Grapholitha molesta Busck) - Kəpənəklər dəstəsi (Lepidroptera), yarpaqbükənlər (Tortricidae) fəsiləsinə mənsubdur.
Kəpənəyin rəngi bozumtul-qonurdur. Qanadlar açılan zaman uzunluğu 12-14 mm-dir.
Yumurtası ovalvaridir, ağ rəngdədir və uzunluğu 0,4-0,5 mm-dir. Tırtılı çəhrayı rəngdədir, axırıncı yaşda uzunluğu 12 mm-dir.
Pupu qəhvəyidiri, böyüklüyü 8-10 mm-dir. Zərərverici daxili karantin obyektidir.
Şaftalıya, almaya, armuda, heyvaya və s. zərər vurur.
Zərərverici barama içərisində tırtıl fazasında, qabıq altında, gövdə yarpaqlarında qışlayır. Yazda tırtıl pup halına keçir və pupdan 6-11 gün sonra kəpənək uçur.
Yumurtalar yarpağın alt səthinə qoyulur. Yumurtadan çıxan tırtıl zoğun ucundan onun daxilinə keçib qidalanır.
Bir dişi fərd 35-40 ədəd yumurta qoya bilir. Bir nəslin inkişafı 30-35 gündür. İl ərzində 4-5 nəsil verir. Birinci və ikinci nəslin tırtılları zoğ və cavan budağa, üçüncü və dördüncü nəslin tırtılları isə şaftalı meyvəsinə zərər vurur.
Dostları ilə paylaş: |