Mübarizə tədbirləri.
1. Ağaclar çadır üzərinə (yazda) silkələnməlidir. Tökülən böcəklər yığılaraq məhv edilməlidir.
2. Zədələnmiş meyvələr bağdan kənara çıxarılmalıdır.
3. Tumurcuq açılmağa başladığı dövrdə və çiçəkləmədən sonra 35%-li fozalon – 2,0 l/ha, 5%-li karate – 0,4-0,5 l/ha preparatlarının emulsiyası ilə çiləmə aparmaq məsləhətdir.
Qırışıqlı Qafqaz qabıqyeyəni (Scolytus rugulosus Rata) - Böcəklər dəstəsi (Coleoptera), qabıqyeyənlər (İpidae) fəsil əsinə mənsubdur.
Böcəyin bədəni qara rəngdədir, uzunluğu – 2,3-2,8 mm-dir. Qanadlarının üzəri qırışlıdır.
Yumurtası girdədir, ağ rəngdədir. Sürfəsi sarımtıl-ağ rəngdədir, bükülmüşdür, uzunluğu 4-4,5 mm-dir. Pupu ağ rəngdədir və sərbəstdir.
Zərərvericinin sürfələri ştamb və budaqların qabığı altında qışlayır. Yazda sürfə pup halına keçir və ondan böcəklər çıxır. Dişi böcək qabıqla oduncaq arasında iz açır və yumurtalarını ora qoyur. Bir dişi 50-100 ədəd yumurta qoya bilir. Yumurtadan çıxan sürfə qabıq və oduncaq hissədə qidalanaraq izlər (yollar) açır. İl ərzində 2 nəsil verir.
Dostları ilə paylaş: |