Uzunsov çay yastıcası (Chloropulvinaria floccitera W.). – Bərabərqanadlılar dəstəsi (Homoptera), koksidlər (Coccidae) fəsiləsinə mənsubdur.
Yetkin dişi fərdin rəngi yaşılımtıl-sarıdır, uzunluğu 3 mm-dir.
Yumurtasını xüsusi kisə içərisinə qoqyur. Bu kisənin uzunluğu 12 mm-ə qədər olur.
Zərərvericinin 2-ci yaşda olan sürfələri çay və nəcib dəfnə yarpaqlarında qışlayır. Yazda aprelin 2-ci yarısında qışlamadan çıxan sürfələr yarpaq və zoğların şirəsini sormaqla qidalanır. Mayın ortalarına yaxın sürfələr yetkin hala keçir və 4-5 gündən sonra yumurta qoymağa başlayır. Həmin yumurtalardan mayın axırı, iyunun əvvəllərində sürfələr çıxır. Bir dişi fərd 830-a qədər yumurta qoyur.
Zərərverənlərin sürfələrinə kütləvi halda iyunun birinci ongünlüyündə rast gəlinir. Bəzən çay bitkisinin yarpaq məhsulu 25-60%-ə qədər azala bilir.
Dostları ilə paylaş: |