Mübarizə tədbirləri.
Aqrotexniki tədbirlər həyata keçirilməlidir.
Kimyəvi mübarizədə Abalone (1,0-1,5 l/ha), Omite (2-2,25 l/ha) emulsiyaları ilə çiləmə aparmaq məsləhət bilinir.
Çılpaq ilbiz (Parmacella ibera E.) – Yumşaqbədənlilərin çılpaq ilbizlər (Limacidae) qrupuna məxsusdur.
Çılpaq ilbizlərin 7-yə qədər növü qeyd edilmişdir. Bunlardan ən geniş yayılanı parmasella iberadır. Bu ilbizin cavan fərdləri qışlayır. Qışlama əsas etibarilə limon və naringi bitkilərinin çətirləri altında torpağın 5-10 sm dərinliyində gedir. Bu zərərverici portağal bitkisini, limon və naringi bitkilərinə nisbətən az zədələyir.
Yazda qışlamadan çıxan ilbizlər müxtəlif sitrus bitkilərinə daraşır, onlarla qidalanır, yumurta qoyur və yeni nəslin başlanğıcını verir. Payızda əmələ gələn yeni nəslin cavan ilbizləri ağaclara dırmaşaraq yetişməkdə olan limon, naringi və portağal bitkilərinin meyvələri ilə qidalanır, onları zədələyir. Ağacların aşağı yarusunda olan meyvələr, yuxarı yarusa nisbətən daha çox zədələnir. Bu, onunla əlaqədardır ki, aşağı yarusda olan budaqlar meyvənin təsirindən əyilərək torpaqla təmasda olur.
Zərərvericinin zədələdiyi bitkinin inkişafı zəifləyir, zədələnmiş meyvələr isə əmtəəlik dəyərini itirir.
Dostları ilə paylaş: |