Mübarizə tədbirləri. 1. Erkən yazda ağacların dib dairələri bellənməlidir.
2. Ağacların yerlə təmasda olan budaqları altına dayaqlar qoyulmalıdır.
3. İlbizlər qışlamadan çıxdıqları vaxt (mart-aprel) torpaq səthinin hər hektarına 100 litr hesabilə karbation preparatının 1,5%-li məhlulu çilənməlidir.
Mövzu 15. Ehtiyat qida məhsullarının zərərvericiləri
və onlarla mübarizə tədbirləri
PLAN
Anbar və düyü uzunburun böcəklərinin morfoloji quruluşu, bəzi bioloji xüsusiyyətləri, onlarla mübarizə tədbirləri.
Çörək yonucusu və iri un böcəyinin morfoloji quruluşu və bioloji xüsusiyyətləri, onlarla mübarizə tədbirləri.
Dəyirman odlucası, cənub anbar odlucası, un odlucası və anbar güvəsinin morfoloji quruluşu, bəzi bioloji xüsusiyyətləri, onlarla mübarizə tədbirləri.
ƏDƏBİYYAT
Məmmədova S.R., Xəlilov B.B. – Kənd təsərrüfatı entomologiyası. Baki, 1986
Alaoglu Ö., Boyraz N. - Bitki koruma. Selçuk Üniversitesi, Ziraat
Guncan A.,BAştaş K.K. fakültəsi, Bitki koruma bölümü, 2014, 265 s.
Горбацов И.В., Грилченко В.В., Захваткин Ю.А. Зашита растений отвредителей Москва, 2002, 472с
GƏNCƏ - 2021
Anbarın xüsusiyyətlənmiş zərəvericilərindən anbar və düyü uzunburnu, çörək yonucu, iri un böcəyi, kiçik un böcəyi, dəyirman odlucası, cənub anbar odlucası, anbar güvəsi, dən güvəsi, un gənəsi və s. göstərmək olar.
Dostları ilə paylaş: |