Mövzu Entomologiya və kənd təsərrüfatı bitkilərinə zərərverən canlılar haqqında anlayış, onların növ tərkibi, çoxalma və inkişafı. Zədə və zərər. Plan


Zaqafqaziya mərmər böcəyi (Polyphylla fullo L.)



Yüklə 210,4 Kb.
səhifə101/149
tarix02.01.2022
ölçüsü210,4 Kb.
#41219
1   ...   97   98   99   100   101   102   103   104   ...   149
Entomologiya fənnindən mühazirələ Dos.əvəzi İsmayıl-zadə Nəzakət və Məmmədov Vüsal

Zaqafqaziya mərmər böcəyi (Polyphylla fullo L.). Böcəklər dəstəsi (Coleoptera) lövhəbığ böcəklər fəsiləsinə (Scaradaeidae) mənsubdur.

Üzüm tənəklərinə mərmər böcəklər fəsiləsindən 10-a qədər böcək növü zərər vurur. Bunlardan ən çox yayılanı və zərər verəni Zaqafqaziya mərmər böcəyidir.

Yetkin fərdin qanadüstlüyü üzərində ağ mərməri naxışlar, ön kürəkciyinin əsasında isə qara haşiyə vardır.

Bığcıqları lövhəvaridir. Uzunluğu 28-38 mm-dir.

Sürfəsi ağ rəngdə olmaqla çox iridir və «C» şəklində bükülmüşdür.

İyunun sonlarında qışlamış böcəklər kütləvi surətdə uçmağa başlayır. Böcəklər ancaq gecələr fəal olur. O, tənək yarpaqları ilə qidalanır. Gündüzlər otların altında və ya torpaq yarıqlarında gizəlnir.

Az müddətdən sonra böcəklər cütləşməyə başlayır və hər bir dişi fərd torpağın 10-12 sm dərinliyinə 3-8 ədəd yumurta qoyur. Bir dişi böcək yaşadığı dövründə 40-a qədər yumurta qoya bilir. Yumurtadan çıxan sürfə əsasən tənəyin kök sistemi ilə qidalanır. Tənəklərə əsasən sürfələr zərər verir.

İnkişafını başa çatdırmış sürfələr torpağın 15-20 sm dərnliyində yuva düzəldib orada pup halına keçir. Pup mərhələsi temperaturdan asılı olaraq 20-30 gün davam edir.

Böcəyin sürfələri cavan (əsasən tingliklərdə) və çoxillik üzüm tənəklərinin kök sistemini gəmirməklə onlara böyük zərər vurur. İl ərzində bir nəsil verir.


Yüklə 210,4 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin