Mübarizə tədbirləri.
1. Qışlamış yumurtaları məhv etmək üçün ağacların istirahət dövründə nitrofenin 2-3%-li məhlulu, DNOK-un 1%-li məhlulu çilənməlidir.
2. Zərərvericinin azalmasında 2 və 7 nöqtəli parabizən böcəyi və qızılgöz böyük rol oynayır.
3. Kimyəvi mübarizədə 2,5%-li desis – 0,3-0,5 l/ha, karbofos – 0,1-0,2%, Bİ-58 – 2 l/h, Lannat 1,5-2 l/ha, Karogen 150-300 ml/ha preparatlarının birinin emulsiyası ilə çiləmə aparılmalıdır.
Gavalı mənənəsi (Hyalopterus pruni Fabr). – Bərabərqanadlılar dəstəsi (Homoptera), mənənələr fəsiləsinə (Aphididae) mənsubdur.
Yetkin fərd solğun yaşıldır, üzəri ağ mum təbəqəsi ilə örtülmüşdür. Uzunluğu 2,5-3 mm-dir. Sürfə yetkindən kiçikdir, ona oxşardır.
Zərərverici köçəridir. O öz inkişafını meyvə və qamış bitkisi üzərində keçirir.
Zərərvericinin mayalanmış yumurtaları gavalı, ərik, şaftalı ağaclarının tumurcuğunun kənarında, yaxud qabıq çatlarında qışlayır. Erkən yazda (martın sonu, aprelin əvvəli) yumurtadan çıxan sürfə tumurcuqların hüceyrə şirəsini sorur. Sonradan yarpaq üzərinə keçirlər.
Bakirə yolla çoxalır. İl ərzində bir neçə nəsil verir.
Dostları ilə paylaş: |