Mübarizə tədbirləri. 1. Qışlayan yumurtaları məhv etmək üçün nitrofenin 2-3%-li və DNOK-un 1%-li məhlulu çilənməlidir.
2. Kimyəvi mübarizədə Bİ-59 – 1,0-2,0 l/ha və ya Lannate – 1,5-2 l/ha, Sumi alpha 1,5 l/ha, Bestseller 0,07-0,1 l/ha ilə çiləmə aparılmalıdır.
Alma vergülşəkilli çanaqlı yastıca (Lepidosaphes L.) - Bərabərqanadlılar dəstəsi (Homoptera), çanaqlı yastıcalar (Diaspididae) fəsiləsinə mənsubdur.
Dişi çanaqlı yastıca uzunsovdur, vergülvaridir. Ağ və ya sarımtıl rəngdədir. Uzunluğu 1-3 mm-dir. Həşəratın üzərini örtən qalxan qəhvəyi rəngdədir.
Yumurtası ovalvaridir, ağ rəngdədir, uzunluğu 0,3 mm-dir.
Sürfəsi uzunsovdur, sarımtıl-ağ rəngdədir. Uzunluğu 0,20-0,5 mm-dir.
Bu zərərverici alma, armud, şaftalı, heyva, ərik və s. bitkiləri zədələyir.
Zərərverici ölmüş dişilərin qalxanları altında yumurta fazasında bitkinin gövdə və budağı üzərində qışlayır. Yumurtadan çıxan sürfələr ağacların gövdə, budaq, yarpaq və meyvə başlanğıcına yayılaraq xortumları ilə hüceyrə şirəsini sorur. Onların üzəri tədricən çanaqla örtülür. Sürfələrin inkişafı 4-5 həftəyə başa çatır, 2 dəfə qabıq dəyişir və yetkin hala keçir. Bir dişi fərd 100-ə qədər yumurta qoyur.
İldə bir neçə nəsil verir.
Dostları ilə paylaş: |