Mübarizə tədbirləri.
1. Daxili karantin tədbirlərinə əməl olunmalıdır.
2. Vegetasiya dövründə 2,5%-li desis – 0,4 l/ha, Bİ-58(YENİ) – 2,0 l/ha, Mostar 20 (300 qr/ha) emulsiyası ilə çiləmə aparılmalıdır.
Sitrus qırmızı gənəsi (Pononychus citri Mc.) – Gənələr dəstəsi (Akarina), tor gənələri fəsiləsinə (Tetraniychidae) mənsubdur.
Yetkin fərdin bədəni tünd-qırmızı rəngdədir, uzunluğu 0,3 mm-dir. Dişi fərd erkəkdən böyükdür.
Yumurtası saplaqlıdır və yarpağın üst səthinə qoyulur. Zərərverici əsasən ən çox limon və naringi bitkilərinə zərər vurur. Sitrus gənəsi yetkin, sürfə və yumurta fazasında qışlayır. Qışlama yarpaqların əlt səthində gedir.
Aprelin axırlarından başlayaraq gənənin miqdarı artmağa başlayır. Sürfələr və yetkin fərdlər əvvəllər yarpaq və zoğların, sonralar isə meyvələrin üzərinə daraşaraq onların şirəsini sormaqla qidalanırlar.
Bir nəslin inkişafı 12-15 günə başa çatır. İl ərzində 9-12 nəsil verir.
Dostları ilə paylaş: |