Mövzu ətraf müHİtin və TƏBİİ ehtiyatlarin qiYMƏTLƏNDİRİLMƏSİ funksiyalari və NÖVLƏRİ



Yüklə 0,95 Mb.
səhifə1/148
tarix04.02.2022
ölçüsü0,95 Mb.
#52104
  1   2   3   4   5   6   7   8   9   ...   148
Mövzu 6



MÖVZU 6.

ƏTRAF MÜHİTIN VƏ TƏBİİ EHTİYATLARIN

QİYMƏTLƏNDİRİLMƏSİ FUNKSIYALARI VƏ NÖVLƏRİ

6.1. Təbii ehtiyatların iqtisadi dəyəri

6.2.Ətraf mühitin və təbii ehtiyatların qiymətləndirilməsi növləri və funksiyaları.

6.3.Təbii ehtiyatların müxtəlif növlərinin qiymətləndirilməsi üsulları.



  1. 4.Təbii kadastrlar.

6.5. Torpaq, meşə və su kadastrları.


1.Təbii ehtiyatların iqtisadi dəyəri




Təbii sərvətlərin iqtisadi qiymətləndirilməsinin metodoloji əsaslarını müəyyən vaxt ərzində istehsal edilən məhsula çəkilən zəruri xərclər təŞkil edir. Bəzi təbii ehtiyatların qiymətləri yoxdur, onlar bazarda satılmır (hava, təbii mənzərələr və s.) digər ehtiyatlar isə qiymətləndirilir. İqtisadi qiymətləndirmənin ümumi göstəricisi kimi mədənlərin və təkrar xammal ehtiyatlarının regional xüsusiyyətləri, emal edilən xammalın həcmi və keyfiyyəti nəzərə alınmaqla, onun kompleks istifadə edilməsindən alınan xalq təsərrüfatı səmərəsi

götürülür.

Faydalı qazıntı yataqlarının və digər təbii sərvətlərin mənimsənilmə növbəliliyini müəyyən edərək istehsalın müasir tələbatı şəraitində onlardan ən sərfəlisi ön plana çəkilir. Bunun üçün çıxarılan faydalı komponentlərin və alınana hazır məhsulların həcmini istehsal prosesində çəkilən son məsrəflərin miqdarı ilə müəyyən etmək lazımdır. Bu, istifadə edilən sərvətlərin iqtisadi səmərəsini hesablamaq üçün əsas meyardır. Mineral xam-mal sərvətlərinin iqtisadi qiymətləndirilməsi və onlardan kompleks istifadə edilməsini istər mədənin istismar, istərsə də optimal plan hazırlanması dövründə ümumi və fərdi xərcləri nəzərə almaq lazımdır. Faydalılıq səviyyəsi istehsala aid olan xərclər arasındakı fərqin kapitallaşması və əldə edilən məhsulun miqdarı ilə müəyyən olunur. Bütün təbii sərvətlərin istifadəsinə yönəldilən ümumi tələblərdən biri istər eyni cinsli, istərsə də mürəkkəb tərkibli sərvətlər arasında obyektiv mövcud olan fərqlərin nəzərdə alınmasıdır. Çünki, onların istifadəsi və emalı məsrəflərin differensiallığı şəraitində bərabər iqtisadi səmərə alınmasını təmin edilir.

Təbii sərvətlərin, iqtisadi qiymətləndirilməsinin əsas göstəricisi təkcə çıxarılan xammalın dəyəri deyil, həm də onların istifadəsindən alınan iqtisadi səmərədir. Bu halda qiymət, ölçü funksiyasını yerinə yetirərək, həmin növ məhsulda orta məsrəf göstəricilərini əks etdirir. Təbiət elementləri müəyyən ictimai faydaya malik olmaqla qiymətin daşıyıcısı kimi çıxış edir və buna görə də qiymətləndirmə obyekti kimi ehtiyatlar ictimai istehlak dəyərinə malikdir.


Yüklə 0,95 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin