Rentaya;
Xərclər yanaŞmasına;
Alternativ dəyərə;
Ümumi iqtisadi qiymətlərə (dəyərə); - Subyektiv qiymətləndirməyə və s.
Yuxarıda adları çəkilən rifahların iqtisadi qiymət-ləndirilməsi metodlarını məqbul hesab etmək olar. Onların ümumi çatışmayan cəhəti qiymətlərin aşağı salınmasıdır (uzlaşdırılmasıdır). Ona görə də, təbii ehtiyatların bazar qiymətləri real ictimai xərcləri və gələcəkdə əldə ediləcək qiymətləri əks etdirmir. Ənənəvi bazar yalnız təbii ehtiyatlarla təminatı qiymətləndirir. Tullantıların və çirklənmənin assimiliyasiyası kimi funksiyalar bazar sistemində öz əksini tapmır.
Təbii ehtiyatların iqtisadi qiymətləndirilməsi əsasən birbaşa hesablama metodları və yaxud dolayısı yolla təyin edilirlər. Təbii rifahların və xidmətlərin iqtisadi qiymətləndirilməsi onların bazar dəyəri ilə uyğun gəlməyə bilər. Lakin o, təbii obyektlərin icarəyə verilməsində, daşınmaz əmlaka vergilərin
hesablanmasında və s. mütləq nəzərə alınmalıdır.
Hazırda ekoloji rifah və xidmətlərin qiymətləndirilməsi genişləndirmə üsulu, tam iqtisadi qiymət konsepsiyasına əsaslanır. Tam iqtisadi qiymətləndirmənin əsas istiqamətləri aşağıdakılardır:
istifadənin qiyməti (əhəmiyyəti);
istifadə ilə əlaqədar olmayan qiymət.
Öz növbəsində istifadə qiyməti həm birbaşa, həm də dolayısı istifadədən ibarətdir. Ekoloji rifahlardan faktiki və birbaşa istifadə qiyməti əldə olunan gəlirin köməyi ilə ölçülə bilər. Dolayısı istifadənin qiyməti estetik, rekreasiya və s.
tələbatların ödənilməsi sayəsində əldə edilən əlavə gəlir ilə ölçülür.
İstifadə ilə əlaqədar olmayan qiymət 3 elementdən ibarətdir:
təxirə salınmış alternativ qiymət (gələcək istifadənin verəcəyi fayda);
irs qiyməti (gələcək nəslin istifadə edəcəyi fayda);
həyat (mövcudolma, yaşayış) qiyməti (təmiz, rəngarəng və məhsuldar ətraf
təbii mühitin faktiki verdiyi fayda).
Dostları ilə paylaş: |