Mövzu ətraf müHİtin və TƏBİİ ehtiyatlarin qiYMƏTLƏNDİRİLMƏSİ funksiyalari və NÖVLƏRİ


Sxem 4. “Ödəməyə hazır olmaq” konsepsiyasının modeli



Yüklə 0,95 Mb.
səhifə8/148
tarix04.02.2022
ölçüsü0,95 Mb.
#52104
1   ...   4   5   6   7   8   9   10   11   ...   148
Mövzu 6

Sxem 4.

Ödəməyə hazır olmaq” konsepsiyasının modeli



Tarazlıq qiyməti ehtiyatın yalnız minimum qiymətini göstərir. Müəyyən ekoloji rifahın dəyəri bazar qiyməti və əlavə qiymətlər toplusu ilə təyin edilə bilər və tələb əyrisi altındakı sahə - AEQoO olar. İstehlakçının əlavə məbləğini işarə edir, göstərir ki, faktiki ödəməli olduğundan çox ödəməyə hazırdır. Ehtiyatın qiyməti olmadığı halda istehlakçı artığının zonası tələb əyrisi altındakı sahə olacaqdır. ―Pulsuz‖ ekoloji rifahın və xidmətin itirildiyi halda firavanlıq iri itkilərə məruz qalacaqdır.

Təbiətin mühafizəsi və təbii ehtiyatlardan istifadənin yaxşılaşdırılmasının mühüm istiqamətlərindən biri təbii ehtiyatların və təbii xidmətlərin iqtisadi

qiymətinin müəyyən edilməsidir. Ətraf mühit üç funksiyanı təmin edir:



  1. təbii ehtiyatlarla təminat;

  2. tullantı və çirkləndiricilərin assimilyasiyası;

  3. insanların rekreasiya, estetik zövq və bu kimi təbii xidmətlərlə təmin edilməsi.

Bu üç funksiyaya təbii ətraf mühitin vahid baş funksiyasının komponentləri kimi də baxıla bilər.

Qeyd etmək lazımdır ki, nə mərkəzdən planlaşdırılan iqtisadiyyat nə də, bazar iqtisadiyyatı təmiz ətraf mühitin, təbii ehtiyatların real əhəmiyyətini qiymətləndirmək, onların həqiqi qiymətini müəyyən etmək iqtidarında olmamışlar.

Təbii ehtiyatların real qiymətləri bazar iqtisadiyyatında səmərəli mexanizmlərdən biri ola bilər. Müəssisələrdə təbiətdən qeyri-səmərəli istifadə zamanı onların nəzərə alınmaması istehsal göstəricilərinin pisləşməsinə gətirib çıxarır ki, bu da özünü maliyyə nəticələrində göstərir.

Təbii ehtiyatların qiymətlərinin nəzərə alınması inkişaf alternativlərin iqtisadi səmərəliliyinin əsaslandırılmış şəkildə müəyyən edilməsinə imkan verərdi. Qiymətlərin tətbiq edilməsi əsaslı tikinti variantlarının seçiminə böyük təsir göstərə bilər. Məsələn, tikinti üçün kənd təsərrüfatında istifadə edilə və məhsul verə biləcəyinin nəzərə alınması, tikinti obyektinin maksimal yığcamlaşdırılması və ya səmərəsiz torpaq sahələrinin cəlb edilməsi hesabına bahalaşması və investisiya layihəsində dəyişikliklər aparılması məqsədəuyğunluğunu aşkar edə bilər.

Təbii ehtiyatların real qiymətləndirilməsi iqtisadiyyatda ehtiyatlara qənaətlə istifadəyə mane olur. Təbii ehtiyatların itkilərinin, iqtisadiyyatın təbiət tutumluğunun yüksəlməsinin əsas səbəblərindən biri də avadanlıqların aşınmasının bütün yol verilən normaları aşmasıdır. Neftçıxarma sənayesindəki vəziyyət Azərbaycan iqtisadiyyatının texnogen inkişafı üçün səciyyəvidir. Təbii ehtiyatların qiymətlərinin ölkənin milli sərvətinə daxil edilməsi məqsədəuyğundur. Bu vaxta qədər milli sərvətin tərkibinə yalnız əsas fondların, maddi dövriyyə vəsaitlərinin və

əhalinin şəxsi əmlakının daxil edilməsi ekoloji amilin lazımi səviyyədə qiymətləndirilməməsini sübut edir. Bununla belə, bu qiymət milli sərvətin əsas tərkib hissəsi olaraq ölkənin təbii potensialını əks etdirir. Bu potensial ictimai sərvətlə

(yığılmış istehsal və qeyri-istehsal fondları) yanaşı bir çox hallarda milli təsərrüfatın perspektiv inkişafını müəyyən edir.

Praktiki tədbirlərin əsasını təşkil edən iqtisadi qiymətləndirilmənin konsepsiyası, ətraf mühit və onun ehtiyatları tərəfindən göstərilən xidmətlərə görə ödəməyə hazırlığından ibarətdir. İqtisadi qiymətlərin təyin edilməsində bir sıra yanaŞmalar mövcuddur. Onlar aŞağıdakılara əsaslanır:


1   ...   4   5   6   7   8   9   10   11   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin