Mövzu 8: Gömrük rəsmiləşdirilməsi qaydaları.
Plan:
-
Gömrük rəsmiləşdirilməsinin əsas prinsipləri.
-
Gömrük rəsmiləşdirilməsi icraatının yeri və vaxtı.
-
Gömrük rəsmiləşdirilməsinin aparıldığı yer və vaxt.
-
Gömrük rəsmiləşdirilməsinin aparıldığı dil.
-
Gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydası.
-
Gömrük rəsmiləşdirilməsinin əsas prinsipləri.
Gömrük rəsmiləşdirilməsi-Mal və nəqliyyat vasitələrinin Gömrük Məcəlləsinin tələblərinə uyğun olaraq müəyyən gömrük rejimi altında yerləşdirilməsi və bu rejimin fəaliyyətinin bitirilməsi əməliyyatlarının məcmusudur.
Gömrük rəsmiləşdirilməsi həmçinin, mal və nəqliyyat vasitələrinin Az-nın gömrük sərhədindən keçirilmsinə gmrük nəzarətinin təmin olunması və bu cür keçirilməyə dövlət tənzimlənmə vasitələrinin tətbiq olunması məqsədi ilə gömrük orqanının vəzifəli şəxsləri tərəfindən aparılan əməliyyatların məcmusu kimidə anlaşıla bilər.
Gömrük rəsmiləşdirilməsi qaydaları həm Gömrük Məcəlləsinin müddəaları, həmdə Az. R-sı Qanunvericiliyinin digər aktları ilə müəyyən olunur.Qanunvericilik dedikdə,yalnız qanunlar deyil, həmdə Az. R-nin icra hakimiyyəti orqanlarının, ilk növbədə DGK-nin qanun qüvvəli aktları nəzərdə tutulur.
Məsələn: “Az. R-nın gömrük buraxılış məntəqələrindən istehsalat və ya kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan malların keçirilmsi qaydaları üzrə təlimat”.
Gömrük rəsmiləşdirilməsinin hüquqi tənzimlənməsi qanunvericilik aktları ilə yanaşı beynəlxalq Konvensiyalarda nəzərdə tutulmuş normalarla da həyata keçirilə bilər.Buna misal olaraq BYD kitabçası tətbiq olunmaqla Beynəlxalq yük daşımaları Konvensiyası avtonəqliyyat vasitələri və konteynerlərlə daşınan yüklərin rəsmiləşdirilməsinin tənzamlənməsində ümumi qəbul olunmuş normalar kimi mühum əməhəmiyyət kəsb edir.
Maddə 124. Gömrük rəsmilşdirilməsinin aparılması qaydası.
Gömrük rəsmiləşdirilməsi bu Məcəllə və Az. R-nın digər qanunvericilik aktları, ocümlədn Az. R-nın gömrük işini aparan icra hakimiyyəti orqanını normativ aktları ilə müəyyən olunmuş qaydada aprılır.
Maddə 130. Gömrük rəsmiləşdirilməsinin başlanması.
Bu Məcəllədə nəzərdə tutulan ilkin əməliyyatların aparılması qaydasına riayyət etməklə, Az. R-sı gömrük orqanının vəzifəli şəxsi konkret mallar və nəqliyyat vasitələrinin gmrük rəsmiləşdirilməsini aparmağa hazır olduğunu bildirdiyi vaxtdan gömrük rəsmiləşdirilməsi başlayır
2.Gömrük rəsmiləşdirilməsi icraatının yeri və vaxtı.
GM-nə görə gömrük rəsmiləşdirilməsi, bu iş üçün gömrük orqanını fəaliyyət göstərdiyi, mal göndərən və ya müəssisənin, yaxud onun struktur bölməsinin yerlşdiyi ərazidə, xüsusi müəyyən olunuş yerlrd icra olunur.Gömrük rəsmiləşdirilməsi gömrük orqanının etdiyi iş vaxtı ərzind həayata keçirilir.Gömrük orqanının iş rüjimi DGKilə razılaşdırılmalıdır.Bunula belə, Gömrük Məcəlləsi gömrük rəsmiləşdirilməsini digər yerdə və gömrük orqanının iş vaxtından kənar vaxtlarda da icra olunmasını mümkün sayır.Bunun üçün maraqlı şxs gömrük rəsmiləşdirilməsini aparan gömrük orqanının razılığını almalıdır və bu halda meydana çıxan bütün xərcləri maraqlı şəxs ödəyir.Başqa yerlərdə iş vaxtından kənar vaxtda da aparılan gömrük rsmilşdirilmələri üçün iki qat haqq alınır.DGK ayrı-ayrı koteqoriyalı malların və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsinin aparılmasını müəyyən gömrük orqanına həvalə edə bilr.Məsələn, DGK-nin 20/02/1998 tarixli 002 saylı əmri ilə idxal olunan aksizli malların mərkəzləşdirilmiş qaydada gmrük rəsmiləşdirilməsini təşkil etmək, aksiz markalarının tətbiqinə nzarəti gücləndirmək məqsədi ilə fəaliyyət zonası bütövlükdə Az. R-nın gömrük ərazisi olan yeni struktur vahidi – Aksiz gömrük postu yaradılmışdır.
Xarici iqtisadi fəaliyyət iştirakçıları tərəfindən, idxal olunan və gömrük ərazisindən keçiriln etlil spirtinin, alkaqollu içkilərin və tütün məmulatlarının gömrük rsmiləşdirilməsini bu post həyata keçirir.
Gömrük rəsmiləşdirilməsinin yerinin və vaxtının müəyyən olunması bir sıra faktorılardan asılıdır:
-
keçirilən malın xarakter xassələri;
-
malların daşındığı nqliyyat növü;
-
keçirilən malların rəsmiləşdirildiyi gömrük rejimləri;
-
keçirilən malların mənşə ölkəsi;
-
malların göndəricisinin, yaxud alıcısının yerləşdiyi yer.
Gömrük rəsmiləşdirilməsi yerləri müvaviq gömrük rejimləri üzrə hazırlanan təlimatlara da müəyyən oluna bilər.
Az. R-sı gömrük sərhədindən boru kəməri nəqliyyatı və elektrik ötürücüsü xətləri üzrə keçirilən malların gömrük rəsmiləşdirilməsi haqqında təlimat DGK-nin 03 iyun 1997-ci il tarixli 561 saylı əmri ilə tsdiq olunmuşdur.
Dəmir yolu ilə daşınan yüklərin gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanlarının və dəmir yolunun qarşılıqlı münasibətlərinin müvəqqəti texnalogiyasının təqribi nümunəsi 9 saylı əlavədə göstərilir.
Əgər mallar gömrük sərhəddindən keçənədək iki və daha çox nəqliyyat növündən istifadə olunursa, gömrük rəsmiləşdirilməsi malların dodurulub – boşaldığı son yerin fəaliyyət zonasına daxil olduğu gömrük orqanı tərəfindən icra olunur.
Əgər faktiki ixrac (idxal) dəniz nəqliyyatı ilə həyata keçirilirsə, gömrük rəsmiləşdirilməsi dəniz nəqliyyatının yükləndiyi əraziyə nəzarət edən gömrük orqanı tərəfindən icra olunmalıdır.
3. Gömrük rəsmiləşdirilməsinin aparıldığı yer və vaxt.
Gömrük rəsmiləşdirilməsi, malları göndərənin və ya alanın yaxud onların struktur bölmlərinin yerlşdiyi yer üzrə Az. R-sı gömrük orqanın fəaliyyət zonasında, bu iş üçün müəyyən olunuş yerlərdə və Az. R-nın gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi Az. R-sı gömrük orqanının iş vaxtında aparılır.
Az. R-sı gömrük orqanının razılığı ilə başqa yerlərd və iş vaxtından kənar vaxtlarındada gömrük rəsmiləşdirilmsidə aparəla bilər.
Az. R-nın gömrük işini aparan icra hakimiyyəti orqanı ayrı-ayrı koteqoriyalı malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin aparılmasını Az. R-nın müəyyən gömrük orqanına həvalə edə bilər.
Mal və nəqliyyat vasitələrini gömrük sərhdindən keçirən şəxslər, daşıyıcı, anbar sahibi, həmçinin mal və nəqliyyat vasitələrinə münasibətdə səlahiyyətlərə malik digər şəxslər gömrük rəsmiləşdirilməsi yerinə daxil olmaq hüququna malikdirlər.Gömrük orqanı onların iştirakını tələb etdikdə bu hüququ vəzifəyə çevrilir, belə ki, bu mərhələdə adı çəkilən şəxslər gömrük rəsmiləşdirilməsi zamanı bu orqanın vəzifəli şəxslərinə kömək etməlidirlər.Belə kömək dedik də, GM-nin 132-ci maddəsində göstərilən əmliyyatlar, prob və nümunələrin götürülməsi nəzərdə tutulur.
Maddə 126: Gömrük rəsmiləşdirilməsində səlahiyyətli şəxslərin və onların nümayəndələrinin iştirakı.
Mallar və nəqliyyat vasitələri barədə səlahiyyətli şəxslər və onlarin nümayəndələri gömrük rəsmiləşdirilməsində iştirak edə bilərlər.
Az. R-sı gömrük orqanının tələbi ilə göstərilən şəxslər və onların nümayəndələri gömrük rəsmiləşdirilməsində iştirak etmli və gömrük rəsmiləşdirilməsinin aparılmasında Az.R-sı gömrük orqanlarının vəzifəli şəxslərinə kömək etmlidirlər.
GM-nin 141-ci maddəsinin 3-cü bəndində və 171-ci maddəsinin 5-ci bəndinə əsasən DGK-nin icazəsi ilə rəsmiləşdirməni aparan gömrük orqanına bu orqanın vəzifəli şxslərinin bildiyi xarici dildə tərtib olunmuş sənədlər təqdim oluna bilər
4. Gömrük rəsmiləşdirilməsinin aparıldığı dil.
Gömrük rəsmiləşdirilməsi Az. Dilində aparılır.
Bu məcəllədə Az. R-sı beynəlxalq müqavilələrində və Az R-nın gömrük işini aparan icra hakimiyyəti orqanının normativ aktlarında nəzərdə tutulmuş hallar istisna olunur.Bir dövltin ərazisində verilmiş və hüquqi qüvvəsi olan sənədlər digər dövlətin ərazisində, beynəlxalq müqavilə və sazişlərdə başqa hal nəzərdə tutulmamışsa, yalnız müəyyən olunmuş qaydada təsdiq olunduqdan sonra istifadə oluna bilər.Məsələn, mülki, ailə-cinayət işləri üzrə hüquqi münasibətləri və hüquqi yardım barədə 22 yanvar1993-cü ildə qəbul olunuş Beynəlxalq Konvensiyaya görə, bu Konvensiyanın üzvü olan ölkələrin birinin ərazisində sənədlər ona verilmiş səlahiyyətlər daxilində və müəyyən olunmuş formada xüsusi səalhiyyətli orqan və ya təşkilat tərəfindən hazırlanmış yaxud şəhadətləndirilmişsə, digər ölkənin ərazisində təsdiq olunması tələb olunmur.Bu cür sənədlərə natarius təsdiqi yetrli olur.
Təcrübədə xarici sənədlərin şəhadətləndirilməsinin daha çox iki üsulundan istifadə olunur: konsul leqallaşdırılması, apostil qoyulması.
Maddə 128: Gömrük rəsmiləşdirilməsi və digər dövlət orqanlarının nəzarəti.
Az. R-nın qanunvericiliyində nəzərdə tutulan hallarda Az R-nın gömrük sərhədindən keçirilən mallar və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilmsi baytarlıq, fitosanitar, ekoloji və dövlt nəzarətinin digər növlri həyata keçirildikdən sonra başa çatır.
Gömrük rəsmiləşdirilməsinin və gömrük nəzarətinin təşkili Az R-nın qanunvericilik aktlarına uyğun olmalıdır.
Az R-dan idxal – ixrac əməliyyatlarının tənzimlənmsi Qaydaları Az R –nın Prezidentinin 24 iyun 1997-ci il tarixli 609 saylı fərmanı ilə təsdiq olunmuşdur.30 mart 1998-ci il tarixli 691 saylı fərmanla onun bəzi müddəaları dəqiqləşdirilmişdir.
İxrac-idxal əməliyyatlarının bu qaydalarda nəzrdə tutulmayan digər formaları bütün rezidentlər tərəfindən sərbəst surətdə icra olunur.
5.Gömrük rəsmiəlşdirilməsinin sadələşdirilmiş qaydası.
Gömrük sərhədindən keçirilən malların ayrı-ayrı kateqorialarının gömrük rəsmiləşdirilməsi sadələşdirilmiş formada və prioritet qaydada aparıla bilir.Bu mala katiqoriyalarına adətən təbii fəlakətlərin, qəzaların,bədbəxt hadisələrin ləğv olunması tələb olunan mallar, canlı heyvanlar, tez xarab olan mallar, radioaktiv maddlər,kütləvi informasiya məqsdləri üçün məlumatlar.Həmçinin ali qanunvericilik, icarə və məhkəmə hakimiyyəti orqanlarının ünvanına göndərilən və digər bu qəbildən olan mallar aid olunur.
Sadələşmiş gömrük rəsmiləşdirilmsi qaydalarının şərtlərini DGK müəyyən edir.
Bu cür gömrük rəsmiləşdirilmısinin xüsusiyyətlərini açıqlamağa çalışaq.
Bumalların rəsmiləşdirilməsinin prioritetliyi – gömrük orqalarına təqdim olunduqdan sonra həmin malların birinci növbədə rəsmiləşdirilməsidir.
Sənədləşdirilmiş qaydada mal müşayiət, nəqliyyat və digər sənədlər – (əgər bu sənədlərdə daşıyıcının, mal göndərən və mal alan şəxslərin barəsində və həmçinin malların özünün adı, mənşəyi, miqdarı və dəyəri barədə mməlumatlar varsa), gömrük orqanlarına təqdim olunması ilə malların bəyan edilməsinə yol verilir.
Əgər gömrük orqanlarında malların başqa adla , saxta sənədlərlə keçirilməsini, təqdim olunana sənədlərin lazım olan məlumatları əks edirmədiyini güman etməyə kifyyət qədər əsas varsa, onlar deklarantdan çatışmayan məlumatları əks etdirən əlab sənədlər tələb edə bilərlər (bəzi hallarda qoyulan tələbi özündə əks etdirən sərbəst yazılmış ərizədə kifayyt edə bilər).
Maddə 131: Gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydası.
Təbii fəlakətlər,qəzalar, bədbəxt hadisələr zamanı zəruri malların,canlı heyvanların, tez xarab olan malların,radioaktiv maddəlrin, kütlvi informasiya məqsədləri üçün məlumatların və digər materialların, Az. R-nın ali qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının ünvanlarına göndərilən və digər bu qəbildən olan malların gömrük rəsmiləşdirilməsi güzəştli və sənədləşdirilmiş qayadada icra olunur.
Gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydasının tətbiq olunma halları və şəraitəlr Az. R-nın gömrük işini aparan icra hakimiyyəti orqanı müəyyən edir.
Sənədləşdirilmiş qayda deklaranta xeyli vaxta qnaət etməyə imkan yaradır.
Malları və nəqliyyat vasitəlri ilə gömrük rəsmiləşdirilməsi üçün zəruri olan yük əməliyyatları və başqa əməliyyatlar (GM maddə 132) dedikdə malların daşınması, çəkilməsi və ya miqdarının digər üsullarla tyini, malların yüklənmsi, boşaldılması, başqa nəqliyyat vasitəsinə keçirilməsi, zədlənmiş qablamaların düzəldilməsi, taranın açılması, qablaşdırılması, gömrük rəsmiləşdirilməsi tələb olunan mal və nəqliyyat vasitələrinin yenidən qablaşdırılması, mal və nəqliyyat vasitələrinin ola biləcəyi bina, iri həcmli qab və digər yerlərin açılması və s. nəzərdə tutulur.
Mövzu 9. Beynəlxalq avtomobil yükdaşımalarının təşkili
Plan:
-
Azərbaycanda avtomobil nəqliyyat sektorunun inkişaf tarixi və onun respublikadaxili əlaqələrdə rolu.
-
Azərbaycanın MDB respublikaları ilə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaların təşkili.
-
Azərbaycanın Beynəlxalq ölkələrlə avtomobil yolları ilə əlaqələri, sərnişin və yük daşımalarının təşkili
-
Beynəlxalq avtomobil nəqliyyatı ilə yük daşınmaların rəsmiləşdirilməsi prinsipləri
1.Azərbaycanda avtomobil nəqliyyat sektorunun inkişaf tarixi və onun respublikadaxili əlaqələrdə rolu – Azərbaycanın dünya iqtisadiyyatına qoşulmasında digər nəqliyyat sahələri ilə yanaşı avtomobil nəqliyyatınında mühüm rolu vardır. Yük daşımada avtomobil nəqliyyatından əvvələr yalnız dağlıq ölkələrin ərazilərində qısa məsafələrdə istifadə olunurdu, lakin son zamanlarda dünyanın inkişaf etmiş ölkələrdə avtomobil yolarının texniki iqtisadi göstəricilərinin yüksəldilməsi və yük tutumu 30 – 40 tona qədər olan avtomobillərin istehsalı avtomobil nəqliyyatından istifadə olunmasına geniş şərait yaratmaqla daxili və xarici iqtisadi əlaqələrdə avtomobil nəqliyyatının iqtisadi səmərəliliyinin artmasını təmin etdi. Odur ki, hazırda avtomobil yolarının Beynəlxalq normalara uyğun inkişaf etməsinə xüsusi diqqət yetirilir. Azərbaycanın avtomobil yolları istər Beynəlxalq iqtisadi əlaqələrin inkişafında, istərsə də daxili rayonlar arası yük və sərnişin daşınmasında mühüm əhəmiyyət kəsb edir. Son illərə dək Azərbaycan ərazisində avtomobil yollarının texniki göstəriciləri dünya standartına cavab vermirdi. Lakin son illərdə Azərbaycanın Beynəlxalq avtomobil yolları konvensiy asına qoşulması ilə bağlı yolların bir qismi Beynəlxalq standartlar səviyyəsinə uyğunlaşdırılmışdır. Son illərin məlumatına görə respublika daxili ümumi avtomobil yollarının 18,5% - i asvalt beton örtüklü, 20% - i qara örtüklü, 46,7% - i çınqıl örtüklü 14,8% - i isə qrunt yollardan ibarətdir. Yolların bu strukturda olması ağır tonajlı yük avtomobillərinin hərəkətinnə cavab vermir. Halbu ki, respublika ərazisinə sutka ərzində tutumu 20 – 30 ton olan 150 – 200 ədəd ağır tonajlı yük avtomobilləri daxil olur. Ərazidə maqistral avtomobil yollarının örtük səviyyəsi müasir tələbələrdən aşağı səviyyədə olduğundan belə yüklü avtomobillərin təzyiqinə davam gətirməyib qısa vaxt ərzində xarab olur. Azərbaycanın Avrasiya ölkələri ilə inteqrasiyaya qoşulması daxili yük axınları ilə yanaşı, tranzit yük axınlarının intensiv inkişafına şərait yaradan mühüm faktordur, odur ki bu axınları tənzimləmək üçün respublika daxili maqistral avtomobil yollarının beynəlxalq standartlara uyğun inkişaf etdirilməsi son dərəcədə vacibdir. Azərbaycan ərazisində fəaliyyət göstərən avtomobil yolları quruluşuna görə respublika və yerli əhəmiyyətə malik yollara ayrılır. Respublika əhəmiyyətli avtomobil yollarının texniki səviyyəsi müasir dünya göstəriciləri səviyyəsi tələbatdan aşağı olduğundan avtomabillər normadan artıq yanacaq sərf olunması, ilə yanaşı onların daşıma əmsalı da xeyli aşağı düşür. Son illərin məlumatına görə respublika əhəmiyyətli avtomobil yollarının 3% birinci kateqoriyalı, 18% ikinci kateqoriyalı, 31% üçüncü kateqoryalı, 10% isə dördüncü kateqoryalı yollara aid edilir. Odur ki, yaxın gələcəkdə respublikanın avtomobil yollarının 1 – 2 – ci kateqoryalı yol səviyyəsinin artırılmasına xüsusi diqqət yetirilir. Xüsusi ilə qədim “İpək yolu”nun bərpası Avropa – Qafqaz – Asiya nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisində mərkəzləşməsi ölkənin “arteriya” sistemi olan bütün nəqliyyat sahələrində, o cümlədən avtomobil yollarının bütün istiqamətlərdə bərpa işlərinin başa çatmasını tələb edir. Yerli əhəmiyyətli avtomobil yolları respublika ərazisində fəaliyyət göstərən ümumi avtomobil yollarının 64% – ni təşkil edir. Respublika ərazisində yerli əhəmiyyətli yollar əsasən dördüncü və beşinci kateqoriyalı yollar qrupuna daxil edilir. Ümumi yerli əhəmiyyətli avtomobil yolları respublika ərazisində 16,6 min km təşkil edir. Ümumi əhəmiyyətli yolların son ilin göstəricilərinə görə 9,8% - ı asvalt – beton, 19% - ı qara örtüklü, 44,6% – ı çınqıllı örtüklü, 26,6% - ı isə qrunt torpaq örtüklü yollardan ibarətdir. Respublikanın daxili, iqtisadi rayonları üzrə avtomobil yollarının 2,2% - i Abşeron, 6,1% - i Gəncə, 8,6% - i Qazax, 7,7% - i Mil – Qarabağ, 7,4% - i Muğan – Salyan, 17,6% - i Şirvan, 7,4% - i Şəki, 10,9% - i Lənkəran, 7,2% - i Xaçmaz, 3,6% - i Arazboyu, 10,8% Kəlbəcər, 5,6% – i Naxçıvan, 4,9% – i Yuxarı Qarabağ iqtisadi rayonlarının payına düşür. Beləliklə hər 1000 kv əraziyə orta hesabla Abşeron iqtisadi rayonu üzrə 112 km, Gəncədə 341 km, Qazaxda 302 km, Mil – Qarabağ 338 km, Muğan – Salyanda 284 km, Şirvanda 401 km, Şəkidə 184 km, Lənkəranda 441 km, Xaçmazda 220 km, Arazboyunda 501 km, Naxçıvanda 262 km, Yuxarı Qarabağda 244 km təşkil edir.
Avtomobil nəqliyyatının mühüm göstəricilərindən biridə yük və sərnişin daşınmasıdır. Son ildə respublika daxilində daşınan cəmi yüklərin 47% - i, Sərnişinlərin isə 84% - i avtomobil nəqliyyatı təşkil edir. Son illərdə avtomobil nəqliyyatı təkcə Azərbaycanın daxili iqtisadi rayonları ilə deyileyni zamanda MDB respublikaları və bir sıra xarici ölkələrlədə sərnişin və yük daşımaları sistemində geniş əlaqələr yaratmışdır.
2.Azərbaycanın MDB respublikaları ilə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaların təşkili – Azərbaycan keçmiş SSRİ – nin demək olarki bütün respublikaları ilə sərnişin və yük daşınmalarında avtomobil nəqliyyatı əlaqələri yaratmışdır. Bu əlaqələr daha çox Rusiya Federasiyası, Gürcüstan, Ukrayna, Belarusiya, Qazaxıstan, Moldova, Özbəkistan və digər MDB respublikaları ilə əlaqə yaratmışdır. MDB respublikaları ilə ümumi sərnişin və yük daşımalarının 18,5%-ı Rusiyanın, 16,2% Ukraynanın, 18,3% - ı Gürcüstanın, 12% - ı Belarusiyanın, 14,4% - ı Qazaxıstanın, qalan faizlər isə digər MDB ölkələrinin hesabına olmuşdur.
Azərbaycanın avtomobil yollarının ərazi təminatına görə MDB – nin bir sıra respublikalarından irəlidədir. Azərbaycanda hər bir min kv. km. əraziyə orta hesabla 286,3 km bərk örtüklü avtomobil yolu düşdüyü halda Rusya Federasiyasında müvafiq olaraq 38,2 km, Qazaxıstanda 38,2 km, Ukraynada 391 km, Belarusiyada 318 km, Özbəkistanda 149 km, Gürcüstanda 423 km, Moldovada 412 km, Qırğızıstanda 91 km, Tacikstanda 149 km, Türkmənistanda 37 km təşkil edir.
3. Azərbaycanın Beynəlxalq ölkələrlə avtomobil yolları ilə əlaqələri, sərnişin və yük daşımalarının təşkili – Hazırda Azərbaycan 140 dünya ölkələri ilə iqtisadi – siyasi əlaqələr yaratmışdır. Odur ki, bu əlaqələrin yaranmasında nəqliyyat sahələrinin o cümlədən avtomobil nəqliyyatının xüsusi rolu vardır. Müasir dünya ölkələrində aparılan hesablamalara görə avtomobil yollarının ümumi uzunluğu 24200 min km təşkil edir. Cəmi avtomobil yollarının 24,7% - ı Asiya, 45% - ı Amerika, 18,4% - ı Avropa, 9,1%-i MDB, 0.6%-i Baltikyanı ölkələrin, 2.2%-i Afrika, Avstraliya və Okeaniyanın payına düşür.
Azərbaycanda isə bütün kateqoriyalardan olan ümumi avtomobil yollarının uzunluğu 35 min km təşkil edir. Hesablamara görə dünya ölkələrində olan ümumi avtomobil yollarının 72%-i bərk örtüklü, 38%-i qrunt yolların payına düşür.
Bərk ğrtüklü yolların əksər hissəsi ABŞ (5640 min km), Yaponiya (1130 min km), Hindistan (830 min km), Çin (840 min km), Rusiya (620 min km), Böyük Britaniya (350 min km), Almaniya (480 min km) payına düşmüşdür.
4.Beynəlxalq avtomobil nəqliyyatı ilə yük daşınmaların rəsmiləşdirilməsi prinsipləri – Avtomobil nəqliyyatı yük daşımaları zamanı daşıyıcı tərəfindən gömrük orqanlarına qaimə təqdim edilməsi ilə müşaiyət olunur. Bu qaimələrdə onların tərtib edilmə yeri və tarixi; mal göndərənin adı və ünvanı; daşıyıcının adı və ünvanı; yükün daşınmaya qəbul edildiyi yer; tarixi və təhvil veriməsi nəızərdə tutulan yer; alıcının adı və ünvanı; yükün qəbul edilmiş şərti işarəsi və qablaşdırma üsulu; təhlükəli yüklər daşındıqda isə onların istifadə olunan şərti işarəsi; yük yerlərinin sayı; onların markalanma işarələri və nömrələri; yükün brutto və başqa cür ifadə edilmiş kütləsi; daşınma xərcləri göndərilməlidir.
Lazım olan hallarda boşaldılıb yüklənmənin qadağan olunduğunu göstərən tapşırıq; alıcının öz öhdəsinə götürdüyü xərclər; əlavə olunan xərcləri məbləği; yükün elan edilmiş qiyməti; yükün sığorta ediməsi üzrə təlimat; daşınmanın müddəti; daşıyıcıya verilmiş sənədlərinn siyahısı; sərhəd – keçid məntəqələri də qaimədə əks etdirilə bilər.
Bundan başqa sürücünün doldurulmuş yük vərəqəsi olmalı, gömrük orqanları tələb etdikdə o təqdim olunmalıdır.
Beynəlxalq yük daşınmaları kitabçası ilə yük daşınmaları zamanı gömrük orqanlarına bu kitabçalar təqdim olunur. Gömrük orqanlarının yükü gömrük sərhəddindən keçilən şəxslərin, gömrük brokerlərinin yaxud nəzarəti gömrük orqanlarına həvalə olunmuş fəaliyyətlə məşğul olan digər şəxslərin barəsində bank və digər kredit idarələrindən məlumat və arayış almaq hüququ gömrük məcəlləsi ilə təsbit edilmişdir.
Sərnişin daşıyan avtonəqliyyat vasitələrinə gömrük nəzarəti həyata keçirilərkən onları idarə edənlər gömrük orqanlarına daşıma üçün müvafiq icazə sənədi təqdim etməlidirlər. Bu sənədlər: daşıyıcının adı və yerləşdiyi yeri, avtobus xəttinin adını; icazənin verildiyi dövlətin ərazisində avtobus xətti trassı göstəricilərinin icazə verən dövlətin ərazisində sərnişinlərin mindirildiyi və endirildiyi dayanacaqların; daşınma müddəti və avtobusların hərəkət cədvəlini; sərnişinlərin və baqajın daşınması üçün müəyyən edilmiş tarif ödənişlərinin daşıyıcının vəzifələrini avtobus xəttinin istismara verilmə tarixini özündə əks etdirməlidir. Göstərilən sənədlər gömrük orqanın məsul şəxsinə verildikdən sonra sənədlər yoxlanılır, gətirilən yük və sərnişinlərin gömrük sərhəddindən buraxılması rəsmiləşdirilir.
Mövzu 10
PLAn
-
Tranzit yük daşınması anlayışı, transit rejimin təyinatı və ondan istifadəetmənin hüquqi əsası.
-
Tranzit yük daşınması rejimindən istifadənin sahəsi və şərtləri.
-
Malların tranzitinə gömrük nəzarəti.
-
Quru ilə əhatə olunmuş dövlətlərin ərazisi vasitəsilə transit yük daşınmaları haqqında konversiya TİR (1975).
-
BYD kitabçası ( karnet TİR – avtomobil yük daşınmaları zamanı)
1 .”Tranzit yük daşınması” anlayışı, tranzit rejimin təyinatı və ondan istifadəetmənin hüquqi əsası
Tranzit yük daşınması anlayışı beynalxalq mal mübadiləsinin obyektiv zərurətindən yaranan və ölkələrin coğrafi mövqeyi , geosiyasi və iqtisadi münasibətləri ilə şərtlənən zəruri nəqliyyat kateqoriyası olub, beynəlxalq ticarət əməliyyatlarında mühüm əhəmiyyət kəsb edir.
Tarixdən bəllidir ki, gömrük ərazilərindən tranzitlə daşınan yüklər uzun müddət müxtəlif ölkələrdə vergi tutmaya məruz qalırdı. Kommunikasiya və nəqliyyat vasitələrinin inkişafı, beynəlxalq yük daşınmaların həcminin artması ilə bağlı tranzit gömrük rejimi yarandı və bu da gömrük nəzarəti altında gömrük ərazisində daşınan mallara proteksionist tədbirlərin təsirinin aradan qaldırılmasına imkan verdi.
Beləliklə tranzit gömrük rejimi - malların (yüklərin) gömrük nəzarəti altında, Azərbaycan Respublikasının iki gömrük orqanı arasında, o cümlədən xarici dövlətlərin ərazisindən gömrük rüsumları , vergilər alınmadan və mallara iqtisadi siyasət tədbirlər tətbiq edilmədən keçirilməsindən ibarət gömrük rejimidir.Ancaq Az. Res-sı Qanunvericiliyi Az.Res-nın dövlətlərarası müqavilələrində nəzərdə tutulmuş hallar istisna edilir. Bu rejimin geniş tətbiq edilməsində həm də malların tranziti şərtlərinin tənzimlənməsi və yüngülləşdirilməsinə yönəldilmiş, onların eyniləşdirilməsini (inifikasıyasını) nəzərdə tutan müxtəlif beynəlxalq - hüquqi sənədlərin hazırlanması mühüm rol oynadı.
Bu rejim altında daşınan mallardan gömrük rüsumları , vergilər, tutulmalar və iqtisadi siyasət tədbirləri tətbiq edilmir.Yüklərin tranziti həmçinin Az. Res-nın beynəlxalq sazişləri , Nazirlər Kabinetinin qərarları, DYK-nin normativ aktları ilə də tənzimlənə bilər.
Dostları ilə paylaş: |