Mövzu firma nəZƏRİYYƏSİ. Fİrmanin fəALİYYƏT


Mülkiyyət hüquqları nəzəriyyəsi



Yüklə 68,21 Kb.
səhifə14/18
tarix29.12.2021
ölçüsü68,21 Kb.
#48559
növüУчебник
1   ...   10   11   12   13   14   15   16   17   18
MÖVZU 2

Mülkiyyət hüquqları nəzəriyyəsi

    • İqtisadi nəzəriyyənin yeni sahəsi kimi 1980-cı illərdən formalaşmağa başlamışdır. 1986-cı ildə Grossman və Hartın yayınlanan məqaləsi bu baxımdan mühüm olmuşdur.

    • Mülkiyyət hüququ məsələsi üzərində dayanır: sahibliyin təbiəti və onun investisiya və sövdələşmə gücü stimulları ilə qarşılıqlı əlaqəsi modelin əsas cəhətlərini təşkil edir.

    • Dövlət mülkiyyəti ilə müqayisədə özəl mülkiyyətin sərvəti yaratma, qoruma və artırma baxımından güclü stimul yaratdığı qeyd olunur.

    • Əmlaka sahib olmaq nə anlama gəlir?

      • Əmlak üzərində daimi nəzarət hüququ deməkdir.

      • Əmlakın gəliri üzərində daimi sahiblik hüququ deməkdir.

    • Firmalarda payçılar, direktorlar, menecerlər və digər işçilər mülkiyyət hüququnun qeyd olunan iki elementinə münasibətdə fərqli mövqelərdə dayandıqlarından onların investisiya qoyma və sövdələşmə gücü stimulları da fərqli olur.

MƏNFƏƏTİN MAKSİMUMLAŞDIRILMASI MODELİ

  • İqtisadi təhlillərdə firmalar əsasən öz mənfəətini maksimumlaşdırmağa çalışan subyektlər kimi nəzərə alınır.

  • Neoklassik nəzəriyyəyə əsaslanaraq marjinal təhlillər aparsaq, onda mənfəətin maksimumlaşdırılması modelinin mahiyyətini belə izah edə bilərik: Firma marjinal xərci marjinal gəlirinə bərabər olduğu hala qədər məhsul istehsal edəcəkdir.

  • Qrafik 1 göstərir ki, istehsal üçün hər vahid əlavə xərc əvvəlkindən daha da yüksəkdir və bu marjinal xərc əyrisində öz əksini tapmışdır(MR). Qrafikdən göründüyü kimi belə olan halda da marjinal gəlir azalır(MR). Eyni zamanda da firma satışını artırmaq üçün qiymətləri azaltmalıdır.

  • Q* - məhsul buraxılışının elə bir səviyyəsidir ki, artıq bu səviyyədə firmanın mənfəəti maksimuma çatmışdır.

  • Q* məhsul buraxılışı səviyyəsinə qədər mənfəət artır, məhsul buraxılışı bu səviyyəni keçdikdən sonra isə mənfəət azalmağa başlayır.

  • Mənfəətin maksimumlaşdırılması modeli aşağıdakı fərziyyələri özündə birləşdirir:

    • Firma vahid qərar qəbul ediciyə malikdir: Reallıqda isə qərarlar müxtəlif funksional bölmələrin menecerləri, payçılar, direktorlar şurası və.s tərəfindən alınır ki, bu zaman da çox vaxt agent problemi ortaya çıxır.

    • Firma vahid məhsul istehsalına malikdir: Reallıqda yalnız bir məhsul istehsal edən firma tapmaq çox çətindir.

    • Firma vahid bazar üçün istehsal edir: Menecerlər bazar anlayışı çərçivəsində çox vaxt alıcıları və ya potensial alıcıları nəzərdə tuturlar, ancaq müasir bazarlar çox mürəkkəbdir. Həm real, həm də virtual məkanları əhatə edir, həmçinin də müştərilər homogen deyildir.

    • Firma vahid ərazidə istehsal edir və satış həyata keçirir: Reallıqda firmalar müxtəlif ölkələrdə istehal və satış təşkil edə bilirlər və bu müxtəlif xərc və gəlir səviyyələri ortaya çıxara bilir.

    • Bütün mövcud və gələcək xərc və gəlirlər qəti şəkildə bilinir: Adətən firmaların cari dövr üçün xərc və gəlirlərini dəqiq müəyyən etmək mümkün olsa da, gələcək dövr üçün bu çox çətin olur.

    • Marketinq funksiyaları arasında qiymət ən vacib olandır: Modeldə qiymət ən vacib faktor kimi götürülsə də, əslində marketinq funkisyaları arasında (4P- istehsal, qiymət, təşviq və bölüşdürmə) qiymət menecment iqtisadiyyatı baxımından daha çıx asılı dəyişəndir.

    • Qısa və uzunmüddətli strategiyaların nəticələri eynidir: Qısamüddətli dövr üçün mənfəəti maksimumlaşdırmağa istiqmətlənmiş bir strategiya uzunmüddətli dövr üçün də eyni nəticələri verə bilməz.

Modelin əsas məhdudiyyətləri:

    • Agentlik problemi;

    • Mənfəətin hesablanması;

    • Risq və qeyri-müəyyənlik;

    • Çoxməhsullu firmalar;


  • Yüklə 68,21 Kb.

    Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin