Mövzu «Fİrmanin iQTİsadiyyati» kursunun təDQİqat obyekti, predmeti VƏ MƏzmunu


İstehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsinin



Yüklə 0,77 Mb.
səhifə79/79
tarix11.12.2022
ölçüsü0,77 Mb.
#73755
1   ...   71   72   73   74   75   76   77   78   79
Firmanın İqtisadiyyatı mühazirə

İstehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsinin

əsas istiqamətləri

Bazar münasibətlərinə keçid iqtisadiyyatda dərin dəyişiklikləri tələb edir. İstehsalın intensivləşdirilməsinə, hər bir müəssisənin, təşkilatın və firmanın iqtisadi artımın keyfiyyət amillərindən tam və ilk növbədə istifadəyə səmtləşdirilməsinə sərt dönüşünü həyata keçirmək lazımdır. Hərtərəfli inkişaf etmiş məhsuldar qüvvələr və istehsal münasibətlərinə, yaxşı nizamlanmış təsərrüfat mexanizminə malik yüksək mütəşəkkil və səmərəli iqtisadiyyata keçid təmin olunmalıdır.


İstehsalın səmərəliliyinin yüksəldilməsi amilləri kimi aşağıdakıları göstərmək olar:

  1. Elmi-texniki tərəqqi. Son dövrlərə qədər elmi-texniki tərəqqi demək olar ki, təkamül yolu ilə getmişdir. Mövcud texnologiyaların təkmilləşdirilməsinə, maşın və avadanlığın qismən modernləşdirilməsinə üstünlük verilirdi. Belə tədbirlər müəyyən, lakin əhəmiyyətsiz səmərə verirdi.

Yeni texnikanın yaradılması və tətbiqi üçün kifayət qədər maraq yox idi. Müasir bazar münasibətləri şəraitində iqtisadi, keyfiyyət dəyişiklikləri prinsipcə yeni texnologiyalara, ən yeni texnikaya keçid lazımdır. Daha doğrusu, elm və texnikanın ən yeni nailiyyətləri əsasında xalq təsərrüfatının bütün sahələrinin tamamilə yenidən silahlandırılması lazımdır.

  1. Qənaət rejimi. Resursu mühafizə yanacağa, enerjiyə, xammala və materiallara artan tələbatın təmin edilməsinin həlledici amilinə çevrilməlidir. Bu məsələlərin həllində sənaye mühüm rol oynayır. Konstruksiya və digər materiallardan, xammaldan, yanacaq-enerji resurslarından yüksək səmərə ilə istifadə olunmasına imkan verən maşın və avadanlıq yaratmaq və onunla xalq təsərrüfatını təchiz etmək, aztullantılı texnoloji proseslərin yaradılması və tətbiqini təmin etmək lazımdır.

  2. İqtisadiyyatın strukturunun təkmilləşdirilməsi. Elmi-texniki tərəqqini və sosial məsələlərin həllini təmin edən sahələri inkişaf etdirmək, istehsal vasitələri istehsalı ilə istehlak şeyləri istehsalı arasında, aqrar sənaye kompleksinin sahələri arasında nisbətlərin yaxşılaşdırılmasına çalışmaq lazımdır.

  3. İdarəetmə də daxil olmaqla təşkilati-iqtisadi amillər. İctimai istehsalın miqyaslarının artması və təsərrüfat əlaqələrinin mürəkkəbləşməsi ilə onların rolu xüsusilə artır. Hər şeydən əvvəl, istehsalın təşkilinin səmərəli formalarının (təmərküzləşmə, ixtisaslaşma, kooperativləşdirmə və kombinələşdirmə) inkişafı və təkmilləşdirilməsi çox vacibdir.

  4. İstehsal-sosial infrastruktur un daha da təkmilləşdirilməsi. Bu, istehsalın səmərəliliyi səviyyəsinə əhəmiyyətli təsir edir.

  5. İnvestisiya siyasəti kapital qoyuluşlarının səmərəliliyinin yüksəldilməsini təmin etməlidir. Sosial tələbatı, elmi-texniki tərəqqinin sürətləndirilməsini təmin edən sahələrin xeyrinə vəsaitin yenidən bölüşdürülməsi həyata keçirilməlidir. Yeni tikintiyə nisbətən mövcud müəssisələrin texnika ilə yenidən silahlandırılmasına və yenidən qurulmasına daha çox vəsait yönəldilməlidir.

  6. Səmərəli təsərrüfatçılıq, resursu mühafizə texnikasının və texnologiya sının yaradılması və tətbiqi məsələlərinin həllində elm böyük rol oynamalıdır. İstehsalın əməktutumunun, materialtutumunun və enerjitutumunun azaldılması, qənaət rejiminin güclənməsi və məhsulun keyfiyyətinin yüksəldilməsi məqsədi ilə elmi-texniki tərəqqinin sürətləndirilməsinin aktual problemləri üzrə fundamental və tətbiqi tədqiqatlar fəallaşdırılmalıdır.

Bazar münasibətlərinin formalaşması şəraitində istehsalın səmərəliliyinin yüksəldilməsinin bütün amillərinin təsiri imkanları əhəmiyyətli dərəcədə genişlənir. Xalq təsərrüfatının strukturu yenidən qurulur. Bütün bunların nəticəsində tənzimlənən, sivil bazar təsərrüfatı formalaşır.
Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin