İdarəetmə
funksiyaları
|
Kompleks
vəzifələr
|
1
|
2
|
1.Texniki inkişafın idarə edilməsi
|
1.Elmi-texniki tərəqqi
|
2.Yeni texnika və texnologiya
|
3.İxtiraçılıq,səmərəliləşdirmə
|
4.Təcrübə
|
5.Layihə-axtarış
|
6.Maddi-texniki baza
|
2.İstehsalın texniki hazırlığı
|
1.Konstruktor hazlrlığı
|
2.Texniki hazırlıq
|
3.Texnoloji hazırlıq
|
1
|
2
|
|
4.Energetik hazırlıq
|
5.Mühəndis hazırlığı
|
6.Kadr hazırlığı
|
3.Maliyyə,mühasibat uçotunun idarə
edilməsi
|
1.Gəlirlər və xərclər smetası (büdcə)
|
2.Xərc maddələri üzrə smetalar
|
3.Mühasibat balansı
|
4.Qiymətin əmələ gəlməsi
|
5.Vergiyə cəlbetmə
|
6.İnvestisiya-sərmayə qoyuluşu
|
7.Debitorlar və kreditorlar
|
8.Valyuta əməliyyatları
|
4.Məhsulun keyfiyyətinin idarə
edilməsi
|
1.Keyfiyyətin beynəlxalq standartları
|
2.Daxili standartlar
|
3.Keyfiyyətin əməliyyat nəzarəti
|
4.Keyfiyyətin texniki nəzarəti
|
5.Hazır məhsulun nəzarəti
|
6.Keyfiyyət günü və dərnəyi
|
5.Əmək və əmək haqqının idarə
edilməsi
|
1.Əməklə əlaqədar əsasnamələr və qanunlar
|
2.Kontrakt sistemi
|
3.Vəzifə maaşları
|
4.Vəzifə ştatları
|
5.Əmək haqqı fondu
|
6.Mükafatlandırma fondu
|
7.Kadr məsələləri
|
8.Əmək haqqının forma və sistemləri
|
9.Əmək normativləri
|
6.Marketinq və satışın idarə
edilməsi
|
1.Bazarın sistemli təhlili
|
2.Resursların hərəkəti
|
3.Əmtəələrin hərəkət kanalları
|
4.Qiymət
|
5.Reklam
|
İdarəetmə mərhələlərini əks etdirən funksiyalara uzaqgörənlik,təşkiletmə,sə- rəncam,əlaqələndirmə və nəzarət kimi idarəedici təsir qaydaları daxildir.
Planlaşdırma funksiyası.İdarəetmənin ən mühüm funksiyalarından biridir. Planlaşdırma müxtəlif pillələrdə iqtisadiyyatın optimal inkişafını təmin edir.Planlaşdırma istehsalın cari və perspektiv vəziyyətini müəyyən edir,fəal ida- rəetmə prosesidir.Onun təsiri nəticəsində istehsalın inkişaf surəti,bu artımın mənbələri,iqtisadiyyat kompleksinin təşkili formaları və metodları formalaşır.
Planlaşdırma,əsasən,aşağıdakı cəhətləri əhatə edir:
1.istehsal sisteminin gələcək inkişafını müəyyənləşdirmək; 2.istehsal sistemləri qarşısında qoyulmuş sosial-iqtisadi məqsədlərə çatmağın yollarını müəyyənləşdirmək; 3.plan tədbirlərinin həyata keçirilməsinin nəticələrini əvvəlcədən görmək və beləliklə də hadisələrə sistem halında yanaşmaq.
Elmi uzaqgörənlik və proqnozlaşdırma funksiyası.Uzaqgörənlik gələcək haqqında mühakimədir,həm elmi konsepsiyaların,həm də gələcəyi görə bilən yetkin təfəkkürün funksiyasıdır.Proqnozlaşdırma proqnozların hazırlanması pro- sesi olmaqla,sistemlərin və hadisələrin gələcək vəziyyəti,meyilləri haqqında əsaslandırılmış mühakimə toplusudur.Proqnozlaşdırmanı idarəetmə fəaliyyətinin bir hissəsi kimi qiymətləndirmək olar.Proqnozlaşdırmanın əsas vəzifələri, ayrı-ayrı amillərin tələbata,əmtəə və xidmətlərə təsirini nəzərə almaqla,proqnoz- ların hazırlanmasından,proqnoz metodlarının təkmilləşdirilməsindən,yeni məh- sul istehsalının proqnozlaşdırılmasından,proqnozlaşdırma metodlarının düzgün seçilməsindən,proqnoz göstəricilərinin optimallaşdırmasından,proqnozlaşdırma- da iqtisadi məqsədəuyğunluğun nəzərə alınmasından,ilkin informasiya mənbələ- rindən təhrif olunmadan istifadə edilməsindən,proqnozların əsassız olaraq, tez-tez yeniləşməsinin qarşısının alınmasından,proqnozların həyata keçirilməsi prosesində iqtisadiyyatdakı qeyri-müəyyənlik hallarının nəzərə alınmasından ibarətdir.
Təşkiletmə funksiyası.Təşkiletmə dedikdə,idarəetmə orqanının təşkilatçılıq qabiliyyəti,təşkiletmə funksiyasını həyata keçirmək fəaliyyəti başa düşülür.Təş- kiletmə funksiyası istehsal prosesinin həyata keçirilməsi istiqamətlərinin müəy- yənləşdirilməsində,məhsulların vaxtında realizə olunmasında,istehsal vasitələri- nin əldə edilməsində,elm və texnikanın nailiyyətlərinin istehsala tətbiq edilmə- sində və.s mühüm rol oynayır.İstehsalın təşkili canlı əməyin istehsalın maddi ünsürləri ilə səmərəli əlaqələndirilməsinə dair kompleks tədbirlər deməkdir.
Koordinasiya funksiyası. İstehsalat rəhbərləri,menecerlər tərəfindən həyata keçirilir.Təsərrüfat ahəngini pozmamaq məqsədi ilə istehlakçı müəssisə daim kommersiya əlaqəsində olduğu işgüzar təşkilatların fəaliyyətini,tədiyyə qabiliy- yətini və digər yoxlamalar haqqında məlumatı olmalıdır.İstehlakçı müəssisə özünün təchizatdan olan asılılığını azaltmaq üçün eyni məkan və zamanda bir neçə mal göndərənlə təsərrüfat əlaqəsində olmalıdır.
Nəzarətetmə funksiyası. Nəzarətin başlıca məqsədi qərarların qəbulu ilə ic- rası arasındakı vəhdətliyi təmin etmək,sosial-iqtisadi inkişafdakı nöqsanları, ayrı-ayrı kənarlaşma hallarını aradan qaldırmaqdır.Onun başlıca məzmunu yox- lamaqdan,baş verə biləcək nöqsanların qarşısını almaqdan ibarətdir.Bu baxım- dan nəzarət həm də xəbərdarlıq xarakteri daşıyır.Dövlət nəzarəti,ictimai nəzarət, xalq nəzarəti,ictimai partiyaların nəzarəti və idarədaxili nəzarət - nəzarətin formalarıdır.
Nəzarət prosesi üç mərhələdən ibarətdir.Birinci mərhələdə idarəetmə məqsəd- ləri və strategiyasına uyğun idarəetmə obyektinin fəaliyyətini qiymətləndirmə meyarları və standartları müəyyən edilir.İkinci mərhələdə idarəetmə obyektləri- nin faktiki əldə etdikləri nəticələr müəyyən edilmiş standartlarla müqayisə edi- lir,yol verilən kənarlaşma intervalı aydınlaşdırılır,düzəlməsi vacib olan kənarlaşmalar müəyyən edilir.Üçüncü mərhələdə isə,hansı kənarlaşmaların aradan qaldırılması,situasiyaların proqnozlaşdırılan nəticələri və.s kimi məsələləri həll edilir.
Maliyyə və uçot funksiyası. Biznesin,müəssisənin pul ilə əlaqədar olan tərəf- lərini əhatə edir.İdarəetmənin maliyyə funksiyası müəssisənin istehsal-təsərrüfat fəaliyyətinin normal gedişatı üçün maliyyə ehtiyatlarının yaradılmasına,əmək məhsuldarlığının artırılması,məhsulun keyfiyyətinin yaxşılaşdırılması və onun maya dəyərinin aşağı salınması hesabına təsərrüfat hesablı gəlirin artırılmasının təmin edilməsinə xidmət edir.Müəssisənin fəaliyyətinə operativ təsir göstərmək, istehsalın inkişaf etdirilməsinin konkret yollarını müəyyənləşdirmək və onun gedişatını tənzimləmək,təsərrüfat fəaliyyətini təhlil etmək,tapşırıqların vaxtında yerinə yetirilməsinə nəzarət etmək və.s üçün müəssisələrdə müəyyən edilmiş qaydada uçot işləri aparılır və hesabatlar tərtib edilir.Aşağıdakı nəzarət göstərici- lərindən istifadə edilir:
Cədvəl 3.3.
M aliyyə və uçot
nəzarəti
|
Rəhbərlik tərəfindən
|
Planlaşdırma sistemi
|
Daxili kapital mənbələri
|
Aylıq mühasibat uçotu
|
Filialların büdcə sistemi
|
Standart istehsal xərcləri
smetası
|
Dostları ilə paylaş: |