Mövzu «Fİrmanin iQTİsadiyyati» kursunun təDQİqat obyekti, predmeti VƏ MƏzmunu


Firmada əməyin ödənilməsinin forma və sistemləri



Yüklə 0,77 Mb.
səhifə21/79
tarix11.12.2022
ölçüsü0,77 Mb.
#73755
1   ...   17   18   19   20   21   22   23   24   ...   79
Firmanın İqtisadiyyatı mühazirə

4.6. Firmada əməyin ödənilməsinin forma və sistemləri

Tarif sisteminin mühüm elementi əməyin ödənilməsinin formaları və sistemləridir. Müxtəlif mülkiyyət formalarına məxsus Firmalarda əməyin ödənilməsinin iki forması geniş yayılmışdır: işəmuzd və vaxtamuzd. Bu formaların köməyi ilə əməyin ödənilməsi onun kəmiyyət və keyfiyyət nəticələri ilə əlaqələndirilir. Firmada əməyin ödənilməsinin bu və ya başqa forması seçilərkən məhsul istehsalının xüsusiyyətləri, texnoloji prosesin xüsusiyyətləri, istehsalın və əməyin vəziyyəti və digər xüsusiyyətlər nəzərə alınır.


Əməyin ödənilməsinin hər iki forması müəyyən sistemlərə malikdir (Şəkil 10.2).
Ümumi şəkildə işəmuzd əmək haqqı forması müəyyən olunmuş tarif stavkalarına və hasilat (vaxt) normalarına görə vaxt vahidi ərzində hazırlanmış məhsulun miqdarına görə haqqdır.

Şək. 4.2. Əmək haqqının formaları və sistemləri


İşəmuzd əmək haqqının tətbiqi aşağıdakı hallarda mümkündür:

  • işin bilavasitə konkret işçidən asılı olan kəmiyyət göstəricilərinin mövcud olması;

  • yerinə yetirilən işlərin həcminin dəqiq uçotunun mümkünlüyü;

  • fəhlələrdə konkret istehsal sahəsində hasilatı və ya yerinə yetirilən işlərin həcminin artırılması imkanının olması;

  • məhsul hasilatının və işlərin həcminin daha da artırılması üçün fəhlələrin stimullaşdırılmasının zəruriliyi;

  • əməyin texniki normalaşdırılmasının mümkünlüyü.

Əgər işəmuzd əmək haqqı formasının tətbiqi aşağıdakılara səbəb olarsa, onun tətbiqi məsləhət görülmür:

  • məhsulun keyfiyyətinin pisləşməsinə;

  • texnoloji rejimlərin pozulmasına;

  • avadanlığa xidmətin pisləşməsinə;

  • texniki təhlükəsizlik tələblərinin pozulmasına;

  • xammal və materialların artıq sərfinə.

Firmalarda vaxtamuzd əmək haqqı formasının tətbiqi aşağıdakı hallarda daha səmərəlidir:

  • məhsul buraxılışının artırılması imkanının olmaması;

  • istehsal prosesinin ciddi reqlamentləşdirilməsi;

  • fəhlənin funksiyası texnoloji prosesin gedişinə nəzarətdən ibarət olduqda;

  • axınlı və konveyer tipli istehsalların ciddi müəyyən edilmiş ritmlə fəaliyyət göstərməsi;

  • məhsul buraxılışının artması zay məhsul buraxılışına və ya onun keyfiyyətinin pisləşməsinə səbəb olması.

Hər bir konkret Firmada buraxılan məhsulun xarakterindən, bu və ya başqa texnoloji proseslərin olmasından, istehsalın və əməyin təşkili səviyyəsindən asılı olaraq əməyin ödənilməsinin bu və ya başqa forması tətbiq oluna bilər.
Firmada mövcud olan xüsusiyyətlərdən, texniki-təşkilati şərtlərdən, həll edilən məsələlərdən, eləcə də hesablanması metodlarından asılı olaraq işəmuzd əmək haqqının sadə işəmuzd, işəmuzd-mükafatlı, dolayı-işəmuzd, akkord və işəmuzd-mütərəqqi sistemləri tətbiq olunur. Hesablanma obyektinə görə işəmuzd əmək haqqı forması fərdi və kollektiv sistemlərinə bölünür.
Sadə (birbaşa) işəmuzd sistemdə əmək haqqı buraxılan məhsulun miqdarı və məhsul vahidi üçün işin qiyməti əsasında hesablanır:


CƏh = QP

burada CƏh – işəmuzdçunun sadə işəmuzd əmək haqqı; Q – istehsal olunmuş məhsulun miqdarı: P – məhsul vahidi üçün işin qiymətidir.


Məhsulun və ya işin bir vahidi üçün işin qiyməti aşağıdakı düsturla hesablanır:


P = TcHv və ya P = Tc : Hh

burada Tc – müvafiq dərəcədən olan fəhlənin tarif stavkası; Hv – məhsul vahidi üçün vaxt norması; Hh – vaxt vahidi üçün hasilat normasıdır.


İşəmuzd-mükafatlı sistemdə fəhlənin əməyi sadə işəmuzd qiymətləri ilə ödənilir və əlavə olaraq fəhləyə mükafat da verilir. Lakin bunun üçün hansı göstəricilər əsasında mükafatlandırmanın həyata keçiriləcəyi dəqiq müəyyən olunmalı və onlar hər bir icraçıya çatdırılmalıdır. İşə təzə qəbul olunmuş fəhlələrə də bu barədə məlumat verilməlidir. Bundan əlavə, həmin göstəricilərin yerinə yetirilməsi və artıqlaması ilə yerinə yetirilməsi üçün mükafatın ölçüsü də müəyyən olunmalıdır. Bu göstəricilərə aşağıdakıları aid etmək olar: əmək məhsuldarlığının artımı; istehsal həcminin artırılması; texniki əsaslandırılmış hasilat normasının yerinə yetirilməsi və normalaşdırılan əməktutumunun azaldılması; istehsal tapşırıqlarının, şəxsi planların yerinə yetirilməsi; məhsulun keyfiyyətinin və sortunun yaxşılaşdırılması; defektsiz məhsul istehsalı; zay məhsulun qarşısının alınması; normativ-texniki sənədləşmələrə və standartlara əməl olunması; xammala, materiallara, alətlərə, sürtgü materiallarına və digər maddi dəyərlilərə qənaət.
Dolayı işəmuzd sistemdə köməkçi fəhlənin əmək haqqının ölçüsü onların xidmət etdikləri əsas işəmuzd fəhlələrin əməyinin nəticələrindən birbaşa asılı olur.
Dolayı işəmuzd sistemdə işin qiyməti (Pd) aşağıdakı düsturla hesablanır:



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin