4.3. Əmək məhsuldarlığının mahiyyəti və onun ölçülmə metodları
Əməyin məhsuldarlığı konkret əmək növünün vaxt vahidi ərzində az və ya çox məhsul istehsal etmək qabiliyyəti ilə səciyyələnir. Onun səviyyəsinin yüksəldilməsi vaxt vahidi ərzində istehsal edilən məhsulun kəmiyyətcə çoxaldılması və yaxud məhsul vahidinin istehsalına sərf olunmuş vaxtın miqdarının azaldılması ilə mümkündür.
Əmək məhsuldarlığının artmasının əhəmiyyəti, hər şeydən əvvəl, onda təzahür edir ki, o, istehsalı genişləndirməyin, ictimai sərvəti artırmağın başlıca şərti kimi çıxış edir. Məlumdur ki, istehsalın həcmi ya işləyənlərin sayını çoxaltmaq yolu ilə, ya da mövcud işçilərin əmək məhsuldarlığını yüksəltmək yolu ilə artırıla bilər. Əmək məhsuldarlığının yüksəldilməsi milli gəlirin artırılması və əhalinin maddi rifah halının yaxşılaşdırılmasının başlıca və həlledici amillərindən biri hesab edilir.
Firma iqtisadiyyatı üçün əhəmiyyəti və roku baxımından əmək məhsuldarlığının yüksəldilməsi, istehsal həcminin genişləndirilməsi ilə yanaşı, onun məhsulunu ucuzlaşdırır və keyfiyyət göstəricilərini yüksəldir.
Əmək məhsuldarlığının yüksəldilməsi əmək şəraitinin yaxşılaşdırılması üzrə işləri ön plana çəkir, iş gününün qısaldılmasına əsas yaradır. İş şəraitinin yaxşılaşdırılmasının həm sosial və həm də iqtisadi əhəmiyyəti var, çünki bu, bir tərəfdən işçilərin təkrar istehsalına və sağlamlığının qorunmasına təminat verirsə, digər tərəfdən isə onların əmək məhsuldarlığını daha da yüksəltmək üçün səylərini artırmalarına ciddi surətdə təsir göstərir.
Əmək məhsuldarlığının artım tempi orta əmək haqqının artım tempinə nisbətən daha yüksək olmalıdır. Bu, geniş təkrar istehsal prosesinin zəruri şərtidir. Əmək məhsuldarlığının yüksəldilməsi nəticəsində əmək haqqı məsrəflərinə qənaət olunması, istehsal həcminin artırılması və istehsal gücündən istifadənin yaxşılaşdırılması hesabına məhsul vahidinə düşən şərti-sabit xərclərin azaldılması ilə məhsulun maya dəyərini aşağı salmağa imkan verir. Mütərəqqi texnikanın tətbiqi nəticəsində əmək məsrəflərinin azalması, adətən, maddi ehtiyatlara qənaətlə müşayiət olunur ki, bu da bütün xərc maddələri üzrə məhsulun maya dəyərinin aşağı düşməsi ilə nəticələnir.
Fəhlənin iş vaxtından səmərəli istifadə, nəticə etibarilə, istehsalın səmərəliliyini, xüsusilə əmək məhsuldarlığının yüksəldilməsini təmin edən güclü amil kimi çıxış edir. İstehsalın həcmi genişləndikcə iş vaxtına qənaətin əhəmiyyəti daha da artır, çünki eyni vaxt vahidi ərzində daha çox məhsul istehsal etmək mümkün olur.
Əmək məhsuldarlığının səviyyəsi iki göstərici ilə xarakterizə etmək olar:
vaxt vahidi ərzində hasil olunmuş məhsul (birbaşa göstərici);
məhsulun hazırlanması əməktutumu (əks göstərici).
Hasilat (Hi) və əməktutumu (tm) göstəriciləri aşağıdakı kimi təyin oluna bilər:
Hi = Q / T t = T / Q
burada Q – işçi tərəfindən natural və ya dəyər ifadəsində hasil olunmuş məhsulun miqdarı; T – işçi tərəfindən həmin miqdar məhsulun istehsalına sərf olunmuş vaxtdır (saat, növbə və s.).
Əməktutumu – məhsul vahidinin hazırlanması üçün zəruri olan iş vaxtının miqdarıdır.
Əmək məhsuldarlığının öyrənilməsində əməyin nəticəsini xarakterizə edən natural, şərti-natural, əmək və dəyər göstəricilərindən istifadə edilir.
Natural ifadədə məhsul buraxılışı həcmi (məsələn, litr, metr, ton və s.) istehsal fəaliyyətinin nəticəsini daha dəqiq səciyyələndirir, lakin bu göstərici yalnız bircinsli məhsullar istehsal edən firmalarda tətbiq oluna bilər. Lakin bir çox hallarda firmalar müxtəlif növ məhsullar istehsal edirlər.
İstehsal edilən məhsulun həcmi, həmcins şərti-natural göstəricilər ilə ölçülür. İstehsal fəaliyyətinin nəticəsinin natural, şərti-natural və əmək tutumuna görə ölçülməsi – mötəbər məlumata malik olmaq nöqteyi-nəzərindən çox faydalıdır. Bununla belə, qeyd edilən göstəricilərdən istifadə imkanları məhduddur. Bu göstəricilər sahə üzrə istehsal fəaliyyətinin nəticələrini ümumiləşdirmək işini çətinləşdirir və həm də müxtəlif firmaların istehsal nəticələrini müqayisə etməyə imkan vermir.
Qeyd edilən qüsurları dəyər göstəricisindən istifadə etməklə aradan qaldırmaq mümkündür. Əməyin nəticəsinin dəyər ölçüsündə öyrənilməsində ümumi, əmtəəlik, emalın normativ dəyəri, şərti-xalis məhsulun həcm göstəricilərindən istifadə edilir. Dəyər göstəricisindən istifadə firmaların fəaliyyət göstəricilərini sahə üzrə ümumiləşdirməyə imkan verir.
Hazırda firmalarda əmək məhsuldarlığının səviyyəsi əmtəəlik məhsulun həcminin sənaye-istehsal işçilərinin orta siyahı sayına nisbəti ilə təyin olunur:
Bu göstəricini fəhlələrə görə də hesablamaq olar.
Əmək məhsuldarlığının artımı (Pə) hesabına məhsul istehsalının artımını aşağıdakı kimi hesablamaq olar:
burada Pə – işləyənlərin sayının artımı, %; Əm – əmtəəlik məhsul buraxılışının artımı, %.
Əmək məhsuldarlığının göstəriciləri və ölçülmə metodları ayrı-ayrı istehsal sahələrinin xüsusiyyətini nəzərə almalıdır.
Məlumdur ki, məhsulun dəyər uçotu həm maddiləşmiş, həm də canlı əmək məsrəflərinin məcmusunu səciyyələndirir. Lakin bu ümumi məsrəflər əmək məhsuldarlığının səviyyəsini müəyyən edən zaman yalnız istifadə olunmuş canlı əmək məsrəfləri ilə müqayisə olunur. Müxtəlif firmalarda əmək məsrəflərinin xüsusi çəkisi müxtəlifdir. Buna görə də əmtəəlik (ümumi) məhsul üzrə dəyər ifadəsi ilə hesablanmış əmək məhsuldarlığı göstəriciləri sənayenin müxtəlif firmalarında müqayisəyə gəlmir. Bu onunla əlaqədardır ki, əmtəəlik (ümumi) məhsul göstəricisi firmaların strukturunun dəyişilməsindən və ya müxtəlifliyindən, istehlak olunan xammalın dəyərindən, buraxılan məhsulun çeşidindən, ümumi istehsal həcmində kooperativləşmə yolu ilə alınmış komplektləşdirici məmulatların xüsusi çəkisindən asılı olaraq dəyişkən olur.
Əmək məhsuldarlığını hesablamaq üçün məhsulun həcmi kimi xalis məhsul göstəricisindən də istifadə edilə bilər.
Firmalarda əmək məhsuldarlığı canlı əməyin məsrəfləri ilə təyin olunduğu üçün o, fərdi əmək məhsuldarlığını əks etdirir. İctimai əmək məhsuldarlığı isə canlı və istehsal vasitələrində maddiləşmiş əməyin məsrəflərini əks etdirir.
Firmada əmək məhsuldarlığı hesablanarkən iş vaxtı vahidi olaraq saat, gün, ay, il götürülə bilər və buna uyğun olaraq əmək məhsuldarlığının səviyyəsi orta hesabla bir adam-saat, adam-gün və adam-il ərzində istehsal olunmuş məhsulun miqdarı ilə ifadə edilir. Əmək məhsuldarlığının bütün bu göstəriciləri firmalarda bir nəfər orta siyahı işçi üçün hesablanır. İstehsal heyətinin bir işçisinə görə yalnız orta aylıq, orta rüblük və orta illik əmək məhsuldarlığı müəyyən edilir.
Dostları ilə paylaş: |