4.2. Firmada kadrların idarə olunmasının xüsusiyyətləri
Kadrların idarə olunması əmək funksiyalarının yerinə yetirilməsində onların intellektual və fiziki qabiliyyətlərindən maksimal istifadə məqsədi ilə işçilərin fəaliyyəti, davranışı və maraqlarına təsirin metodları, prinsipləri, vasitələri və formalarının məcmusudur. O, menecmentin tərkib hissəsi olub, insanlar və onların Firma daxilində əlaqələri ilə bağlıdır.
Bütün sadalanan tədbirlərin səmərəli həllində yeganə məqsəd stabil əmək kollektivi formalaşdırmaq, iş qüvvəsinin Firmadan axıcılığını minimuma endirməkdir.
Firmada kadrların idarə olunması (Şəkil 10.1) aşağıdakı mərhələləri özündə birləşdirir:
Şək. 4.1. Firmada kadrların idarə olunması
Kadrlara tələbatın təyini və onun sayının planlaşdırması: kadrlara tələbatın və ona lazım olan xərclərin hesablanması;
Kadrların yığılması: bütün vəzifələr üzrə potensial namizədlər ehtiyatının yaradılması;
Kadrların seçilməsi: iş yerləri üçün namizədlərin qiymətləndirilməsi və onlardan Firmanın işçi heyətini tamamlamaq üçün ən yaxşılarının seçilməsi;
Əmək haqqının və güzəştlərin müəyyən olunması: kadrların cəlb olunması, işə götürülməsi və saxlanması məqsədi ilə əmək haqqının və güzəştlərin həcminin və strukturunun hazırlanması;
Peşə istiqamətinin müəyyənləşməsi və bu istiqamətdə uyğunlaşma: cəlb olunmuş kadrların Firmada iş yerlərinə təyin olunması, onlardan nəyin tələb olunduğu və onlarda əməyin qiymətləndirilməsi sistemi haqqında təsəvvürün yaradılması;
Öyrətmə: işin səmərəli yerinə yetirilməsi məqsədi ilə tələb edilən əmək vərdişlərinin öyrədilməsi üçün proqramların hazırlanması və yerinə yetirilməsi;
Əmək fəaliyyətinin qiymətləndirilməsi: əmək fəaliyyətinin qiymətləndirilməsi metodikasının hazırlanması və onun kadrlara çatdırılması;
Kadrların vəzifəsinin artırılması və azaldılması, işdən azadetmə: kadrların az və ya çox məsuliyyətli vəzifələrə keçirilməsi qaydalarının hazırlanması, başqa vəzifələrə və ya iş yerlərinə köçürməklə onların peşəkarlıq təcrübəsini artırmaq, həmçinin əmək kontraktının dayandırılması prosedurunun hazırlanması;
Rəhbər kadrların hazırlanması, xidməti vəzifə üzrə hərəkətin idarə olunması: rəhbər işçilərin vərdiş və bacarıqlarının inkişafına və əməyin səmərəliliyinin artırılmasına yönəldilmiş proqramların hazırlanması.
Müəyyən ümumiləşdirməyə yol vermək şərti ilə istehsal heyətinin idarə olunmasının nəticəsini səciyyələndirən göstərici kimi Firmadan iş qüvvəsi axıcılığını qəbul etmək olar. Başqa sözlə, iş qüvvəsi axıcılığının vəziyyəti heyətin idarə edilməsinin keyfiyyətindən, əmək münasibətlərinin necəliyindən bilavasitə asılı olur.
Əməyin düzgün təşkili, istehsal prosesində maddi və əmək resurslarından səmərəli surətdə istifadə etmək üçün əmək intizamını təmin etmək və işçi axınının qarşısını almaq vacibdir. Əmək məhsuldarlığının səviyyəsi Firmalarda əmək intizamının yaxşılaşdırılmasından, işçi axınının aradan qaldırılmasından, Firmalarda sabit işçi heyətinin yaradılmasından əhəmiyyətli dərəcədə asılıdır.
İstehsal heyətinin də idarə edilməsi məlum üç metod əsasında həyata keçirilir. a) inzibati; b) iqtisadi; v) sosial-psixoloji.
Ümumiyyətlə, idarəçilikdə və xüsusilə, heyətin idarə olunmasında bu üç metodun hamısından, şəraitdən asılı olaraq, müəyyən hədlər çərçivəsində istifadə olunmalıdır.
Firma iqtisadiyyatının mühüm məsələlərindən biri də kadrlara tələbatın müəyyən olunmasıdır. Bu iş əməyin normalaşdırılmasına və həmin məsələnin həllində konkret olaraq vaxt norması, istehsal norması, xidmət norması, say norması, idarəetmə həddi kimi normaların tətbiqinə əsaslanmalıdır.
Firmanın işçi heyəti planlaşdırıldıqda nəinki tələb, eləcə də Firmada hazırda mövcud olan heyət və gələcəkdə hansı işçilərə ehtiyac olacağı nəzərə alınmalıdır.
Lazım olan fəhlələrin sayını, professional və ixtisas tərkibini təyin etmək üçün başlanğıc məlumat kimi istehsal proqramı, hasilat (vaxt) norması, əmək məhsuldarlığının planlaşdırılan artımı, işin quruluşu lazımdır. Sadələşdirilmiş hesablamalarda Firmanın işçi heyətinə tələbatı (R) istehsal həcminin (Vi) bir işçiyə hasilata (Pə)
Normalaşdırılması mümkün olan və olmayan işlər üçün iş qüvvəsinə tələbatın hesablanması qaydaları bir-birindən fərqlənir.
Normalaşdırılan işlərdə məşğul olacaq istehsal işçilərinə tələbatın hesablanması – müəyyən peşə və ixtisaslar üzrə – iş vaxtının sərfi əsasında aparılır.
Normalaşdırılan işlərdə fəhlələrə tələbat (Rf) aşağıdakı düsturla hesablanır:
burada Tpl.tex. – plan-texnoloji əməktutumu, adam-saatla; Fs – fəhlənin il ərzində səmərəli iş vaxtı fondu, saat; Kn – normanın planlaşdırılan yerinə yetirilmə faizi.
Normalaşdırılmayan işlərin yerinə yetirilməsi üçün fəhlə kadrlara tələbatın planlaşdırılan istehsalın həcmi üçün zəruri olan iş yerlərinin sayını, növbəlilik əmsalı və iş yerlərinə xidmət normaları əsasında hesablayırlar.
Xidmət norması mövcud olduqda
burada M – xidmət olunan obyektlərin sayı: C – sutkada növbələrin sayı; Hxid – xidmət norması; Kçev – işəçıxma sayını orta siyahı sayına çevirmə əmsalıdır.
Iş yerlərinə görə fəhlələrin sayının hesabı:
Rf = Mi C Kçev
burada Mi – iş yerlərinin sayıdır.
Rəhbərlər, mütəxəssislər və qulluqçuların sayı normativ metod əsasında müəyyən edilir.
Dostları ilə paylaş: |