Mövzu «Fİrmanin iQTİsadiyyati» kursunun təDQİqat obyekti, predmeti VƏ MƏzmunu


Əməyin ödənilməsinin tarifsiz sistemləri



Yüklə 0,77 Mb.
səhifə23/79
tarix11.12.2022
ölçüsü0,77 Mb.
#73755
1   ...   19   20   21   22   23   24   25   26   ...   79
Firmanın İqtisadiyyatı mühazirə

4.7. Əməyin ödənilməsinin tarifsiz sistemləri

Əmək haqqının təşkilinin tarifsiz sistemi bu sahədə irəliyə doğru atılmış addımdır. Çünki tariflərə və maaşa görə əməyin ödənilməsi zamanı bərabərçilikdən qaçmaq, ayrıca bir işçinin və bütün kollektivin maraqları arasındakı ziddiyyətləri aradan qaldırmaq, kifayət qədər çətindir. Bu baxımdan, əməyin ödənilməsinin tarifsiz sistemi əməyin təşkili və stimullaşdırılmasının təkmilləşdirilməsinin mümkün variantı kimi tətbiq oluna bilər. Bazar iqtisadiyyatına keçid zamanı bu sistemdən bir çox Firmalarda istifadə edilir. Bu halda hər bir işçinin əmək haqqının ölçüsü aşağıdakı amillərdən asılı olur:



  • işçinin ixtisas səviyyəsi;

  • işçinin əməkdə iştirak əmsalı;

  • işçinin faktiki sərf etdiyi vaxt.

İşçinin ixtisas səviyyəsi (K) hər bir işçi üçün müəyyən edilir. Bunun üçün ötən dövrdə işçinin faktiki əmək haqqının məbləği həmin dövr üçün Firmada mövcud olan minimum əmək haqqı məbləğinə bölünür.
Sonra Firmanın bütün işçiləri 10 ixtisas qrupuna bölünür. Hər cür qrup üçün özünün ixtisas səviyyəsi müəyyən edilir (Cədvəl 4.1).

Cədvəl 4.1


Firma işçilərinin ixtisas qrupları üzrə bölünməsi

Sıra sayı



İxtisas qrupu



İxtisas balı





1.

Firmanın rəhbəri

4,5

2.

Baş mühəndis

4,0

3.

Direktorun müavini

3,6

4.

Bölmələrin rəhbərləri

3,25

5.

Aparıcı mütəxəssislər

2,65

6.

Yüksək ixtisaslı mütəxəssislər

2,5

7.

İkinci kateqoriyalı mütəxəssislər və ixtisaslı fəhlələr

2,1

8.

Üçüncü kateqoriyalı mütəxəssislər və ixtisaslı fəhlələr

1,7

9.

Mütəxəssislər və fəhlələr

1,3

10.

İxtisassız fəhlələr

1,0



İşçinin ixtisas səviyyəsi bütün əmək fəaliyyəti müddətində yüksəldilə bilər. Bu məsələni Əmək Kollektivi Şurası həll edir.


Əməkdə iştirak əmsalı (ƏİƏ) direktor da daxil olmaqla Firmanın bütün işçiləri üçün müəyyən edilir və Əmək Kollektivi Şurası tərəfindən təsdiq edilir. Bu əmsalın hesablanması müddətlərini və onu hesablamaq üçün lazım olan göstəricilərin tərkibini Firmanın direktoru müəyyən edir.
Əməyin ödənilməsinin tarifsiz sistemində əmək haqqı aşağıdakı ardıcıllıqla hesablanır:

    1. Hər bir işçinin topladığı balların miqdarı təyin edilir:



Mi = KTƏİƏ

burada K – ixtisas səviyyəsi; T – sərf olunmuş adam-saatların miqdarıdır.



    1. Firmanın (bölmənin bütün işçilərinin topladıqları balların ümumi məbləği hesablanır:



    1. Əməyin ödənilməsi fondunun (ƏÖF) bir balın ödənilməsinə gedən hissəsi hesablanır:

d = ƏÖF : M

    1. Bu göstəricilər əsasında ayrı-ayrı işçilərin əmək haqqı (Əh) hesablanır:

Əh = Mid
Məsələn, sexdə işçilərin faktiki əmək haqqının hesablanması qaydasını aşağıdakı kimi göstərə bilərik (Cədvəl 4.2).
Cədvəl 10.2
Faktiki əmək haqqının hesablanması



İxtisas səviyyəsi,
K



Sərf olunmuş adam-saatların miqdarı, T

Əməkdə iştirak əmsalı, ƏİƏ

Balların miqdarı,
M



Əmək haqqı fondundan bir balın ödənilməsinə gedən hissə, min man., d



Faktiki əmək haqqı, min man.

1,3

180,5

1,1

258,1

1,086

280,3

2,1

123,1

0,9

232,6

1,086

252,66

1,7

180,5

1,04

319,1

1,086

346,57



Əməyin ödənilməsinin belə sistemi hətta eyni bir ixtisas səviyyəsindən və dərəcədən olan işçilər arasında da əmək haqqı fondunun bölüşdürülməsi nisbətlərini fərqləndirir. İşçilərin bir hissəsinin əmək haqqı artacaq, digər hissənin isə azalacaqdır. Nəticədə işçilər arasında əmək haqqının bölüşdürülməsində sosial ədalət təmin edilir.
Məlumdur ki, bazar iqtisadiyyatında işin mühüm göstəricisi məhsul (xidmətlər) satışının həcmidir. Ona görə də satışın həcmi nə qədər yüksək olarsa, Firma bir o qədər səmərəli işləmiş olar. Deməli, əmək haqqı satışın həcmindən asılı olaraq da təshih olunmalıdır. Bu idarəetmə işçiləri və köməkçi fəhlələr üçün xüsusilə vacibdir, çünki Firmada işçilərin bu iki kateqoriyası məhsul buraxılışının həcmi ilə o qədər də əlaqədar deyildir.
İdarəetmə işçilərinin əməyinin ödənilməsinin satışın həcminə görə təshih edilməsi üçün xüsusi şkaladan istifadə oluna bilər.
Bu variantda inzibati-idarəetmə heyəti üçün möhkəm maaş müəyyən olunmur və əməyin ödənilməsi məhsul satışının həcmindən asılı olaraq hər ay dəyişilir.
Əməyin ödənilməsinin tarifsiz sisteminin bir növü də müqavilə sistemidir. Bu halda işə götürülən və işçi arasında müəyyən müddət üçün müqavilə bağlanır. Müqavilə əmək şərtləri, tərəflərin hüquq və vəzifələri, iş rejimi və əməyin ödənilməsi səviyyəsi, eləcə də müqavilənin fəaliyyət müddəti müəyyən edilir



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin