Azərbaycan Respublikasının ərazisində yüksək dərəcədə texnogen təhlü- kələr mövcuddur ki, bunlar da müxtəlif növ FH-ın başlıca mənbələridir. Bunların əsas səbəbləri aşağıdakılardır:
istehsalat sahələrində təhlükəsizliyin dövlət tərəfindən tənzimlənməsi mexanizminin zəifləməsi; respublikada iqtisadiyyatın strukturca yenidən qurulması prosesinin uzanması nəticəsində istehsalatın bütün sahələrində əmək və texnoloji intizamın, habelə istehsalatda qəzaya qarşı davamlılıq tədbirlərinin zəifləməsi;
bəzi sənaye sahələrində istehsalat vasitələrinin, xüsusən də texnoloji avadanlıqların, nəqliyyat vasitələrinin , əsas istehsalat fondlarının yol verilməz dərəcədə, bir sıra hallarda 90% və daha artıq aşınması;
sənaye istehsalında təhlükəsizlik texnikasının, xammalın və hazırlanan məhsulun keyfiyyətcə kəskin surətdə aşağı düşməsi;
istehslatda təhlükəli, zərərli amilləri aşkar və nəzarət edən cihazların, belə amillərdən kollektiv və fərdi mühafizə vasitələrinin kifayət qədər hazırlanması və onların keyfiyyətsiz olması;
sənaye, nəqliyyat, energetika, kənd təsərrufatı, habelə idarəetmə sahələrində təhlükəsizliyin təmin edilməsi sistemlerinin texnoloji etibarlılığının zəif olması;
zərərli və təhlükəli potensiallı müəssisələrdə kadrların, xüsusən də yüksək ixtisaslı kadrların itirilməsi nəticəsində istehsalat mədəniyyətinin aşağı düşməsi, mütəxəssislərin səriştəsinin və məsuliyyət hissinin zəifləməsi;
ölkədə həyat fəaliyyətinin təmin olunması sahələrində aparılan əsaslı və tətbiqi tədqiqatların keyfiyyətinin aşağı olması;
partlayış, yanğın, kimyəvi, radiasiya, bioloji təhlükəli maddələr və texnologiyalardan istifadə edilməsinin miqyasca genişlənməsi;
qəza və fəlakətlərin qabaqlanması və qarşısının alınması, insan təlafatı və maddi itkilərin azaldılması üzrə görülən tədbirlərin kifayət dərəcədə olmaması və əlaqələndirilməməsi;
iqtisadiyyatın bütün sahələrində yeni təhlükəsiz ve qənaetcil texnologiyaların yavaş və keyfiyyətsiz səviyyədə tətbiqi, texnoloji proseslərin və qəza əleyhinə mühafizəsinin avtomatlaşdırılmasının zəif templə aparılması;
ölkənin ərazisində zərərli istehsalatların və təhlükə potensiallı obyektlərin yaşayış zonalarının və onların həyat təminatı sistemlərinin yaxınlığında yerləşməsi;
potensial təhlükəli istehsalat və obyektlərin vəziyyətinə nəzarət və müşahidənin kifayət dərəcədə olmaması;
sənaye obyektlərinin heyəti və əhali üçün kollektiv və fərdi mühafizə vasitələrinin inşaatı və istehsalı həcmlərinin kəskin surətdə azalması;
təhlükə potensiallı obyektlərdə qəzalar barədə lokal (məhdud) xəbərdarlıq sistemlərinin olması;
təhlükəsizliyin təminatı, FH-ın qabaqlanması və aradan qaldırılması üçün cavabdeh olan işçilərin sayının azaldılması;
qəza-xilasetmə xidmətlərinin fəaliyyətinin kifayət dərəcədə səmərəli olmaması;
qəza və fəlakətin aradan qaldırılması üçün lazımi həcmdə ehtiyatların olmaması;
avtomobil yolları şəbəkəsinin zəif inkişafı;
FH-ın baş verməsi ehtimal olunan zonalarda sosial problemlerin yaranması.