Xilasedici dəstə 2-4 komandadan ibarət olub, obyektin əsas mülki müdafiə dəstəsi sayılır. Xilasedici dəstə zədələnmiş adamları axtarmaq, uçqunlar altından, dağıdılmış sığınacaq və binalardan çıxartmaq, həkimə qədər yardım göstərmək, habelə onları zədələmə ocağından aparmaq üçün nəzərdə tutulur.
Xilasedici dəstə bir iş növbəsi (8-10saat) ərzində aşağıdakı işlərdən birin görə bilər: zədələmiş 600-1200 nəfər adamı zədələnmə ocağından çıxarıb 250-350 m məsafəyə daşımaq; zədələnmiş 120-240 nəfəri uçqun altından, qismən uçulmuş binalardan çıxarıb 250-300 metr məsafəyə aparmaq; qismən dağılmış xəndək və ya
qazma tipli 60-120 dalanacağın üstünü açıb sökmək; 18-36 sığınacaq və zirzəminin üstünü açıb sökmək. Həmin işləri yerinə yetirmək üçün dəstə, adatən, mühəndis texnikası və kənd təsərrüfatı texnikası ilə təmin olunur, habelə xüsusi məqsədli dəstələr ilə güclındirilir.
Dostları ilə paylaş: |