Ictimai asayişi mühafizə xidməti - rayon polis şöbəsinin bazası əsasında təşkil olunur (xidmətin rəisi - rayon polis şöbəsinin rəisidir). Xidmətə: dövlət mülkiyyətini və ictimai mülkiyyəti, habelə vətəndaşların şəxsi əmlakmı qorumaq; çaxnaşmanm qarşısını almaq; nəqliyyatın hərəkətini təmin etmək; əhalinin müəy- yən edilmiş davranış qaydalarmı yerinə yetirilməsinə nəzarət etmək həvalə olu-nur. Xidmət köçürülmə işlərinə, mülki müdafıə siqnalları üzrə əhalinin daldalan-masına yardım göstərir, zədələnmə ocağına buraxılma rejiminin və bakterioloji yoluxma ocağmda karantin tədbirlərinin yerinə yetirilməsini təmin edir.