Obyektrlərdəmülkimüdafiəxidmətləri. Mülki müdafiə tədbirlərini, dəstələrin hazırlığını və zədələnmiş (zəhərlənmiş) yerlərdə iş görərkən onların düz- gün idarəolunmasını təmin etmək üçün, yerli şəraiti və müvafiq bazanın olmasını nəzərə alaraq rayon (şəhər) İcra Hakimiyyətinin qəran ilə rayon xidmətləri yaradılır.
Rabitəxidməti - rayon (şəhər) rabitə təşkilatının bazası əsasmda təşkil olunur. Rabitə xidmətinin işçiləri: İcra Hakimiyyətinin nümayəndəsinə, idarələrin, müəssisələrin vəzifəli şəxslərinə və rayonun bütün əhalisinə fəvqəladə hadisələr təhlükəsi barədə vaxtında xəbər verir; MM siqnallarının verilməsini təşkil edir, rayonun bütün obyektləri ilə rabitə yaradır və onu daim fəaliyyətə hazır saxlayır; rayonun ərazisində fəaliyyət göstərən mülki müdafıə qüwə və vasitələrinin idarə olunmasını təmin edirlər.
Tibb xidməti- tibb müəssisələrinin bazası əsasında yaradılır (xidmətin rəisi - rayonun baş həkimidir). Xidmət: müalicə-profilaktika, epidemiya əleyhinə və sa- nitariya-gigiyena tədbirlərinihəyata keçirir; tibb dəstələrinin ixtisas hazırlığını tə- min edir; zərər çəkmiş, zədələnmə ocağmdan çıxarılan adamların qəbul edilmə-si, yerləşdirilməsi və müalicəsi üçün binaları hazırlayır.