Ərazi prinsipi – MM-yə tədbirlərinin Azərbaycan Respublikasının bütün ərazisində təşkil edilməsi.
Fərqli və kompleks yanaşma prinsipi – AR-nin Mülki Müdafiə tədbirlərinin ayrı- ayrı bölgülərin, şəhərlərin, hərbi-strateji, iqtisadivə di-gər xüsusiyyətləri nəzərə alınmaqla planlaşdırılması və əlaqələndirilməsi şəklində həyata keçirilməsi;
Kütləvilik və məcburluq prinsipi – Mülki Müdafiə tədbirlərinin AR-nın bütün əhalisini əhatə etməsi və məcburi xarakter daşıması;
Daimi hazırlıq prinsipi – AR-nin Mülki Müdafiəsi steminin fövqəladə hadisələr dərhal və səmərəli fəaliyyətə başlamağa hazır vəziyyətdə olması;
Dərhal xəbərdarlıq prinsipi – Baş verə biləcək və ya vermiş fövqəladə hadisələr haqqında AR-sı əhalisinə dərhal məlumat verilməsi.
Qarşılıqlı əlaqə prinsipi – Mülki Müdafiənin təmin etdirilməsində iştirak edən AR- nin dövlət orqanlarının və Mülki Müdafiə qüvvələrinin sıx və uzlaşdırılmış fəaliyyət göstərməsi.