Mövzu Həkiməqədər yardımın əsasları Xəstəlik haqqında anlayış



Yüklə 438 Kb.
səhifə52/54
tarix07.06.2022
ölçüsü438 Kb.
#60902
1   ...   46   47   48   49   50   51   52   53   54
Bölmə 4

Gözlərə qulluq.
Gözlərə qulluq işi tibb bacısından xüsusi diqqət tələb edir. Gözdən irinli ifrazat axdıqda steril tamponları 3%-li ilıq borat turşusu məhlulunda isladıb yumaq lazımdır. Bunu gözün bayır tərəfindən başlayıb, buruna tərəf istiqamətdə etmək lazımdır və hər dəfə steril pambıq tənzif hər göz üçün ayrı-ayrılıqda götürülüb dəyişdirilməlidir.
Gözün selikli qişasının iltihabında 20-30%-li albusid-salisil-natri damcısı tökülür və məlhəm sürtülür.
Dərman tökülən pipetka da steril olmalıdır.
Tibb bacısı xəstənin gözünü yumazdan əvvəl öz əllərinin də sterilliyinə diqqət etməklə əllərini sabunla yuduqdan sonra infeksiya salmamaq üçün spirtlə də silməlidir.
Dərmanı gözə tökmək üçün sol əllə gözün alt qapağını aşağı dartır və xəstəyə əks tərəfə baxmağı təklif edib ehtiyatla dərmanı buruna yaxın tərəfdən gözə damızdırır və xəstəyə gözünü yummağı təklif edirlər. Pipetkanı işlətdikdən sonra ilıq su ilə yuyub yerinə qoyurlar.
Göz məlhəmlərini də göz qapağına xüsusi şüşə çubuqlarla gözün alt qapağını aşağı dartıb gözün selikli qişasına sürtürlər. Məlhəmlər və şüşə çubuqlar da steril olmalıdır.
Gözün selikli qişasının iltihabı uşaqların çoxunda doğulandan sonrakı bir neçə gün ərzində olur. Bu iltihab uşaq anadan olan kimi onun gözünə infeksiya düşməməsi üçün damızdırılan dərmandan əmələ gəlir.
Qulaqlara qulluq.
Uşaqların çoxunda hər dəfə soyuqdəymə zamanı ya bir, ya da hər iki qulaqda azca iltihab olur. Bəzən qulağın iltihabının lap əvvəlində təbil pərdəsi partlayır və qulaqdan duru irin gəlir. Dərman damızdırmazdam əvvəl irini təmizləmək lazımdır, çünki irin dərmanın qulaq pərdəsinə çatmasına mane olur.
Uşaqlara 5-6 damcı dərman damızdırılır. Qulaq damcısı mütləq bədən temperaturunda qızdırılmalıdır, çünki soyuq damcı labirinti qıcıqlandıraraq baş gicəllənməsinə, qusmaya səbəb ola bilər.
Qulağa dərmanı uzanmış vəziyyətdə damızdırırlar. Bu zaman uşaqlarda xarici eşitmə keçəcəyini düz vəziyyətə gətirmək üçün qulaq seyvanını aşağı dartmaq lazımdır. Sonra damcıların təbil boşluğuna keçməsi üçün xarici qulaq hündürlüyünə bir neçə dəfə basmaq lazımdır. Bundan sonra qulağa kiçik pambıq tampon qoyub bir neçə dəqiqədən sonra çıxarırlar. Bu məqsədlə bor spirtindən və karbol qliserindən istifadə olunur.
Buruna qulluq.
Uşaqların burnunun hər yarısına 3-4 damcı dərman, yağlı dərmanlar isə 15-20 damcı tökülür. Dərman damızdırmazdan əvvəl burunu təmizləmək lazımdır, oturaq vəziyyətdə başı arxaya əyilmiş halda tökürlər, sonra xəstə başını dərman damızdırılan tərəfə çevirir.
Burnun selikli qişasının yaxşı isladılması üçün burun pərlərini barmaqlarla burun arakəsmələrinə sıxaraq bir neçə dəfə başını irəli-geri hərəkət etdirməsi məsləhətdir.
Yenidoğulmuş uşaqların burun boşluğunu təmiz saxlamaq lazımdır, bu onun yaxşı əmməsinə və rahat nəfəs almasına kömək edir.

Yüklə 438 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin