Mövzu Həkiməqədər yardımın əsasları Xəstəlik haqqında anlayış



Yüklə 438 Kb.
səhifə53/54
tarix07.06.2022
ölçüsü438 Kb.
#60902
1   ...   46   47   48   49   50   51   52   53   54
Bölmə 4

Ağız boşluğuna qulluq.
Ağız boşluğunu təmiz saxlamaq sağlamlıq deməkdir. Uşaqlıqda qazanılan vərdişlər həmişəlik qalır. Yenidoğulmuş uşaqlarda ağız gəlməsi deyilən bir əlamət müşahidə olunur, bu ağız boşluğunun selikli qişasına yapışmış süd köpüyünə oxşayır, sildikdə getmir. Bu göbələk infeksiyasıdır. Uşağın əmməsi çətinləşir. Hər yedizdirmədən sonra uşağa qaynanmış su vermək lazımdır, bu onun ağzından südü təmizləyir və ağız gələməsini törədən göbələyi qidalı mühitdən məhrum edir.
Uşağın süd dişləri çıxdıqdan sonra onu ildə 2 dəfə diş həkiminə göstərmək lazımdır. Uşağa ağzını yaxalamağı və qida qalıqlarını təmizləməyi öyrətmək lazımdır. Sonra uşağa böyük adamın dişini yuduğunu göstərib onu təqlid etməsi öyrədilir. Hər uşağın özünün diş fırçası olmalıdır.
Dişləri səhər yeməyindən əvvəl və axşam yatmazdan qabaq yumaq lazımdır.
Dişlərin yaxşı vəziyyətdə olması mədə-bağırsaq yolunun düzgün işləməsi üçün vacibdir.
Dəriyə qulluq.
Yenidoğulmuş uşaqların əksəriyyətinin dərisi ilk aylar çox həssas olur. Əgər hələ doğum evində bişməcə əmələ gələrsə, bu onun dərisinin həssas olduğunu və ona əlavə qulluq lazım olduğunu göstərir.
Bişməcələri əsasən yaş əsgilərdə olan bakteriyaların əmələ gətirdiyi ammonyak törədir, ona görə də bişməcə keçənə kimi əsgilər qaynadılmalı və isti ütü ilə ütülənməlidir.
Bişməcələr çağalarda vaxtaşırı əmələ gəlir. Əgər o, yüngüldürsə, heç bir müalicə tələb olunmur. Bişməcələrdə qoruyucu məlhəmlər, sink məlhəmi, Lassar pastası, Leyner mazından istifadə olunur.
İsti havalar düşdükdə uşaqların qoltuğunda və boynunda tez-tez tər səpkisi əmələ gəlir. Tər səpkisi qızarmış dəri ilə əhatə olunmuş xırda çəhrayı sızaqlardır.
Adətən, tər səpkisi boynun ətrafında başlanır, lakin şiddətlənsə sinəyə, kürəyə, qulağın ardına və üzə yayılır.
Tər səpkisi olan yerləri çay sodası məhlulu ilə (1 stəkan qaynanmış suya 1 çay qaşığı çay sodası) yumaq, uşağı tez-tez çimizdirmək və hava vannalarından istifadə etmək olar.
Uşaqların qidalandırılması.
Qidalanma orqanizmin ən mühüm həyati tələbatıdır. O, insanı enerji ilə, hüceyrələrin qurulması üçün materialla təmin edir və orqanizmin xəstəliklərə qarşı davamlılığını artırır.
Müasir qidalanma prinsipləri əsasında qurulmuş səmərəli qidalanma sağlamlığı qoruyaraq və əmək qabiliyyətini artıraraq ömrün uzadılmasına kömək edir.
Sağlam uşağın qidası zülallar, karbohidratlar, yağlar, mineral duzlar və sudan ibarətdir.
Zülallar orqanizmin əsas tikinti materialıdır. Əzələlər, ürək, beyin, böyrəklər əsasən zülallardan təşkil olunmuşdur. Sümüklər də mineral duzlar hopmuş zülaldan ibarətdir. Uşağın həm daim boy atması, həm də maddələr mübadiləsi üçün qidada zülal olmalıdır. Zülallar yeni hüceyrələrin qurulmasına və ömrünü sürmüş hüceyrələrin əvəz olunmasına sərf olunur. Bundan əlavə orqanizmin müdafiə reaksiyalarını həyata keçirməkdə ən mühüm rol oynayır.
Zülallar əsasən ətdə, quş və balıq ətində, yumurtada, süddə daha çoxdur.
Daha sonra yarma, qoz-fındıq, üyüdülmüş tərəvəz, paxla, noxud və s. tərkibində də zülallar var. Bunların tərkibindəki zülallar “keyfiyyətsiz” hesab olunur. Bitki zülalları heyvani zülalları tamamlayır, lakin əvəz etmir.
Yağlar zəngin enerji mənbəyidir. Yağların mənbəyi heyvan və bitki yağları, habelə ət, balıq, yumurta sarısı, süd və süd məhsullarıdır.
Karbohidratlar orqanizmin sərf etdiyi enerjini ödəyən əsas mənbələrdəndir. Bunların əsas mənbəyi taxıl, şəkər, meyvə və tərəvəzlərdir.
Mineral duzlar qida rasionunun əsas tərkib hissəsi olub bədənin bütün orqanlarının qurulmasında və işində böyük rol oynayır. Sümüklərə və dişlərə kalsium və fosfor möhkəmlik verir.
Bədənin bütün hissələrini oksigenlə təmin edən qırmızı qan kürəciklərindən və misdən ibarətdir.
Yod qalxanabənzər vəzinin düzgün işləməsi üçün vacib kimyəvi elementdir.
Adətən uşaqların qidasında kalsium, dəmir və yod çatışmır. Kalsium tərəvəzdə və meyvələrdə az, süddə və pendirdə isə çoxdur.
Dəmir yarpaqlı tərəvəzdə, ətdə, meyvələrdə, yumurtanın sarısında, qaraciyərdə vardır.
Su insan bədəninin çəkisinin 65% təşkil edir. Hüceyrə və toxumaların, qan və limfa vəzilərinin əsas kütləsi sudur.
Vitaminlər mineral duzlar kimi istilik enerjisi vermir və orqanizmə az lazımdır, lakin onlarsız da normal həyat qeyri-mümkündür.
A vitamini bronxların, bağırsaqların, sidik sisteminin, gözün pis işıqda görməyə imkan verən hissələrinin selikli qişasının sağlam olması üçün vacibdir. İnsan orqanizmi A vitaminini südün tərkibindəki yağdan, yumurtanın sarısından, göyərtidən, yerkökündən və A vitamininin konsentratından alır.
B-kompleks vitaminləri (B1, B2, B6, B12, PP) - bu qrup vitaminlərin rolu sinir sistemini normal vəziyyətdə saxlamaqdan, maddələr mübadiləsini aktivləşdirməkdən ibarətdir. İnsan orqanizmi üçün çox vacib olan 3 qrup B vitamini vardır: tiamin, riboflavin və nikotin turşusu.
Tiamin B1 orqanizmdə çatışmadıqda iştaha azalır, boyatma ləngiyir, yorğunluq, mədə-bağırsaq pozğunluğu, nevrit əmələ gəlir. B1 vitamini süddə, yumurtada, qaraciyərdə, ətdə, bəzi meyvə və tərəvəzlərdə olur.
Riboflavin B2 – bu vitamin çatışmadıqda ağzın künclərində çatlaqlar, dodaqların və gözlərin başqa xəstəlikləri əmələ gəlir. B2 vitamini süddə, qaraciyərdə, ətdə, yumurtada, göyərtidə, çörəkdə, mayada çoxdur.
Nikotin turşusu – bu da B2 vitamini kimi bütün ərzaqlarda (süddən başqa) çoxdur. Bu vitaminin çatmaması ağzın, bağırsaqların və dərinin xəstəliklərinə səbəb olur.
C vitamini limonda, qreypfrutda, təzə pomidorda, narıngidə, çiy kələmdə, konservləşdirilmiş pomidor və pomidor şirəsində çoxdur. Ərzaq məhsullarını qaynatdıqda bu vitamin tez parçalanır. C vitamini dişlərin, sümüklərin, qan damarlarının və başqa toxumaların böyüməsi üçün vacibdir. Bu vitamin çatışmadıqda sümüküstlüyünə qan sızır, dişlərin əti şişir, qanayır və başqa hallar baş verir.
D vitamini orqanizmin böyüməsi, xüsusilə dişlər və sümüklər üçün çox vacibdir. Bu vitamin kalsium və fosforun bağırsaqlardan sorulub qana keçməsinə və sonra sümüklərin böyüyən hissələrində toplanmasına kömək edir. Buna görə orqanizmin sürətlə böyüdüyü körpə yaşında uşağın qidasına D vitamini əlavə etmək lazımdır. Yeyilən adi ərzaq məhsullarında bu vitamin çox az olur, lakin günəş şüalarının təsirindən orqanizm onu dərinin üzt qatlarında əmələ gətirir. Beləliklə, havada çox olduqda və yüngül geyindikdə D vitaminini təbii yolla kifayət qədər alırlar. İqlimi soyuq olan ölkələrdə dəri D vitaminini kifayət qədər hasil edə bilmir. D vitamini onlara balıq yağı yemək və sintez edilmiş D vitamini qəbul etməklə verilir.
D vitamininin çatışmaması raxit adlanan xəstəlik əmələ gətirir, sümüklər yumşalır, əyilir, əzələlər və bağlar zəif olur. D vitamini balıq yağında, balıq kürüsündə, yumurtada, kərə yağında və s. məhsullarda çox olur.
Uşaqların qidalandırılması 3 cür olur:
1. Təbii qidalanma
2. Qarışıq qidalanma
3. Süni qidalanma
Təbii qidalanma ana südündən ibarətdir, ana südünü heç bir qida əvəz edə bilməz və 5-6 aylığa qədər körpə uşaq ana südü ilə tam qidalana bilər. Ana südündə 1,2% zülal, 3-4% yağ, 7% şəkər və 0,2% mineral duzlar vardır. Ana südü təmiz və steril olur. 6 aylıq uşağa tək ana südü azlıq edir, çünki orqanizm böyüdükcə onun mineral duzlara, vitaminlərə, zülallara tələbatı artır, buna görə də uşağa əlavə qida təyin etmək lazımdır.
Qarışıq qidalanma körpəyə o vaxt təyin edilir ki, ana südü körpəyə çatmır. Bu vaxt ana südü ilə yanaşı körpəyə əlavə süni qidalar verilir.
Süni qidalanma isə ana südü heç olmadıqda verilir. Süni qarışıqlar əsasən inək südündə hazırlanır. Südü su və müxtəlif yarmaların həlimi ilə qarışdırıb sıyıqlar hazırlayırlar, bura 5%-li şəkər də əlavə olunur.
Bunlardan başqa uşaqların qidalanmasında turş südlü sıyıqlardan da istifadə olunur. Belə sıyıqların tərkibində yarma həlimi (manna, düyü və s.), süd, qatıq, şəkər olur. Turş südlü sıyıqlar mədə-bağırsaq yollarında daha tez və asan həzm edilir.
Həmçinin süni qidalanan uşaqlara fabriklərdə hazırlanan standart quru sıyıqlar da təyin edilir. Belə sıyıqların tərkibinə yağ, quru qaymaq, düyü, manna, qarabaşaq yarmasının həlimi daxildir. Bunları hazırlamaq üçün lazımi qədər tozu qaynanmış suda açmaq lazımdır.
Yeyinti sənayesi konservləşdirilmiş meyvə və tərəvəz məmulatları da istehsal edir və onların üstündə buraxılma tarixi, istifadə etmək qaydaları qeyd olunur.
Məsələn, HİP – pre, I, II, Humana I, II, III, HIP çayları, meyvəli növləri, peçenyelər və s.

Yüklə 438 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin