Radioda reklam. Radioda reklam yayımının həyata keçirilməsi məqsədilə bu və ya digər verilişlərə sponsorluq etmək imkanı əldə edirlər. Hal-hazırda radionun geniş imkanlarından, maraqlı musiqi proqramlarından, müxtəlif verilişlərdən və səslərdən istifadə edilməklə maraqlı radio-kliplər meydana gəlmişdir. Bu isə effektli radio-reklamı həyata keçirməyə imkan verir.
Reklam şitləri.Reklamın bu yayım forması məhsulun və ya firmanın obrazını yaratmağa və yadda saxlamağa imkan verən yerüstü şitlərdən istifadə edilməsini nəzərdə tutur. Reklam şitləri onların yanından piyada və nəqliyyat vasitələrində keçib gedən insanlara ünvanlanır. Bu reklam növünə əsasən şitlər, elektron tablolar, qaçan sətirlər formasında işıq reklamı və s. aid edilir.
Nəqliyyat vasitələrində reklam. Bu reklam forması nəqliyyat vasitələri üzərində reklam yerləşdirilməsini nəzərdə tutur və əsasən kütləvi tələbat mallarının və xidmətlərin reklam edilməsində daha səmərəli hesab edilir.
Metroda reklam. Bu reklam forması reklam şitlərinin metronun keçidlərində, gözləmə zallarında, vaqonlarda yerləşdirilməsini nəzərdə tutur. Bununla yanaşı metrolarda radio reklamdan da istifadə edilir. Bu zaman mağazaların, malların və ayrı-ayrı xidmətlərin reklam edilməsi daha məqsədəuyğun hesab edilir.
Sərgilər. Bu reklam forması yalnız firmanın öz məhsullarını reklam etdirmək məqsədi daşımır. Bu zaman həm məhsul satışı və göndərilməsi üzrə müqavilələr bağlanması həyata keçirilir, həm də rəqiblərin məhsulları ilə tanış olmaq, onları öyrənmək imkanı yaranır. Sərgi seçilmiş mövzuya uyğun, düzgün təşkil olunduqda həm məhsulun, həm də bütövlükdə firmanın reklam olunmasına geniş imkan yaranır.
Birbaşa poçt reklamı.Reklamın bu forması vətəndaşların ixtisasları, maraqları və digər xüsusiyyətləri üzrə məlumatlar olmadığı hallarda kütləvi tələbat mallarının reklamını həyata keçirmək məqsədi daşıyır. Bu zaman malların satış zonasına yaxın olan ərazilərdə yerləşən poçt qutularına kütləvi surətdə qoyulması həyata keçirilir. İstehsal-texniki təyinatlı malların birbaşa poçtla göndərilməsi potensial alıcılara təsir etmənin ən səmərəli üsullarından hesab edilir.