MÖvzu informasiyanin təHLÜKƏSİZLİYİ problemləRİ



Yüklə 18,48 Mb.
səhifə15/39
tarix18.05.2020
ölçüsü18,48 Mb.
#31216
1   ...   11   12   13   14   15   16   17   18   ...   39
4. İnformasiyanın qorunması və kriptologiyası

Ci Vonq

İlk antivirus proqramları CHK4BOMB və BOMBSQAD 1984-cü ilin qışında yaradılmışdır. Onları amerikalı proqramçı Endi Hopkins (Andy Hopkins) yazmışdı. Kompüterdəki informasiyanı virus hücumlarından müdafiə edə biləcək ilk antivirus proqramı 1985-ci ildə meydana çıxmışdır. DRPROTECT adlanan proqram proqramçı Ci Vonqun (Gee Wong) böyük zəhməti bahasına əmələ gəlmişdi. Yaradılmış proqram kompüterdə BIOS-dan keçərək yerinə yetirilən bütün əməliyyatları (informasiyanın yazılmasını, formatlama əməliyyatlarını) bloklama qabiyyətinə malik idi. İş prosesində belə əməliyyat əmələ gəldikdə proqram sistemin yenidən yüklənməsini tələb edirdi.

İlk antivirus utilitlər 1984-cü ilə yaradılır.



Ə D Ə B İ Y Y A T

1.Əlizadə M.N. və başqaları “Kompüter sistemləri və şəbəkələrinin informasiya təhlükəsizliyi” Dərslik, MSV NƏŞR, 2017-cı il, 608 səh.

2.Əlizadə M.N. v. başqaları “İnformasiya təhlükəsizıliyi” Dərs vəsaiti, MSV NƏŞR, 2018-cı il, 392 səh.

3.Əlizadə M.N. və başqaları “Mühəndis sistemlərinin informasiya təhlükəsizıliyi ( Laborator praktikumu və seminar dərslərin aparılması üçün)” Dərs vəsaiti, MSV NƏŞR, 2018-cı il, 604 səh.

4.Əlizadə M.N. və başqaları “İnformasiyanın qorunması və kriptoqrafiya” (Magistr səviyyəsində təhsil alanlar üçün) Dərs vəsaiti, “İqtisad Universiteti” nəşrfiyyatı, 2019-cı il, 492 səh.

5.ƏlizadəM.N. və başqaları “İnformasiyanın qorunması (qısa kurs)” Dərs vəsaiti, MSV NƏŞR, 2019-cu il, 224 səh.

6.Əlizadə M.N., Hacızadə S.M. “İnformasiyanın qorunması və kriptologiya (Magistr səviyyəsində təhsil alanlar üçün)”, Dərs vəsaiti, MSV NƏŞR, 2020-ci il, 520 səh.

MÖVZU 9.


ANTİVİRUS PROQRAMLARI VƏ KOMPLEKSLƏRİ

Kompüter viruslarından qorunmanın əsas yolları aşağıdakılardan ibarətdir:



  • Virusun kompüterə daxil olmasına yol verməmək;

  • Əgər virus kompüterə daxil olubsa, vurus hücumuna yol verməmək;

  • Əgər virus hücumu baş veribsə, hücumun nəticələrini aradan qaldırmağa cəhd etmək.

Kompüter viruslarından qorunmanın təmin edilməsinin üç metodu mövcuddur:

  • Proqram metodları;

  • Aparat metodları;

  • Təşklatı metodlar.

İnformasiyanın qorunması üçün istifadə edilən əsas vasitə qiymətli məlumatların ehtiyat köçürülməsidir (surətinin alınmasıdır). Kompüterin bərpa edilməsi ehtiyat daşıyıcıda saxlanan verilənlərin köçürülməsi ilə başa çatır. İnformasiyanın qorunmasının proqram metodu deyəndə antivirus proqramlarından istifadə edilməsi nəzərdə tutulur.

1974-cü ildə ARPANET şəbəkəsinin kommersiya variantı olan Telnet şəbəkəsi yaradılır. Bu şəbəkə yaradılandan sonra kompüter virusları tarixində ilk dəfə 1975-ci ildə The Creeper adlanan şəbəkə virusu yayılmağa başlayır. Virusun müəllifi BBN (Bolt Beranek and Newman) kompaniyasının əməkdaşı Bob Tomas olmuşdur. Proqram yerini serverlər arasında müstəqil dəyişə bilirdi. Kompüterə daxil olandan sonra ekrana “I'M THE CREEPER... CATCH ME IF YOU CAN” (“Mən Kriperəm, bacarsan məni tut”) məlumatı çap edilirdi. Mahiyyət etibarilə bu proqram virus deyildi. Ona görə ki, nə destruktiv, nə də casus xarakterli əməliyyatlar yerinə yetirilmirdi.

1975-ci ili antivirus proqramlarının yaradılması tarixi kimi də xarakterizə etmək olar. Belə ki, həmin ildə BBN kompaniyasının digər əməkdaşı Rem Tomlinson The Creeper virusunun təsirini aradan qaldırmaq üçün nəzərdə tutulan The Reepet adlanan xüsusi antivirus proqramı yazır. Proqram virusu tapan kimi onun fəaliyyətini dayandırırdı.

Həmin vaxtdan etibarən kompüter virusları və antivirus vasitələri arasında belə demək caizsə, silahlı qarşıdurma və ya yarış davam edir.

1980-cı ilin fevralında Dortmund universitetinin tələbəsi Yurgen Kraus “Özüçoxalan proqramlar” mövzusunda diplom işi yazır. Diplom işində nəzəri mülahizələrlə bahəm ciddi özüçoxalan proqramların mətni də verilmışdi. Əslində bu proqramlar Siemens kompüterləri üçün virus proqramları kimi nəzərdə tutlmamışdı.

Belə yazılarda adətən Animal, Creeper, Cookie Monstr və Xerox worm kimi proqramlar virus proqramları kimi təqdim edilir.

Fərdi kompüterlər üçün ilk məşhur viruslar Virus 1,2,3 və Elk Cloner proqramları hesab edilir. Bu virusların hər ikisi funksionallığına görə çox oxşar idi və bir-birindən aslı olmadan kiçik vaxt fərqi ilə 1981-ci ildə yaradılmışdı.

1977-ci ildə ilk Apple Fərdi Elektron Hesablama Maşınının və şəbəkə strukturunun yaradılması ilə kompüter virusları tarixinin yeni dövrü başlanır. Bu dövrdə troya vandal proqramları da yaradılır. Belə proqramlar öz destruktiv fəaliyyətini müəyyən qədər vaxt keçəndən sonra və ya müəyyən şərtlər ödənəndə yerinə yetirirdi.




Yüklə 18,48 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin