MÖvzu informasiyanin təHLÜKƏSİZLİYİ problemləRİ


İNFORMASİYANIN KRİPTOQORUNMA VASİTƏSİ (İKQS) “VERBA – OW” SİSTEMİ



Yüklə 18,48 Mb.
səhifə33/39
tarix18.05.2020
ölçüsü18,48 Mb.
#31216
1   ...   29   30   31   32   33   34   35   36   ...   39
4. İnformasiyanın qorunması və kriptologiyası


İNFORMASİYANIN KRİPTOQORUNMA VASİTƏSİ (İKQS) “VERBA – OW” SİSTEMİ

Kriptoqrafik çevrilmələrin köməyilə verilənlərin qorunması (şifrələnmə ilə verilənlərin çevrilməsi) onların təhlüksəizliyinin təmin edilməsi üsullarından biridir. Verilənlərin şifrələnməsində əsas məqsəd verilənlərə əks etdirən informasiya məzmununun gizli saxlanılmasıdır. Şifrələnmiş informasiya o şəxsə məlum olur ki, onun bu informasiyanı oxumağa açarı vardır. Odur ki, pisniyyəıtli inmsanın açarı bilmədən informasiyanı oğurlamasına cəhd etməsi mənasızdır.

Nəzərə almaq lazımdır ki, sistemdən istifadə edən istifadəçi informasiyanı kanal vasitəsilə ötürən zaman onun təhrif olunmadığına əmin olmalıdır. Bu baxımdan istifadə edilən İKQS “Verba-OW” sistemi təhriflərin aşkar edilməsində və ya ötürülən informasiyanın rabitə kanalı vasitəsilə ötürülməsində çox effektivdir.

Qeyd edilmişdir ki, informasiyanın qorunmasında müəyyən tədbirlər kompleksi yerinə yetirilməlidir. Bura təşkilatı-texniki və inzibati tədbirləri aid etmək lazımdır. Yerinə yetirilən tədbirlər kompleksi informasiyanın ötürülməsində, istifadə edilməsində və məxfi saxlanılmasında istigfadəçinin köməkçisidir.

“Verba-OW” sistemində informasiyanın qorunması üşün iki açardan: açıq və bağlı açardan istifadə olunur. Sistemdə kriptoqrafik çevrilmədən istifadə edilir, üsul qammirləmə prinsipinə əsaslanır.

Sistemdə istifadə edilən açarlar aşağıdakı tələbləri ödəməlidirlər:



  • Hər bir istifadəçi özünəməıxsus şifrələnmiş gizli açara malik olmalıdır;

  • Şifrələnmiş informasiyanın konfidensiallığı təmin edilməlidir.

“Verba-OW” sistemində elektron rəqəmsal imzadan istifadə olunur. Elektron rəqəmsal imza kriptoqrafik alqoritm əsasında qurulur. İmzanın gizli açarından elektron rəqəmsal imzanın hasil olunması üçün, elektron rəqəmsal imzanın yoxlanması üçün isə xeş-funksiyadan istifadə edilir.

“Verba-OW” sistemi hazırlanmış gizli açarların sərt diskdə saxlanılmasına imkan verir. Bu da istifadəıçi tərəfindən hazırlanmış informasiyanın qorunmasına şarait yaradır.





Yüklə 18,48 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin