Mövzu İnformatika — fundamental bir elm kimi


İnformasiya. İnformasiyanin ölçü vahidi



Yüklə 35,93 Kb.
səhifə2/8
tarix09.04.2022
ölçüsü35,93 Kb.
#55034
1   2   3   4   5   6   7   8
1. İnformatika fundamental elm kimi

İnformasiya. İnformasiyanin ölçü vahidi.

İnformasiya (latınca informatio) öyrənilən obyektlər və hadisələr haqqında əldə edilən bilikləri göstərir.

Əgər obyekt və ya hadisə haqqında alınan bilik təkrarlanırsa, o informasiya hesab olunmur, başqa sözlə o, informasiya daşımır. “Fakt” (məlumat, xəbər) hər hansı obyekt və ya hadisənin xassələrini təyin edir. Deməli bütün hallarda informasiya faktdır, fakt isə informasiya olmaya bilər (təkrarlandığı və ya tədqiqatçı üçün əhəmiyyət kəsb etmədiyi halda).

İnformatikada fakt, məlumat, xəbər terminləri çox vaxt “verilənlər” sözü ilə ifadə olunur. “Verilənlər” (ingiliscə data) texniki vasitələrlə (məsələn, kompüterlə) saxlanması, emal edilməsi və ötürülməsi üçün formal şəkildə təsvir olunan (kodlaşdırılan) məlumatdır. “Verilən” termini latınca “datum” (fakt) sözündən götürülmüşdür. Lakin verilən bəzən konkret və ya real fakta uyğun gəlməyə bilər. Verilənlər bəzi hallarda dəqiq olmayan, yaxud həqiqətdə mövcud olmayan anlayışları ifadə edə bilir. Ona görə də verilənlər dedikdə obyektin, hadisənin və ya fikrin təsviri başa düşülür.

Ümumi halda verilənlər ad, qiymət, tip və struktur kimi xarakteristikalarla müəyyən olunur. Məsələn, “Auditoriyadakı tələbələrin sayı 20-dir” cümləsində “Auditoriyadakı tələbələrin sayı“— verilənin adı, ”20” isə onun qiymətidir. Verilənin adı (məsələn,ölçü, rəng, çəki və s.) onun mənasını (semantikasını) bildirir, qiyməti isə onun özünü xarakterizə edir edir — faktlar bir-birindən qiymətlərinə görə fərqlənirlər.

Verilənlərin tipindən əsasən proqramlaşdırmada istifadə olunur. Tipinə görə verilənləri 4 qrupa ayırırlar:

hesabi (yaxud rəqəm tipli);

mətn (yaxud simvol tipli);

məntiqi;


göstərici

tipli verilənlər.

Hesabi tipli verilənlərdə qiymət rəqəmlərlə ifadə olunur (məsələn, məsafəsi 100 km).

Mətn tipli verilənlərdə qiymət sözlə ifadə olunur (məsələn, rəngi yaşıl).




Yüklə 35,93 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin